Xanımlar üçün az xərcləyərək dəbdəbəli yaşamağın yolları
1. ƏSLİNDƏ NƏ QƏDƏR PULA SAHİB OLDUĞUNUZU ANLAYIN
Davamı →
Gəlir-xərc hesabatı aparın. Aylıq nə qədər qazanırsınız? Təsəvvür edək ki, aylıq əməkhaqqınız 1200 AZN-dir. Bu məbləğin 400 AZN-i ipoteka kreditinə ödənilir. Daha sonra kommunal xərcləri (120 AZN), mobil rabitə və internet xərclərini (30 AZN), aylıq ərzaq xərcləri (200 azn) və nəqliyyat xərclərini (50 AZN) həmin məbləqdən çıxın. 1200-dən 800 AZN-i çıxıb, yerdə qalan məbləği 30 günə bölüb bir gün ərzində xərc limitinizi müəyyən edə bilərsiniz. Əgər bu məbləğin müəyyən hissəsini yığım, əmanət üçün ayırsanız gündəlik xərc limitiniz bir az da azalacaq. Belə hesablamalar sizin əslində nə qədər pula sahib olduğunuzu anlamağa kömək edəcək. Adətən bu, ani yaranan emosional xərclərdən qorunmağa kömək edir: Məsələn, yeni dırnaq boyası, telefon üçün yeni üzlük və s.
Davamı →