Dağ yəhudiləri niyə təhlükəli hesab olunur?

Dağ yəhudiləri ayrıca bir Qafqaz xalqıdır və həyat tərzi etibarı ilə bütün Qafqaz xalqları kimidir, amma buradakı xalqlardan hər halda fərqlənir və çox olmasa da, yalnız özlərinə məxsus bəzi adətləri var. Onlar özlərinin dominion (hakim) Xəzər şöhrətini çoxdan yaddan çıxarıb, indi ibtidai insanlar kimi yaşayırlar, savadsızlar üstünlük təşkil edir, inanmaq da istəmirlər ki, nə vaxtsa onlar düzən yerlərdə yaşayıb və türk köçəriləri ilə birlikdə imperiya yaradıblar.

Davamı →

Azərbaycan yəhudiləri

Azərbaycanda yaşayan ən qədim xalqlardan  biridə Yahudilərdir. Tarixi olaraq, Azərbaycan Yahudiləri Cuhuro, Aşkenaz, Gurjim kimi qruplara bölünür. Azərbaycan  bir müddət Krımçaklar, Kürt Yahudiləri, Buxara Yahudilərinə və İbrani köklü olmayan Subbotnik  və Gər Yahudilərinə də ev sahibliyi etmişdir. 2002-ci il qeydlərinə görə, Azərbaycandakı Yahudilərin sayı 8900 nəfər olmuşdur və bunların 5500-ünü Dağ Yahudiləri təşkil etmişdir.
Bir neçə min nəfər də, azərbaycan tükləri ilə qarışıq evlilikdən gəlmişdir.
Davamı →

Dağ yəhudiləri haqqında

Azərbaycanda üç yəhudi icması — dağ yəhudiləri (Горские евреи), Avropa yəhudiləri-aşkenazi yəhudiləri(Ашкеназские евреи) və gürcü yəhudiləri icmaları vardır. Bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır.
Dağ yəhudiləri 5 yerli qrupa bölünür:
  1. qaytağlılar (qаytoği) – Dağıstanın Qaytağı rayonu
  2. dərbəndlilər (dərbəndi) — Dağıstanın Dərbənd rayonu
  3. qubalılar (quboi) — Azərbaycanın Quba rayonu, əsasən Qırmızı qəsəbə
  4. şirvanlılar (şirvoni) — Azərbaycanın şimal-şərqi, Şamaxı rayonunun keçmiş Müci kəndi, habelə Bakı
  5. oğuzlular — Oğuz şəhəri, Gəncə, İsmayıllı, Şamaxı (təxminən 2000 nəfər).
Bəzən Nalçik və Qroznı yəhudiləri qrupunu da ayırırlar.
Davamı →

Dağ yəhudilərinin tarixi

Qədim zamanlardan Qafqaz dağlarında dağ yəhudiləri yaşayıblar. Onlar iudaizm dininə mənsub, fars dilinin ləhcələrindən birində danışan və hazırda yəhudi-tatlar adlanan tayfalar olublar. İndi alimlər yəhudilərin Qafqazda yaşayan əcdadlarının mənşəyini, onların bu ərazilərə nə vaxt və necə gəlib çıxmalarını, uzun illər hansı dəyişikliklərə məruz qaldıqlarını araşdırırlar. Təəssüf ki, bu suallara cavab verən yazılı mənbələr hələ ki, aşkarlanmayıb. Müasir dövrdə yəhudilərin tarixi barədə müxtəlif fikirlər mövcuddur. Bir qisim alimlər Qafqaz dağlarında yaşamış dağ yəhudilərinin VI əsrdə Dağıstan və Şamaxıya qədər olan şimali Azərbaycan torpaqlarına nəzarət etmiş xəzərlərin əcdadları olduğunu deyirlər. Məlum olduğu kimi, xəzərlərin hakim dini iudaizm, Xəzər xaqanlığının paytaxtı isə iri ticarət mərkəzi Səməndər olub. Səməndər şəhəri Dağıstanın indiki Tark aulu yaxınlığında yerləşirdi.
Davamı →