Dağ yəhudilərinin tarixi

Qədim zamanlardan Qafqaz dağlarında dağ yəhudiləri yaşayıblar. Onlar iudaizm dininə mənsub, fars dilinin ləhcələrindən birində danışan və hazırda yəhudi-tatlar adlanan tayfalar olublar. İndi alimlər yəhudilərin Qafqazda yaşayan əcdadlarının mənşəyini, onların bu ərazilərə nə vaxt və necə gəlib çıxmalarını, uzun illər hansı dəyişikliklərə məruz qaldıqlarını araşdırırlar. Təəssüf ki, bu suallara cavab verən yazılı mənbələr hələ ki, aşkarlanmayıb. Müasir dövrdə yəhudilərin tarixi barədə müxtəlif fikirlər mövcuddur. Bir qisim alimlər Qafqaz dağlarında yaşamış dağ yəhudilərinin VI əsrdə Dağıstan və Şamaxıya qədər olan şimali Azərbaycan torpaqlarına nəzarət etmiş xəzərlərin əcdadları olduğunu deyirlər. Məlum olduğu kimi, xəzərlərin hakim dini iudaizm, Xəzər xaqanlığının paytaxtı isə iri ticarət mərkəzi Səməndər olub. Səməndər şəhəri Dağıstanın indiki Tark aulu yaxınlığında yerləşirdi.
Davamı →