Eynşteynin vərdişləri

Albert Eynşteyn elmə çoxlu yeniliklər gətirmiş ən məşhur alimlərdəndir.

O, həm də özünün yaxşı qulluq olunmuş bığları ilə də məşhur olmuşdur. Çox az adam bilir ki, o, insan huquqları müdafiəçisi olub. Maraqlı olanı da budur ki, məşhur dahi heç vaxt corab geyməmişdir.

Məşhur alimin niyə corab geyməməsi, yəqin ki, hər kəsi maraqlandırır. Məlum olanı budur ki, alim ikinci arvadı Elzanın vəfatından sonra öz geyiminə, ümumiyyətlə fikir verməmişdir. Halbuki, alim gənc yaşlarında öz xarici görünüşünə çox diqqətli və səliqəli idi. Deyilənlərə görə, onun öz xarici görkəminə bu cür diqqət yetirməsinə əsas səbəb, istəklisi Elza imiş.

İkinci arvadı Elzanın vəfatından sonra alimə Prinston Universitetinin fəxri professoru adı verilir və o, təqaüdçü müəllim kimi çalışmağa başlayır. Boş vaxtlarında daim universitetin həyətində özü üçün gəzişərmiş. Bu zaman o, səliqəli və yaraşıqlı olmayan, özü üçün rahat olan nimdaş paltarlar geyərmiş.

Enli, düyməsiz, həddən artıq uzun köynəkdə, ayağı corabsız və çox köhnə sandallar geymiş alimi univetsitetin həyətində boş-boş veyillənən görən müəllim və tələbələr mat-məhəttəl qalırdılar. Çünki, dünya şöhrətli dahinin bu görkəmdə universitetin həyətində gəzməsinə təəccüb edirdilər. Dahi alim isə, tələbələrin və müəllimlərin təəccüblənməsinə əhəmiyyət verməzmiş.
Ardı →

Dahilər və idman

Ernest Miller Heminquey amerikanın məşhur yazıçısıdır. Uşaqlıqdan atası onu ovçu tüfəngindən atmağı öyrədirdi. 10 yaşına çatanda uçan nişanların vurulmasında ustadlığını göstərdi və babası ona ovçu tüfəngini bağışladı. Böyüdükcə idmanın başqa növlərinə də fikri verirdi.
Ernest boksla çox məşğul olurdu. Onun bədəni pəhləvanların bədəninə bənzəyirdi. Hətta maddi çətinlikləri çəkəndə o, çörəyi boksla qazanırdı. Qeyri-rəsmi olaraq təşkil edilmiş orta və yüngül çəkidə olan çempionlar arasında boks yarışı zamanı tamaşaçı kimi Heminquey iştirak edirdi. 10-cu raundda orta çəkili boksçu öz çəkisinin hesabına üstünlük qazanaraq rəqibinə güclü zərbələr endirir. Nəticənin ölümlə sona çatmasından ehtiyat edərək Ernest rinqə atılaraq qəzəblənmiş boksçunun qabağını alır.
Davamı →