Yun Çyuan nöqtəsinin sirri

Ayaq altında ikinci və üçüncü barmağın düz mərkəzində yerləşən Yun Çyuan nöqtəsini " orqanizmin qapısı” adlandırırlar. Bir çox xəstəliklərin çarəsi də elə bu qapıdan başlayır.

Bu nöqtənin yaxşı işləyib-işləməməsinin metodunu və nöqtənin massajı ilə hansı xəstəliklərdə effect əldə etmək olar?
Davamı →

Daban çatlaması

Bəzən illərlə sağalmayan daban çatlamaları dəridə karotinin və mineralların çatışmazlığı nəticəsində əmələ gəlir. Zaman keçdikcə dəriyə elastiklik verən liflər parçalanır, həmçinin onun möhkəmliyini təmin edən kollagen liflərin dağılması baş verir, nəticədə dərinin tamlığı pozulur, çatlayır və müalicəyə çox çətin tabe olur.

Daban çatlarının qarşısını almaq üçün sadə, təbii bir üsulu nəzərinizə çatdırıram. Çatın böyük və kiçikliyindən asılı olaraq müəyyən miqdar keçi piyi ocaqda azca əridilir, sonra həmin miqdar qarazirə yağı əlavə olunub oddan götürülür, bir-birinə yaxşı-yaxşı qarışdırıb dabanlar gündə bir dəfə həmin qarışımla masaj olunur.

Başqa bir resept: 3 xörək qaşığı biyan kökü 1 stəkan suda 5 dəqiqə qaynadılır, soyudulur, süzülür, soyuducuya qoyulur. Pambıqla çatlara gündə 2 dəfə vurulur.
Davamı →