Kino estetikasını dəyişdirən rejissor - Krzysztof Kieslowski

  • Kino
Filmlər heç bir şeyi dəyişdirə bilməz, amma insanların bir çox şeyi başa düşməsinə kömək edə bilər, dünyanı dəyişdirəcək olan şey filmlər deyil, o fimləri izləyən insanlardır.
Krzysztof Kieslowski
Bir çıxışında Kieslowski’dən ən sevdiyi rejissorun kim olduğu barəsində sual soruşurlar. O da cavab olaraq Dostoyevski, Kafka, Şekspir deyə cavab verir. Jurnalistlər təəccüblənir və ondan bu saydıqlarının rejissor olub-olmadığını soruşurlar. Kieslowski “Xeyr, onlar yazıçıdırlar və bu da mənim üçün bir filmdən daha üstündür” cavabını verir. Mənə də ən sevdiyim şair kimdir deyə sual versələr, Kieslowski deyə cavab verərəm. Çünki onun sənəti mənim üçün kitabdan daha üstündür. Kieslowski kinonun şairidir. Gəlin kinonun şairi olan bu insanı bir az yaxından tanıyaq...

27 iyun 1941-ci ildə Varşavada dünyaya gələn Kieslowski atasının vərəmdən əziyyət çəkməsi səbəbilə Polşada bir çox şəhəri gəzmək məcburiyyətində qalmışdı. Atası bir sanatoriyadan digərinə göndərilərkən, Kieslowski demək olar ki, bir mühacir həyatı yaşamışdı. Buna görə də bu böyük rejissor Polşada yaşadığı qədər, Polşanı da yaşamışdır deyə bilərik.
Davamı →