Qısqanc şagird

Müəllim sinifdəki ağıllı, lakin qısqanc şagirdə «Nə üçün yoldaşlarına qisqanclıq edirsən, onların etdiklərini pozub dalaşırsan?»- deyə soruşdu. Tələbə bir müddət düşündükdən sonra, "Çünki onların məndən üstün olmaqlarını istəmirəm"- dedi. "Ən yaxşı mən olmalıyam.”

 Müəllim masasından qalxdı, əlinə bir parça təbaşir aldı və yerə 15 sm uzunluğunda bir xətt çəkdi, qısqanc şagirdə baxaraq, «Bu xətti necə qısalda bilərsən?»- dedi.

 Tələbə bir müddət bu xətti araşdırıb, xətti bir çox parçaya bölməklə bir neçə cavab verdi. Müəllim cavabları qəbul etmədi və yerə əvvəlkindən daha uzun bir xətt çəkdi. "İndi birinci xətt necə görünür? "- deyə soruşdu.

 Tələbə utanaraq  «Daha qısa»- deyərək başını önə əydi.

  Müəllim bu cavabdan sonra şagirdinə unutmayacağı bir dərs verdi: «Biliyini və qabiliyyətlərini artıraraq öz xəttini uzatmaq rəqibinin xəttini bölməyə çalışmandan daha yaxşıdır.»
Davamı →

10 milyon dollarlıq dərs

«IBM”in qurucusu Tom Vatsonun köməkçilərindən biri, şirkətə 10 milyon dollara başa gələn böyük bir səhv edir. Onu dərhal müdirin kabinetinə çağırılar. Hər kəs onun işdən qovulacağından son dərəcə əmindir və adamın özü belə, otağa girər-girməz başına nə gələcəyindən əmin bir şəkildə, „Bilirəm ki, istehfamı istəyirsiniz“- deyir.

Ancaq Vatson, edilən səhvlərdən alınan dərslərin ən yaxşı bilik olduğunu izah edən və hər kəsi şoka salan bu cavabı verir: „Zarafat edirsən? Sənin 1 dərsin üçün 10 milyon dollar xərclədik və təhsilinə bu qədər pul xərclədiyimiz birinin işdən ayrılmasına əsla icazə verə bilmərəm...“  
Ardı →

Yuxu və dərs

yuxu və dərsTəhsil sahəsində araşdırmalar aparan beynəlxalq ekspertlər qrupunun gəldiyi rəyə əsasən, yuxu çatışmazlığı şagirdlərin məktəbdə geriləməsinin əsas səbəblərindən biridir.

Yuxu ekspertləri problemi məktəblilərin hətta yataqda olarkən belə mobil telefon və kompüterdən istifadə etmələrilə bağlayırlar.

Alimlər şagirdlərin riyaziyyat, ədəbiyyat və fiziki tərbiyə üzrə nailiyyətlərini, həmçinin onların neçə saat yatmalarını təhlil ediblər.

Daha az yatan uşaqların daha aşağı, yuxusu normasında olan uşaqların isə daha yükcək nailiyyətlər əldə etdiyi məlum olub.
Ardı →

Səhvlərinizdən öyrənin

səhvlərimdən oyrəndimQəzet müxbiri tibdə yeni ixtira etmiş alimdən, “siz bu ixtiranız üçün ən çox kimə borclusunuz?” — deyə soruşdu.
Alim bu suala: “Anama”, — deyə cavab verdi və davam etdi: “Uşaq vaxtı soyuducudan süd götürmək istəyəndə şüşə əlimdən sürüşüb düşdü. Hər tərəf süd gölünə çevrilmişdi. Anam mətbəxə gəlib məni cəzalandırmaq əvəzinə: “Nə gözəl bir iş görmüsən. Əvvəllər heç belə süd gölü görməmişdim. İndi yəqin ki, südü təmizləməzdən əvvəl onunla oynamaq istəyəcəksən”, — dedi. Sonra mən də, anam da yerə tökülən südlə oynadıq.
Bir azdan anam: “Artıq südü təmizləmək vaxtıdır. De görüm, südü nə ilə təmizləmək istəyirsən? Süngərdən istifadə edək, yoxsa parçadan?” — deyə soruşdu. Mən süngəri seçdim və birlikdə yerə tökülən südü təmizlədik. Sonra anam: “Bilirsən, sən südlə dolu şüşəni qaldıra bilmədiyin üçün bu hadisə baş verdi. İndi birlikdə həyətə gedək və şüşəni su ilə doldurub- götürməyi öyrənək”. Bu hadisə mənim üçün böyük bir dərs oldu. Bundan sonra səhv etsəm də qorxmadım. Əksinə, hər bir səhvin yeni bir şey öyrənmək üçün gözəl bir fürsət olduğunu anladım. Əslində elmi təcrübələrdə də belədir. Bir təcrübədə uğursuzluğa məruz qalırsan, ancaq əvəzində o təcrübədən çox qiymətli məlumatlar əldə edirsən”...

P.S. Dahi olmaq heç də çətin deyil!


Davamı →