Təbrizdən doğan günəş

Təbrizli ŞəmsŞərq öz sirli insanları, müəmmalı hadisələri, sehrli kitabələri və digər qəribə özünəməxsusluqları ilə hər zaman bütün dünyanın diqqətini çəkib. Bu özünəməxsusluqlardan biri də hər zaman insanları düşündürən, dahiləri heyrətdə qoyan sufilər olub. Şərqdə elə sufilər olub ki, onlar təkcə yaşadıqları zamanın sirli insanları deyil, hətta gələcək zamanların da tam mənasıyla açılmayan sirr küpəsi kimi qalıblar.

Bu şəxslərdən bəziləri dövrümüzdə kifayət qədər tanınsa da, bəziləri layiq olduğu qiyməti nə öz dövlərində, nə də müasir dövrdə ala bilməyiblər. Belə şəxslərdən bəlkə də birincisi yəqin ki, məşhur sufi mürşid Şəms Təbrizi olub.

Onun həyatı başdan-başa müəmmalar və qəribəliklərlə dolu keçib. Ta uşaq yaşlarından həyatının sonuna qədər taleyin qəribəlikləri, sirli dərvişanə həyat tərzi, Mövlanə Cəlaləddin Rumi ilə tarixi görüşü, ona qarşı olan sui-qəsdlər və bu kimi digər hadisələr Şəmsi hər zaman onu tanımaq istəyənlərin maraq dairəsində saxlayıb. 

Şəmsin fərqli həyat tərzi ilə bərabər, onun həyatı ilə bağlı məlumatlar da kifayət qədər olmayıb. Ümumiyyətlə Şəmsin azərbaycanlı olmasına baxmayaraq, Azərbaycan dilli mənbələrdə onun haqqında hər hansı bir məlumat demək olar ki, yox dərəcəsindədir. Şəmsin həyatı haqqında əsas məlumatlara isə türkdilli mənbələrdə rast gəlmək mümkündür. 
Ardı →

Xanımlarıyla intihar edən dahilər

İntihar ənənəsi taleyə itaətdən daha çox iradə və ağla inanan qədim filosoflara məxsusdu. Stoik məktəbinə rəhbərlik edən müdriklər qibtə ediləcək qədər uzunömürlü olublar, amma bununla bahəm, demək olar ki, hamısı həyatla könüllü şəkildə vidalaşıb. Bir sözlə, taqətdən düşmələrini və ağıllarının azmalarını gözləməyiblər.

Lakin tarixə həyatlarının heç də qürub çağları ucbatından deyil, müxtəlif səbəblərdən özünə qəsd edən, özü də bu aktı təkbaşına yox, cüt həyata keçirən məşhurlar da məlumdu. 


Ardı →

Dahi yazarların qəribəlikləri

yazarların qəribəlikləriDahilərin gündəlik həyatda, məişətdə və intim həyatda qəribəlikləri həmişə anlaqsız qarşılanıb. Çünki hamıya elə gəlir ki, onların tam qüsursuz və insanlar üçün nöqsansızlıq timsalı olmalıdır. Həqiqətdə isə bu qeyri-mümkündür – dahilər də bizim kimi insandır. 

1. Onore de Balzak – kofe! 
Fransız ədəbiyyatının ən tanınmış siması Onore de Balzak əsl “qəhvə xəstəsi” imiş. O gün ərzində 50 fincana yaxın qəhvə içirmiş. Hələ bu azmış kimi yazıçı iri qəhvə dənələrini üzünü belə turşutmadan rahatlıqla çeynəyirmiş.

Qəhvə dahi yazıçıya əsərlərini yazmaq üçün ayıq qalmağa kömək edirmiş. Ancaq bu vərdiş yazıçının sağlamlığına təsirsiz ötüşməyib. Balzak yüksək qan təzyiqindən, ürəkdə və qarnında ağrılardan əziyyət çəkirmiş. Hətta yazıçının qəhvənin tərkibindəki kofeindən zəhərlənərək öldüyü güman olunur. 
Ardı →

Dahilərin dəliliyi

Məşhur psixiatr Lambrozo iddia edir ki, dahilik və dəlilik həmişə yanaşı addımlayırlar. Aşağıda göstərilən faktları nəzərə alsaq, bu iddianın yanlış olmadığı qənaətinə gəlmək olar…

Ölüm ayağında olan Malerb baxıcının nitqindəki qrammatik səhvləri düzəldirdi. O, səlis danışa bilməyən keşişin vida duasından da imtina etmişdi.

Kornel, Dekart, Virgili, Addison, Lafonten, Drayden, Nyuton, Mansoni auditoriya qarşısında, demək olar, danışa bilmirdilər.

Dalamber və Menaj ən əzablı cərrahi əməliyyatları sakit qarşıladıqları halda yüngülcə tənqiddən dəhşətə gəlirdilər. Ayağı kəsilərkən Lüçio de Lanseval gülürdü, ancaq Jofruanın tənqidini oxuyub ağlayırdı.
Ardı →

Qədim yunan dahilərinin həyatı

Zenon Qədim yunan filosofu dialektikanın yaradıcısı Zenon (e.ə.VI) Eley tiranı Nearxa çarına sui-qəsddə iştirakına görə tutulub dindirilərkən o, camaata tərəf dönərək: «Tiranın qabağında niyə susursunuz, sizə əzab verəcəyinizdənmi qorxursunuz?» — demiş və dişiylə dilini parçalayıb Nearxın üzünə tüpürmüşdür. Bunu görən camaat həyəcana gəlib tiranı daş-qalaq edib öldürmüşlər.

Aristotel. Hava dəyişmələri haqqında ilk dəfə məlumat verən Aristotel olmuşdur. XIX əsrdə alman alimi Vilhelm Dove, Aristotelin fikirlərini inkişaf etdirmiş və hava dəyişmələri haqqında nəzəriyyəsini irəli sürmüşdür. Lakin havanın proqnozu haqqında elmi cəhətdən əsaslandırılmış ilk nəzəriyyə Ç.Darvin və admiral Fite-Roya aiddir. Fite-Roy cavanlıqda havanın dəyişməsi ilə, dəniz fırtınası və hava hadisələri ilə maraqlanmış və 1848-ci ildə bu barədə məqalə dərc etdirmişdir. O, 1857-ci ildə sinoptik xəritə düzəltmiş, 1861-ci ildə bir gün əvvəl havanın dəyişiləcəyi haqqında proqnoz vermişdir. Ancaq onun söylədiyi proqnoz bəzən düz çıxmırdı, odur ki, bəzi ingilislər onu dələduzluqda günahlandırırlar. Buna görə də Fite-Roy 1865-ci ildə özünü öldürür. Ölümündən sonra ayrılmış xüsusi yoxlama qrupu Fite-Royun fəaliyyətinə yüksək qiymət vermişdir. Lakin artıq gec idi.
Deyilənlərə görə, Aristotel (Ərəstu) qısaboylu, kiçikgözlü adam olmuş, iki dəfə evlənmiş, iki uşağı (qız, oğlan) olmuşdur. Makedoniyalı İsgəndərin ölümündən sonra (e.ə.322) Aristotel Afinanı tərk edir və həmin ildə də Xalkidada ölmüşdür.


Ardı →

İncəsənət dahilərinin həyatından

KİNO VƏ TEATR

Teatr sahibkarı rus səhnəsinin məşhur artisti Samarini (1817-1885) danlayaraq demişdi: «Dünən Otello rolunu oynayarkən qeyri təbii öldün!» Samarin ona belə cavab vermişdi: «Mən özüm də təəccüb edirəm. O maaşı ki, sizdən alıram onun müqabilində təbii ölmək çətin deyildir!» — demişdir.

«Nəyi özünüzə əsas peşə hesab edirsiniz?» — sualına Adriano Çelentano belə cavab vermişdi: «Mən özümü hər şeydən əvvəl oynamağı sevən bir insan hesab edirəm. Nə vaxt ki, bunu etmək istəyirəm, onda özümü heç nə ilə məhdud edib saxlaya bilmirəm və ağlıma gələn hər şeyi edirəm.»

XIX əsr italyan səhnəsinin məşhur artisti Salvini (1829-1916) bir tamaşa zamanı səhnədə oynayarkən əsərin qəhrəmanı adından «At gətirin mənə, at!» — deyə salona müraciət etmişdir. Bu vaxt tamaşaçılardan biri: «At yoxdur, eşşək var, gətirib gəlim?» — deyə cavab verdikdə: «Gəl, gəl eşşək də olar!» — deyə artist özünü itirməmişdi.
Ardı →

Dahilər və idman

Ernest Miller Heminquey amerikanın məşhur yazıçısıdır. Uşaqlıqdan atası onu ovçu tüfəngindən atmağı öyrədirdi. 10 yaşına çatanda uçan nişanların vurulmasında ustadlığını göstərdi və babası ona ovçu tüfəngini bağışladı. Böyüdükcə idmanın başqa növlərinə də fikri verirdi.
Ernest boksla çox məşğul olurdu. Onun bədəni pəhləvanların bədəninə bənzəyirdi. Hətta maddi çətinlikləri çəkəndə o, çörəyi boksla qazanırdı. Qeyri-rəsmi olaraq təşkil edilmiş orta və yüngül çəkidə olan çempionlar arasında boks yarışı zamanı tamaşaçı kimi Heminquey iştirak edirdi. 10-cu raundda orta çəkili boksçu öz çəkisinin hesabına üstünlük qazanaraq rəqibinə güclü zərbələr endirir. Nəticənin ölümlə sona çatmasından ehtiyat edərək Ernest rinqə atılaraq qəzəblənmiş boksçunun qabağını alır.
Davamı →

Bernard Şou-dahi istehza ustası

Onu hamı tanıyır, dünyanın sonluğuna qədər hara barmağını uzatsan və onun adını çəksən üzlərdə, çöhrələrdə bir təbəssümün oyandığını görəcəksən. Yox, o, nə atom bombasını, nə də avtomobili, nə də hər hansı bir fiziki qanunu kəşf etməmişdi. O, hətta hansısa bir müharibədə nə qalib gələn, nə də döyüşü uduzan məşhur sərkərdə, nə də fateh deyildi. Amma onu bu gün hamı tanıyır, hətta sizin özünüz də. Bu böyük insanı çoxdan tanıyırsınız. Onun adını çəkimmi? Qoy siz deyən olsun! Bernard Şou! Gördünüzmü? Yaxşı, gülümsəməyi bir yana qoyun və adını istər-istəməz eşitdiyiniz bu dahi şəxs haqqında nələr bildiyinizi yadınıza salın. Yəqin ki, çox az şey, düzdürmü? Onda gəlin hər şeyi, hətta ən vacib işləri belə bir kənara tullayaraq tarixin səhifələrini varaqlayaq…


Ardı →

Həbsə atılmış 10 dahi

1Migel de Servantes

Servantes (1547–1616) məşhur ispan yazıçısı və dramaturqudur. Onun şahəsəri “Don Kixot” bəziləri tərəfindən ilk müasir roman kimi qəbul edilir.

Maliyyə problemlərinə görə, İspan Armadasında tədarükçülüklə məşğul olan Servantes daha sonra vergi yığan vəzifəsində işləyib. 1597-ci ildə son 3 illik hesabındakı ziddiyyətlərə görə həbs edilib.


2. Volter

Volter (1694–1778) fransız maarifçilik dövrünün yazıçısı, esseisti və filosofu idi. O, intellekti, fəlsəfi mülahizələri, vətəndaş azadlıqlarını müdafiə etməsiylə məşhur idi. Volter yaradıcılığı boyu demək olar ki, bütün janrlara müraciət etmiş, 20.000-dən çox məktubun və iki mindən çox kitab və broşuraların müəllifidir.

Volter əsərlərində hökumət və katolik kilsəsinə etdiyi hücumlara görə, tez tez bu qurumlarla problemlər yaşayırdı. Ədəbi fəaliyyəti Volterin bir neçə dəfə həbsə düşməsinə və sürgün olunmasına səbəb olmuşdu.

Ardı →