Dahilərdən mənalı sözlər

Məni kənardan qınayanlara sözüm yoxdu. Onsuz kənarda qalmaqları onlara bəs edir.  –Mark Twain.

Dostluq əntiq əşya kimidir – zaman ötdükcə qiyməti artır. – İ. V. Höte

Bizim şəxsiyyətimiz  bağ, iradəmiz isə bağbandır.  –   Şekspir

Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir. –  Atatürk

Cəsur ol. Risk al. Heç bir şey təcrübənin yerini tuta bilməz. – Paulo Koelyo

Haqq ədalətdən, ədalət mərhəmətdən yüksəkdir.–  Əbu Turxan

Öz işığına güvənən, başqasının parlamasından narahat olmaz. – Hüqo


Davamı →

Necə olur ki, bəzi insanlar birdən dahiyə çevrilirlər?

Beyin zədələnməsinin qeyri-adi yaradıcı istedadları üzə çıxarması ilə bağlı artan dəlillər mövcuddur. Bu, bizə dahilərin necə yarandığını öyrədə bilərmi?
1860-cı ilin yayı idi və Eadweard Muybridge-in kitabları qurtarırdı. Bir kitab satıcısı üçün bu yolverilməz idi. San Francisco-da yerləşən dükanının başına qardaşını qoyan Muybridge yeni mal almaq üçün at arabası ilə yola düşür. Amma haradan ağlına gələrdi ki, səyahəti dünyanı tamamilə dəyişəcək.
Yolunun şimal-şərqi Texasdan keçən hissəsində araba çətinliyə düşür. Belə ki, sürücünün qamçısı qırılır və atlar başılovlu çapmağa başlayır. Nəticədə, atlar arabanı sıldırım dağ yoluna çəkir. Nəticədə, atlar arabanı sıldırım dağ yoluna çəki. Sonda araba bir ağaca çırpılır. Muybridge havaya qalxır və başı üzərində qayaya çırpılır.

Davamı →

Dahilər niyə dəli olurlar

Dahilərin həyatları ilə maraqlananda, demək olar ki, hər birinin hansısa ruhi-psixoloji probleminə, nədənsə asılılığına, ağılalmaz vərdişlərinə və s. rast gəlirik. Dahi fizik Nikola Teslanın zinət əşyalarından, körpülərdən və seksdən qorxması, riyaziyyatçı Con Nəşin hallisünasiyalar görməsi, yazıçı Markes de Sadın seksual asılılığı və qeyri-adi seksual fantaziyaları, aktyor-rejissor və teatr nəzəriyyəçisi Antonin Artaudun pişiklərlə danışması və özünü ac saxlaması, rejissor Alfred Hiçkokun yumurtadan qorxması, rəssam Van Qoqun öz qulağını kəsməsi və digər bu kimi çoxsaylı misallar çəkmək olar.

Davamı →

Divanə dahilər

Dərrakə ilə divanəlik arasındakı sərhədi təyin etmək mümkün deyil. Xüsusən də yaradıcı insanlar bu çərçivələrdən tam uzaqdırlar. Onların divanəliyi də özlərinə, əsərlərinə bənzəyir.

Nikolay Qoqol
Dahi yazıçı ömrü boyu şizofreniyadan əziyyət çəkib. Vaxtaşırı gələn psixi narahatlığı onu rahat buraxmırdı. Gözünə müxtəlif simalar görünür, qulağı səslər eşidirdi. İstənilən anda sakitləşib, bir kənara çəkilə, yaxud dəli bir ehtirasla aşıb-daşa bilərdi.

Qoqol qapalı məkanlardan, müalicəsiz xəstəliklərdən çox qorxurdu. Qidaların ziyanından xüsusi diqqət etdiyi üçün tədricən yeməkdən imtina edir, sürətlə arıqlayırdı. Dahi yazıçının ölümünün əsas səbəbi də hədsiz arıqlamağı olub.

Mixail Lermontov
Şairin özündən sonra qoyduğu ədəbi irsi olduqca zəngindir. Buna baxmayaraq, onun psixoloji və emosional durumu heç vaxt sabit olmayıb. Bu isə Mixailə irsən ötürülüb. Sirr deyil ki, şairin babası da daim dərin depressiyadan əziyyət çəkib və intihar edərək dünyasını dəyişib. Anası yüksək dərəcəli nevrozdan yaxa qurtara bilmirdi, atası isə əyləncəyə və qumara meylli idi. Mənbələrə görə, atasının anası da kifayət qədər qəddar və hökmranlıq etməyi sevən qadın olub.
Davamı →

Dahilərin asudə vaxtları

1. Gec vaxta qədər işləmək lazım deyil
Görkəmli insanlar bütün günlərini iş yerlərində keçirmirlər. Məsələn, filosof Mişel Fuko saat 9:00-dan 15:00-a qədər çalışırdı. Betxoven isə gün çıxandan günortaya qədər işləyirdi. Görkəmli şəxsiyyətlərin əksəriyyəti gün ərzində 12 saat belə çalışmırdılar.

2. Çox istirahət edin
Hətta qısa iş günlərində belə uğurlu və görkəmli insanlar iş vaxtı istirahət edirlər. Məsələn, Sokrat bəzən küçənin ortasında qəfildən dayanıb 20 dəqiqə ərzində heç nə etməyərək ayaq üstə dayanırdı. Betxoven isə hər səhər xiyabanda gəzintiyə çıxırdı. O, belə vaxt keçirməyi «gəzinti zamanı iş» adlandırırdı.
Davamı →

Dünyaya böyük ideyalar bəxş etmiş 10 dəli dahi

Pasiyent 1: Edqar Allan Po

Amerika yazıçısı, şair (1809-1849)

Diaqnoz: Ruhi nasazlıq, dəqiq diaqnoz təyin edilməmişdir.

Simptomlar: Qaranlıq qorxusu, yaddaşda problemlər, təqib maniyası, qeyri-adekvat davranış, hallüsinasiyalar.
Xəstəlik tarixcəsi: Artıq 1830-cu illərin sonundan Edqar Po sıx baş verən depressiyalardan əziyyət çəkirdi. Bundan başqa, o alkoqoldan sui-istifadə edirdi, bu da öz növbəsində onun psixikasına yaxşı təsir etmirdi: içkinin təsiri altında yazıçı bəzən şiddətli dəlilik vəziyyətinə düşürdü. Alkoqola tezliklə tiryək də qatıldı.
Onun gənc xanımının ağır xəstəliyi Ponun ruhi vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirdi. Po 13 yaşlı əmisı qızı Virciniyayla evlənmişdi; nikahdan 7 il sonra, 1842-ci ildə, Virciniya vərəmə tutulur, daha 5 il sonra isə dünyasını dəyişir.

Virciniyanın ölümündən sonra — özünün ölümünə isə 2 il qalmış — Edgar Po bir neçə dəfə aşiq olur və iki dəfə evlənməyə cəhd edir.
Birinci cəhdi Ponun növbəti tutmalarından qorxuya düşən sevgilinin imtinasına görə pozulur, ikinci dəfə isə toya az qalmış içib və özünü itirən bəyin toya gəlmədiyinə görə baş tutmur (Ponu 5 gün sonra ucuz traktirlərin birində tapırlar).

Yazıçını klinikaya yerləşdirdilər və burada o qorxunc hallüsinasiyalardan əziyyət çəkərək artıq beş gün sonra dünyasını dəyişir.
Ponun ən dəhşətli qorxusu olan yalnızlıqda ölmək həyata keçdi: o çox insanlardan son saatlarında onun yanında olacaqlarına dair vəd alsa da 7 oktyabr 1849-cu il gecə saat üçdə yanında heç bir yaxını olmadı.


Ardı →

Eynşteynin vərdişləri

Albert Eynşteyn elmə çoxlu yeniliklər gətirmiş ən məşhur alimlərdəndir.

O, həm də özünün yaxşı qulluq olunmuş bığları ilə də məşhur olmuşdur. Çox az adam bilir ki, o, insan huquqları müdafiəçisi olub. Maraqlı olanı da budur ki, məşhur dahi heç vaxt corab geyməmişdir.

Məşhur alimin niyə corab geyməməsi, yəqin ki, hər kəsi maraqlandırır. Məlum olanı budur ki, alim ikinci arvadı Elzanın vəfatından sonra öz geyiminə, ümumiyyətlə fikir verməmişdir. Halbuki, alim gənc yaşlarında öz xarici görünüşünə çox diqqətli və səliqəli idi. Deyilənlərə görə, onun öz xarici görkəminə bu cür diqqət yetirməsinə əsas səbəb, istəklisi Elza imiş.

İkinci arvadı Elzanın vəfatından sonra alimə Prinston Universitetinin fəxri professoru adı verilir və o, təqaüdçü müəllim kimi çalışmağa başlayır. Boş vaxtlarında daim universitetin həyətində özü üçün gəzişərmiş. Bu zaman o, səliqəli və yaraşıqlı olmayan, özü üçün rahat olan nimdaş paltarlar geyərmiş.

Enli, düyməsiz, həddən artıq uzun köynəkdə, ayağı corabsız və çox köhnə sandallar geymiş alimi univetsitetin həyətində boş-boş veyillənən görən müəllim və tələbələr mat-məhəttəl qalırdılar. Çünki, dünya şöhrətli dahinin bu görkəmdə universitetin həyətində gəzməsinə təəccüb edirdilər. Dahi alim isə, tələbələrin və müəllimlərin təəccüblənməsinə əhəmiyyət verməzmiş.
Ardı →

Dahilərdən uşaqlar haqqında sitatlar

1. Övladlarınızı dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirin.  (Hz.Əli)

2. Uşaqların nəsihətdən çox yaxşı

nümunəyə ehtiyacı var.  (Jozef Jubert)

3. Uşaqları yaxşı böyütməyin ən yaxşı yolu onları sevindirməkdir.  (Oskar Uayld)

4. Uşaqlara susmağı öyrədin, danışmağı onlar özləri də bacarar.  (Benjamin Franklin)

5. Uşağını itirən ana üçün hər gün ilkdir; yarası heç vaxt qaysaqlamaz.  (Viktor Hüqo)

 6. Uşağa gözəl ad qoymaq lazımdır ki, həyat boyu xəcalət çəkməsin.  (Nəsrəddin Tusi)
Ardı →

Dahilərin gələcəklə bağlı səhv fikirləri

Öz sahəsində mütəxəssis hesab edilən insanların gələcəklə bağlı yanılmaları bir daha sübut edir ki, məqsədə doğru gedən yolda heç kimə qulaq asmaq lazım deyil.

Gələcəkdə kompüterlərin çəkisi 1.5 tondan az olmayacaq(«Popular Mechanics», 1949-cu il).

Düşünürəm ki, dünya bazarında heç olmasa 5 kompüter üçün tələbat olacaq (Thomas Watson, IBM şirkətinin direktoru, 1943-cü il).

«Lənət şeytana, bu əşyanın nə xeyiri ola bilər axı? (»Advanced Computing Systems Division of IBM"-də mikroçipin yaradılmasının müzakirə edilməsi zamanı verilən sual, 1968-ci il).
Ardı →