Vitiliqo nədir?

Vitiliqo dəriyə düşən ağ ləkələrdir. El arasında bu xəstəliyə «piqment pozuqluğu» da deyilir. Amma piqment pozuqluğu ilə vitiliqo arasında böyük fərq var. O olduqca ciddi bir xəstəlikdir. Vitiliqonun əsl səbəbi hələ də tibb elminə məlum deyil. Amma ilkin mülahizələrə görə, vitiliqonun yaranma səbəbi orqanizmdə melanin hüceyrələrinin itkisidir.


Davamı →

Keloid nədir?

Keloid — bədənin təbii yaxşılaşma prosesində pozğunluq yaranması səbəbiylə həddindən artıq miqdarda birləşdirici (çapıq) toxumanın əmələ gəlməsidir. Zərərsizdir, amma narahatlıq yaratdığı vəziyyətlərdə müalicə edilməsi də mümkündür. Keloidlər yanıq, ya da cərrahın müdaxiləsi nəticəsində yaranır, bu zaman dəridə yaranan bağ toxuması artır. Ancaq ağır bir ağrı ya da kiçik bir qulaq deşdirilməsiylə də əmələ gələ bilər.

Davamı →

Qışda dərinin qurumasının qarşını alan ərzaqlar

Nar
Narın tərkibindəki maddələr dərinin günəşdən zərər görməsinin qarşısını alır və qan axşını artırır. Dərinin qurumasının qarşısını alır. Dəriyə elastiklik verir.

Şirin kartof
Şirin kartof zəngin A vitamini mənbəyidir. Xüsusilə, dəri üçün vacib olan şirin kartof, dərinin qışda qurumasının qarşısını alır və nəmləndirir.


Davamı →

Dəri xəstəlikləri

Dəri xəstəlikləri ilkin mərhələdən aydın nəzərə çarpan, yəni xarici təzahürlü patologiyalardır. Onların bu xüsusiyyəti xəstəliyin vaxtında aşkarlanmasına və aradan qaldırılmasına kömək edir. Digər tərəfdən isə xarici əlamətləri qısa zaman ərzində itməyən patologiyalar insanda psixoloji diskomfort yaradır.
Dəri qatlarının xəstəlikləri

Davamı →

Dəri xərçəngi

Dəri xərçəngi özündə yastıhüceyrəli və bazalhüceyrəli xərçəngi birləşdirir.
Dəri xərçəngi bədxassəli şişlərdən ölümün səbəbləri arasında axırıncı yerləri tutur. Bu dəri xərçənginin erkən aşkar oluna bilməsi və nisbi xoşxassəli gedişi ilə izah olunur.
Risk amilləri:
  • Ultrabənövşəyi şüalar və ionizəedici radiasiya
  • Peşə zərərləriDəridə müxtəlif mənşəli çapıq toxuması
  • İmmunosupressiya

Davamı →

Ət xalını kəsdirmək təhlükəlidir?

Xallar bədənin hər yerində rast gəlinən, daha çox qəhvəyi rəngdə olan, oval, ya da yumru şəkildə nöqtələrdir.Bu kiçik nöqtələr dərinin rəngini təmin edən melaninin yaradılmasına cavabdeh olan xüsusi növ hüceyrələrin — melanoçitlərin artması nəticəsində əmələ gəlir. Xallar bədənin istənilən yerində, istənilən yaş həddində yarana bilər.
Bir insanda olan xallar genetik olaraq müəyyənləşir, əmələ gəlir. Onların bəziləri doğularkən olur, bəziləri isə sonradan yaranır. Xüsusilə gənclik dönəmində daha çox artır. Amma insanın bütün yaşadığı müddətcə xalların əmələ gəlməsi və yoxa çıxması normal haldır…
Davamı →

Yaraları sağaltmaq üçün ən yaxşı mazlar

Kəsiklər, cızıqlar, yanıqlar — bunlardan heç kim sığortalanmayıb. Bu cür kiçik problemlərlə həkimə müraciət etmək ağılsızlıq olar. Amma bəzi hallarda belə kiçik və əhəmiyyətsiz yaralar böyük sağlamlıq problemlərinə səbəb olur. Ona görə də hər evdə aptekçədə yara alan zaman tətbiq edə biləcəyiniz və yaraları sürətlə sağaldacaq mazlar olmalıdır. 

İlk tibbi yardım zamanı tətbiq edə biləcəyiniz mazları təqdim edir. Mazlar tərkiblərinə görə bir birlərindən fərqlənirlər. Onları tətbiq etməzdən əvvəl tərkibini araşdırmaq lazımdır.
Davamı →

Dərimiz nədən xəbər verir?

Dərimiz bizim güzgümüzdür – desək yanılmarıq məncə, qarşımızdakı insanın dərisinə baxıb sağlamlığı haqqında yetərincə məlumatlanmaq olar. Aşağıda yazdığım yazıda dəri rənginin dəyişməsi dəridəki səpgilər, hansı vitamin və mineral çatışmazlığının dərimizə təsiri və sairələrin bizim sağlamlığımıza necə təsir etdiyini görəcəksiniz.

1. Dəri solğunluğu, quruluğu: Əgər dərinizdə solğunluq, quruluq, tük tökülməsi əlamətləri varsa heç bir təlaşa düşməzdən əvvəl gündə 2-3 litr çiy su içməyə başlayın. Bunu 2-3 həftə etdikdən sonra dəri əlamətlərinə baxın, əgər keçməsə qandan analiz verərək qanda qalxanabənzər vəz hormonlarını yoxlatdırın. Qalxanabənzər vəzin zəif işləməsi, qanda yodun çatışmazlığı varsa saydığım dəri əlamətləri tez yorulma, əsəbilik və ürəkdöyünmələrdə olmalıdır.
Davamı →

Ət xalları

Ət xallar nədir? Onları kəsdirmək, götürmək olarmı?
Xallar bədənin hər yerində rast gəlinə bilər, daha çox qəhvəyi rəngdə olur, yumru, ovalvarı şəkildə nöqtələrdir. Bu nöqtələr dərinin rəngini təmin edən Melaninin yaradılmasına iştirak edən xüsusi növ hüceyrələrin – melanositlərin artması nəticəsində əmələ gəlir. Bir insanda olan xallar genetik olaraq müəyyənləşir, əmələ gəlir. Xalların bəziləri doğularkən olur, bəziləri isə sonradan yaranır. Xüsusilə gənclik dönəmində daha çox artır.

Bəs ət xalı nədir, adi xaldan necə fərqlənir?
Ət xalları sıx rast gəlinən, dəridən çıxıntı əmələ gətirən, ziyansız, yumşaq dəri törəmələridir. Dəri rəngində olduqları kimi, tünd və qırmızı rəngdə ola bilirlər. Ölçüləri 1 mm-dən 5-6 sm-ə qədər dəyişir.

Ət xalları adətən boyun ətrafında, qoltuq altı və qasıq kimi büküş yerlərində əmələ gəlir, hətta getdikcə çoxala, sayı 70-80-e arta bilir. Əsasən də çox kilolu və 2-ci tip şəkəli diabet xəstələrində daha çox müşahidə olunur. Ət xallarının yaranma səbəbi məlum deyil.
Davamı →