Bədəndəki çatlar üçün maska


Ayaq, ya qarınn bölgənizdə yaranan çatllardan utanırsız? Sağlıqsız və sürətli çəki alıb-verməkdən dolayı bədənimizin müəyyən bölgələrində çatların yaranması qaçılmazdır. Gözəlliyinizə kölgə salan bu pis görüntüdən qurtulmaq üçün ilk əvvəl qidalanma tərzinizi dəyişdirməlisiz.

Müntəzəm sağlam qidalanma və hərəkətli yaşam tərzi bu problemə tutulmamaq üçün iki önəmli amildir.

Eyni miqdarda kakao, hindistan qozu yağı, buğda yağı, limon suyunu təmiz qabın içində qarışdırıb çatlaq bölgələrinizə masaj edərək çəkin. Hər gün edin. Çatların azaldığını görəcəksiz.


Davamı →

Evdə pilinq


Kosmetik pilinq yerinə evdəki məhsullarla qüsursuz gözəllik vəd edən təbii piliniq hazırlaya bilərsiz. Necə?

— Quru mərci, düyü, lobya, qoz dərini ovmaq üçün mükəmməldir. Üyüdücüdə bunları çəkin və bir miqdar su, ya da duru yağ, bal, yaşıl çay əlavə edib qarışdırıb pilinq kimi istifadə edin.

— Dərinizə pambıqla sürtəcəyiniz alma sirkəsi yağların parçalanmasına kömək edəcək.

— Bir qəhvə üyüdücüsündə tam qovrulmamış orqanik tum, susam və badamı üyüdün. 1-2 yemək qaşığı su ilə krem halına gətirib üz üçün istifadə edin. 

— Buğda otu və yulaf da ölü dərini təmizləmək üçün yumşaq bir təmizləyici olaraq istifadə edilir.


Davamı →

Limonla gözəlləşin

Limon ilə sağlam və qüsursuz bir cildə sahib olmaq istəyirsiniz? O halda bu yazını oxuyun.

Limon canlı rəngləri ilə təbii məhsuldur, ucuzdur. Limon suyu antiseptik olması ilə yanaşı müalicəvi və təravətləndiricidir. Düzgün məhsullarla qarışdırıldığında gündəlik qulluq üçün idealdır. 

Qatıq+limon pilinqi
1 qaşıq limon suyu, 4 qaşıq qatıq və 1 qaşıq balı qarışdırın. 10 dəqiqə üzünüzdə saxlayıb ilıq suyla yuyun.

Bal+limon üz təmizləyicisi
 2 xörək qaşığı bal, 1 xörək qaşığı qara şəkər tozu və limon suyu. Hamısını qarışdırıb qarışımın dörddə biri ilə dərinizi ovun, sonra 5 dəqiqə üzünüzdə saxlayın. Sonra ilıq suyla yuyun. Qalan qarışımı da 3-4 gündən çox saxlamayın.

Limon+şəkər tozu ayaq qulluq vasitəsi
 Yarım stəkan qara şəkər tozu, 2 xörək qaşığı zeytun yağı və təzə sıxılmış limon suyunu qarışdırıb bununla ayaqlarınıza masaj edin. Duruladıqdan sonra nəmləndirici krem sürtün. Bu qarışım dirsəkləriniz üçün də yararlı olacaq.


Davamı →

Qırış əlehinə təbii maskalar

— 1 ovuc çiyələyi yaxşıca əzib suyunu süzün. Süzdüyünüz çiyələk suyunun içinə bir az gül suyu əlavə edin. Bu qarışımı üzünüzə və boynunuza sürtüb 1 saat gözləyin, sonra sodalı su ilə üzünüzü yuyun. Həftədə 1 dəfə tətbiq edin.

— Yarım almanı rəndələyərək yaxşıca əzin və içinə 2 qaşıq qaymaq qatıb qarışdırın. Üzünüzə sürtüb 15 dəqiqə saxlayın. İlıq suyla yuyun və nəmləndirici krem sürtün. Həftədə 1 dəfə edin. Bundan başqa bol-bol alma yemək də üzə faydalıdır.

— Eyni miqdarda limon suyu və qliserini qarışdırıb bir qaba qoyun. Yatmadan əvvəl bu suya batırdığınız pambıqla üzünüzü silin.

— Yatmadan əvvəl 1 stəkan yemiş suyunu 1 stəkan qaynamış su ilə qarışdırıb dərinizi yuyun. Daha sonra qaynamış südə batırdığınız pambıqla üzünüzü təmizləyin və yumşaq bir dəsmalla silin.


Ardı →

Makiyajdan yorulan cildlər üçün


Hər gün makijay etdiyiniz üçün dəriniz çox zərər görür. Dərinizi makiyajın mənfi təsirlərindən qorumaq üçün evdə hazırlaya biləcəyiniz formul çox işinizə yarayacaq.

2 xörək qaşığı manqo suyu, 2 xörək qaşığı çiyələk suyu, 1 çay qaşığı vanil və bir ədəd limonun suyunu qarışdırın. Bu qarışımın içinə bir parça da buz atın. Hər dəfə makiyajınızı təmizlədikdən sonra üzünüzü bu qarışımla silin. Dərinizin qidalanmasına və canlanmasına kömək edəcək. 


Davamı →

Südlə dəriyə qulluq

Süd dəri üçün də gözəlləşdirici təsirə sahibdir. Keçmiş Misir və Yunan qadınları südü dəri üçün gözəllik vasitəsi kimi istifadə edirdilər.

Kleopatra süd vannası qəbul edir, yunan qadınları gözəllik üçün qatıqdan istifadə edirdilər. Süd yanıq müalicələrində də istifadə olunurdu. İçərisindəki A, D və  E vitaminləri ilə süd, dərinin gənc qalmasını təmin edən təbii bir nəmləndiricidir


Ardı →

Noxudlu maska

Noxud unu ilə günəşdən zərər görmüş, soyuqdan təsirlənən, korlanmış həssas cildinizi yeniləyib canlılıq qata bilərsiz. Bunun üçün sizə lazım olacaq:

5-6 ədəd noxud
Duz
Su

Noxud ununu bu noxudları tavada əzərək əldə edə bilərsiz. Əldə etdiyiniz bu noxud ununu mikrodalğalı sobada bir az saxlayıb qurumasını gözləyin.

Noxud ununa 1 çay qaşığı krem əlavə edin. Bu qarışıma bir neçə damcı su və duz əlavə edin. Əldə etdiyiniz bu maskanı göz altları xaric üzünüzün qalan yerlərinə  sürtün.

10-15 dəqiqə saxlayıb ilıq suyla yuyun. Fərqi görəcəksiz. 


Davamı →

Payız - dərini nəmləndirmə zamanı

Dərinizi  nəmləndirmənin ən ideal zamanı payızdır, belə ki artıq payızda hava daha quru və soyuq, külək isə daha güclü olur.

Bundan əlavə qışda dərinizin qatlanma və quruma problemi ilə üzləşməmək üçün, bu proseduru payızdan başlamaq məsləhət görülür.

Bildiyimik kimi, hər sezon mağaza rəflərində innovasiyalı texnologiyalar və təəccübləndirici effek verən yeni losyon və kremlər peyda olur. Lakin bilin ki, bir çox hallarda bu bahalı və daim yenilənən kremlərin tərkibi ən adi və özünü təsdiqlətmiş komponentlərdən ibarət olur. Bu səbəbdən, ən yaxşı üsul sadəcə tərkibində qliserin, vazelin və sidik cövhəri olan nəmləndirici kremlərə üstünlük verməkdir.

Bu komponentlər nəmi yaxşı qoruyub saxlaya bilir və demək olar ki bir çox kremlərin tərkibində olur.Həmçinin tərkibində bu komponentlər olan vasitələr dərinin xarici faktorlardan zədələnən buynuz təbəqəsinin hüceyrələrini bərpa edə bilir.


Ardı →

Buz gözəlləşdirir


Buzun cildinizi gözəlləşdirdiyini və hətta 16-cı yüzillikdə belə, dəriyə qulluq vasitəsi kimi istifadə edildiyini bilirdinizmi?

16-cı yüzillikdə Fransız kralı II Henrinin sevimlisi Diana de Poitiers təkrarsız gözəlliyinin sirlərindən biri olaraq buzdan istifadə edib.

Buz cildin gənc qalmasını təmin edir. Poitiers kraldan 20 yaş böyük olmasına rəğmən, məhz buz sayəsində daha gənc görünməyi bacarıb.

Bəs buz niyə gəncləşdirir?
Buz dəri metabolizmini və qan dövranını sürətləndirir. Təbii olaraq dərini təmizləyir və nəmləndirir. Qısa müddətdə cildin elastikliyini artırır, hamar edir və yaşlanmanın təsirlərini azaldaraq təbii bir parlaqlıq qazandırır.
Davamı →