Dəri sağlamlığını necə qoruya bilərsiniz?

Dəri bədənimizin ən böyük orqanıdır və çoxsaylı funksiyaları yerinə yetirərək sağlamlığımızı qorumaqda mühüm rol oynayır. Dərinin sağlam qalmasını təmin etmək üçün düzgün qulluq etmək çox vacibdir. Bu məqalədə dərinizi sağlam saxlamaq üçün əsas məsləhətləri və üsulları öyrənəcəyik. Həm daxili, həm də xarici faktorlar nəzərə alınacaq və hər bir faktorun dəri sağlamlığına təsiri haqqında məlumat veriləcəkdir.


Davamı →

Keloid nədir?

Keloid — bədənin təbii yaxşılaşma prosesində pozğunluq yaranması səbəbiylə həddindən artıq miqdarda birləşdirici (çapıq) toxumanın əmələ gəlməsidir. Zərərsizdir, amma narahatlıq yaratdığı vəziyyətlərdə müalicə edilməsi də mümkündür. Keloidlər yanıq, ya da cərrahın müdaxiləsi nəticəsində yaranır, bu zaman dəridə yaranan bağ toxuması artır. Ancaq ağır bir ağrı ya da kiçik bir qulaq deşdirilməsiylə də əmələ gələ bilər.

Davamı →

Qışda dərinin qurumasının qarşını alan ərzaqlar

Nar
Narın tərkibindəki maddələr dərinin günəşdən zərər görməsinin qarşısını alır və qan axşını artırır. Dərinin qurumasının qarşısını alır. Dəriyə elastiklik verir.

Şirin kartof
Şirin kartof zəngin A vitamini mənbəyidir. Xüsusilə, dəri üçün vacib olan şirin kartof, dərinin qışda qurumasının qarşısını alır və nəmləndirir.


Davamı →

Bədəni təbii yollarla nəmləndirən 4 ərzaq

Alma
Alma bir çox detoksun tərkibində istifadə olunan ləzzətli meyvədir. Dərini nəmləndirmə baxımından mükəmməl olduğunu bilirsinizmi? Alma, dəridəki ölü hüceyrələrdən xilas olmağa kömək edəcək. Tərkibində 80%-su olduğu üçün nəmləndirməni təmin edir.

Gilas
Gilasın tünd qırmızı rəngi, tərkibindəki vitamin, mineralların göstəricisidir. Xərçəng kimi xəstəliklərin qarşısını alır və yaşlanmanı yavaşladır. Gilas, qaraciyərdə A vitamininə çevrilən kimyəvi maddə olan beta-karoten baxımından zəngindir. A vitamini, dərini sağlam saxlayan vitaminlə zəngindir.


Davamı →

Günəş vannası haqqında hər şey

Yay fəslində günəş vannası qəbul edəndə müəyyən nüanslara fikir vermək lazımdır. Xüsusilə də gün ərzində günəş vannasının neçə saat və günün hansı vaxtlarında qəbul edilməsi vacib məsələdir. Böyüklər saat 4-dən, uşaqlar isə 5-dən sonra günəş vannası qəbul etməlidirlər.
Dermatoloqlar saat 11-dən 16-dək Günəş vannası qəbul etməyi məsləhət görmür, çünki həmin saatlarda ultrabənövşəyi şüalar daha şiddətli olur və dəri daha çox mənfi təsirlərə məruz qalır. Gün vannası qəbul edərkən günəşdən qoruyucu kremlərdən istifadə olunmalıdır.

Günəş işığı müalicəsi və günəş vannası qəbul etmə qaydaları.


Davamı →

Sızanaqsız üz üçün 14 məsləhət

Yaşından və cinsiyyətindən asılı olmayaraq hər birimizin xəyalı təmiz və sızanaqsız bir dəridir. Amma hava çirkliliyi, qida rejimimiz və bir çox məqamı nəzərə alsaq sızanaqsız dəri bizim üçün əlçatmaz olur. Vaxt azlığından və ya aylıq gəlirimiz buna yol verməməsi səbəbindən də adətən kosmetoloji xidmətlərdən faydalana bilmirik. Bunları nəzərə alaraq, bu gün sizə sərfəli və evdə edə bləcəyiniz dəri təmizləyici, qidalandırıcı bəzi məsləhətlər verəcəyik. 




İlk növbədə sızanağı aradan qaldıran vasitələri tanıyaq.
Davamı →

Dəri xəstəlikləri

Dəri xəstəlikləri ilkin mərhələdən aydın nəzərə çarpan, yəni xarici təzahürlü patologiyalardır. Onların bu xüsusiyyəti xəstəliyin vaxtında aşkarlanmasına və aradan qaldırılmasına kömək edir. Digər tərəfdən isə xarici əlamətləri qısa zaman ərzində itməyən patologiyalar insanda psixoloji diskomfort yaradır.
Dəri qatlarının xəstəlikləri

Davamı →

Dəri xərçəngi

Dəri xərçəngi özündə yastıhüceyrəli və bazalhüceyrəli xərçəngi birləşdirir.
Dəri xərçəngi bədxassəli şişlərdən ölümün səbəbləri arasında axırıncı yerləri tutur. Bu dəri xərçənginin erkən aşkar oluna bilməsi və nisbi xoşxassəli gedişi ilə izah olunur.
Risk amilləri:
  • Ultrabənövşəyi şüalar və ionizəedici radiasiya
  • Peşə zərərləriDəridə müxtəlif mənşəli çapıq toxuması
  • İmmunosupressiya

Davamı →

Yağlı dəri üçün təbii xiyar losyonu

Anam hələ biz uşaq olanda tez-tez dərisini hazır satılan xiyar losyonu ilə silirdi. İyi o qədər xoşuma gəlirdi ki, uşaq olmağıma baxmayaraq özüm də arada bu losyondan istifadə edirdim.
İndi bir çox bahalı və növbənöv losyonlar, toniklər istehsal olunsa da arada yenə adi xiyar losyonu alırıq. Çünki hiss olunur ki, losyonun tərkibində ancaq təbii və xeyirli inqredientlər var. Təbii iyini və rəngini çox bəyənirəm.

Davamı →