Emmanuel Svedenborq

Emanuel SwedenborgEmmanuel Svedenborq (1688-1772) Stokholmda anadan olmuşdur. O, təbiət elmləri üzrə yazdığı külli miqdarda məqalələr sayəsində məşhur idi. Anatomiya, fiziologiya, psixologiya sahəsində yazdığı əsərlərlə öz müasirləri arasında nüfuz qazanmışdır. Ömrünün sonlarında o, mənəvi böhran keçirmiş, axirət dünyasının müqəddəs varlıqları ilə əlaqəyə girməsindən danışmışdır.

Onun son əsəri ölümdən sonrakı həyat barədə canlı təsvirlər verir. Onun şəxsi təcrübəsinin təsvirinin müasir kiliniki ölüm halı keçirmişlərin sübutları ilə üst-üstə düşməsi daha bir qəribə mümunədir. Svedenborq qan dövranı və nəfəs alma dayandıqda özünün hansı hissləri keçirdiyini təsvir edir: “İnsan ölmür o, sadəcə öz fiziki örtüyündən azad olur. Bu örtük ona yalnız fiziki aləmdə lazım idi… İnsan öldükdə yalnız bir haldan başqa bir hala keçir”.

Svedenborq təsdiq edir ki, o, ölümün ilk mərhələlərindən keçmiş və özünü bədəndən xaricdə hiss etmişdir: “Mən tamamiylə hissiyat qabiliyyətimi itirmişdim, yəni demək olar ki, ölü vəziyyətində idim. Amma daxili həyatım, şüurum toxunulmaz qalırdı. Belə ki başıma gələnləri yadımda saxladım. Şüurumun məni tərk etməsini, yəni ruhumun bədəndən çıxmasını isə xüsusilə, yaddaşıma həkk etdim.”


Ardı →

Məktəbsiz dahilər

Çox vaxt elmdə, incəsənətdə, siyasətdə… şöhrət sahibi olan insanların çox yaxşı təhsil aldıqlarını düşünürük.

 Ancaq tarix bizə çox pis təhsil almış ( hətta heç təhsil almamış) insanların da şöhrət sahibi olduqlarını göstərir. 


Ardı →

Həsən bəy Zərdabi

Həsən bəy ZərdabiMüasirləri böyük Azərbaycan ziyalısı və müəllimi, milli mətbuat və teatrımızın banisi, Vətənimizdə qadın təhsilinin ilk carçılarından biri olan Həsən bəy Zərdabinin (1842-1907) millət yolundakı tarixi xidmətlərini yüksək qiymətləndirərək onu “Qafqaz müsəlmanlarının atası”, “Zaqafqaziya müsəlman ziyalılarının müəllimi və mənəvi atası”, “Zaqafqaziya müsəlmanlarının milli oyanışının ilk bələdçisi”, “Müsəlmanlar arasında Avropa təhsili alan ilk azərbaycanlı” kimi epitetlərlə təqdir etmişdilər. Bu, səbəbsiz deyildi. Çünki bu böyük İNSAN şüurlu həyatının 40 ildən çoxunu dayanmadan, usanmadan, yorulmadan doğma xalqının maariflənməsi, mədəni xalqlar səviyyəsinə yüksəlməsi, ana dilində çağdaş dünyəvi təhsil ocaqlarının yaradılması, milli ziyalıların yetişdirilməsi işinə həsr etmişdi.


Ardı →

Təbrizdən doğan günəş

Təbrizli ŞəmsŞərq öz sirli insanları, müəmmalı hadisələri, sehrli kitabələri və digər qəribə özünəməxsusluqları ilə hər zaman bütün dünyanın diqqətini çəkib. Bu özünəməxsusluqlardan biri də hər zaman insanları düşündürən, dahiləri heyrətdə qoyan sufilər olub. Şərqdə elə sufilər olub ki, onlar təkcə yaşadıqları zamanın sirli insanları deyil, hətta gələcək zamanların da tam mənasıyla açılmayan sirr küpəsi kimi qalıblar.

Bu şəxslərdən bəziləri dövrümüzdə kifayət qədər tanınsa da, bəziləri layiq olduğu qiyməti nə öz dövlərində, nə də müasir dövrdə ala bilməyiblər. Belə şəxslərdən bəlkə də birincisi yəqin ki, məşhur sufi mürşid Şəms Təbrizi olub.

Onun həyatı başdan-başa müəmmalar və qəribəliklərlə dolu keçib. Ta uşaq yaşlarından həyatının sonuna qədər taleyin qəribəlikləri, sirli dərvişanə həyat tərzi, Mövlanə Cəlaləddin Rumi ilə tarixi görüşü, ona qarşı olan sui-qəsdlər və bu kimi digər hadisələr Şəmsi hər zaman onu tanımaq istəyənlərin maraq dairəsində saxlayıb. 

Şəmsin fərqli həyat tərzi ilə bərabər, onun həyatı ilə bağlı məlumatlar da kifayət qədər olmayıb. Ümumiyyətlə Şəmsin azərbaycanlı olmasına baxmayaraq, Azərbaycan dilli mənbələrdə onun haqqında hər hansı bir məlumat demək olar ki, yox dərəcəsindədir. Şəmsin həyatı haqqında əsas məlumatlara isə türkdilli mənbələrdə rast gəlmək mümkündür. 
Ardı →

Xanımlarıyla intihar edən dahilər

İntihar ənənəsi taleyə itaətdən daha çox iradə və ağla inanan qədim filosoflara məxsusdu. Stoik məktəbinə rəhbərlik edən müdriklər qibtə ediləcək qədər uzunömürlü olublar, amma bununla bahəm, demək olar ki, hamısı həyatla könüllü şəkildə vidalaşıb. Bir sözlə, taqətdən düşmələrini və ağıllarının azmalarını gözləməyiblər.

Lakin tarixə həyatlarının heç də qürub çağları ucbatından deyil, müxtəlif səbəblərdən özünə qəsd edən, özü də bu aktı təkbaşına yox, cüt həyata keçirən məşhurlar da məlumdu. 


Ardı →

Dahi yazarların qəribəlikləri

yazarların qəribəlikləriDahilərin gündəlik həyatda, məişətdə və intim həyatda qəribəlikləri həmişə anlaqsız qarşılanıb. Çünki hamıya elə gəlir ki, onların tam qüsursuz və insanlar üçün nöqsansızlıq timsalı olmalıdır. Həqiqətdə isə bu qeyri-mümkündür – dahilər də bizim kimi insandır. 

1. Onore de Balzak – kofe! 
Fransız ədəbiyyatının ən tanınmış siması Onore de Balzak əsl “qəhvə xəstəsi” imiş. O gün ərzində 50 fincana yaxın qəhvə içirmiş. Hələ bu azmış kimi yazıçı iri qəhvə dənələrini üzünü belə turşutmadan rahatlıqla çeynəyirmiş.

Qəhvə dahi yazıçıya əsərlərini yazmaq üçün ayıq qalmağa kömək edirmiş. Ancaq bu vərdiş yazıçının sağlamlığına təsirsiz ötüşməyib. Balzak yüksək qan təzyiqindən, ürəkdə və qarnında ağrılardan əziyyət çəkirmiş. Hətta yazıçının qəhvənin tərkibindəki kofeindən zəhərlənərək öldüyü güman olunur. 
Ardı →

Dahilərin dəliliyi

Məşhur psixiatr Lambrozo iddia edir ki, dahilik və dəlilik həmişə yanaşı addımlayırlar. Aşağıda göstərilən faktları nəzərə alsaq, bu iddianın yanlış olmadığı qənaətinə gəlmək olar…

Ölüm ayağında olan Malerb baxıcının nitqindəki qrammatik səhvləri düzəldirdi. O, səlis danışa bilməyən keşişin vida duasından da imtina etmişdi.

Kornel, Dekart, Virgili, Addison, Lafonten, Drayden, Nyuton, Mansoni auditoriya qarşısında, demək olar, danışa bilmirdilər.

Dalamber və Menaj ən əzablı cərrahi əməliyyatları sakit qarşıladıqları halda yüngülcə tənqiddən dəhşətə gəlirdilər. Ayağı kəsilərkən Lüçio de Lanseval gülürdü, ancaq Jofruanın tənqidini oxuyub ağlayırdı.
Ardı →

Qədim yunan dahilərinin həyatı

Zenon Qədim yunan filosofu dialektikanın yaradıcısı Zenon (e.ə.VI) Eley tiranı Nearxa çarına sui-qəsddə iştirakına görə tutulub dindirilərkən o, camaata tərəf dönərək: «Tiranın qabağında niyə susursunuz, sizə əzab verəcəyinizdənmi qorxursunuz?» — demiş və dişiylə dilini parçalayıb Nearxın üzünə tüpürmüşdür. Bunu görən camaat həyəcana gəlib tiranı daş-qalaq edib öldürmüşlər.

Aristotel. Hava dəyişmələri haqqında ilk dəfə məlumat verən Aristotel olmuşdur. XIX əsrdə alman alimi Vilhelm Dove, Aristotelin fikirlərini inkişaf etdirmiş və hava dəyişmələri haqqında nəzəriyyəsini irəli sürmüşdür. Lakin havanın proqnozu haqqında elmi cəhətdən əsaslandırılmış ilk nəzəriyyə Ç.Darvin və admiral Fite-Roya aiddir. Fite-Roy cavanlıqda havanın dəyişməsi ilə, dəniz fırtınası və hava hadisələri ilə maraqlanmış və 1848-ci ildə bu barədə məqalə dərc etdirmişdir. O, 1857-ci ildə sinoptik xəritə düzəltmiş, 1861-ci ildə bir gün əvvəl havanın dəyişiləcəyi haqqında proqnoz vermişdir. Ancaq onun söylədiyi proqnoz bəzən düz çıxmırdı, odur ki, bəzi ingilislər onu dələduzluqda günahlandırırlar. Buna görə də Fite-Roy 1865-ci ildə özünü öldürür. Ölümündən sonra ayrılmış xüsusi yoxlama qrupu Fite-Royun fəaliyyətinə yüksək qiymət vermişdir. Lakin artıq gec idi.
Deyilənlərə görə, Aristotel (Ərəstu) qısaboylu, kiçikgözlü adam olmuş, iki dəfə evlənmiş, iki uşağı (qız, oğlan) olmuşdur. Makedoniyalı İsgəndərin ölümündən sonra (e.ə.322) Aristotel Afinanı tərk edir və həmin ildə də Xalkidada ölmüşdür.


Ardı →

İncəsənət dahilərinin həyatından

KİNO VƏ TEATR

Teatr sahibkarı rus səhnəsinin məşhur artisti Samarini (1817-1885) danlayaraq demişdi: «Dünən Otello rolunu oynayarkən qeyri təbii öldün!» Samarin ona belə cavab vermişdi: «Mən özüm də təəccüb edirəm. O maaşı ki, sizdən alıram onun müqabilində təbii ölmək çətin deyildir!» — demişdir.

«Nəyi özünüzə əsas peşə hesab edirsiniz?» — sualına Adriano Çelentano belə cavab vermişdi: «Mən özümü hər şeydən əvvəl oynamağı sevən bir insan hesab edirəm. Nə vaxt ki, bunu etmək istəyirəm, onda özümü heç nə ilə məhdud edib saxlaya bilmirəm və ağlıma gələn hər şeyi edirəm.»

XIX əsr italyan səhnəsinin məşhur artisti Salvini (1829-1916) bir tamaşa zamanı səhnədə oynayarkən əsərin qəhrəmanı adından «At gətirin mənə, at!» — deyə salona müraciət etmişdir. Bu vaxt tamaşaçılardan biri: «At yoxdur, eşşək var, gətirib gəlim?» — deyə cavab verdikdə: «Gəl, gəl eşşək də olar!» — deyə artist özünü itirməmişdi.
Ardı →

Dahilər və idman

Ernest Miller Heminquey amerikanın məşhur yazıçısıdır. Uşaqlıqdan atası onu ovçu tüfəngindən atmağı öyrədirdi. 10 yaşına çatanda uçan nişanların vurulmasında ustadlığını göstərdi və babası ona ovçu tüfəngini bağışladı. Böyüdükcə idmanın başqa növlərinə də fikri verirdi.
Ernest boksla çox məşğul olurdu. Onun bədəni pəhləvanların bədəninə bənzəyirdi. Hətta maddi çətinlikləri çəkəndə o, çörəyi boksla qazanırdı. Qeyri-rəsmi olaraq təşkil edilmiş orta və yüngül çəkidə olan çempionlar arasında boks yarışı zamanı tamaşaçı kimi Heminquey iştirak edirdi. 10-cu raundda orta çəkili boksçu öz çəkisinin hesabına üstünlük qazanaraq rəqibinə güclü zərbələr endirir. Nəticənin ölümlə sona çatmasından ehtiyat edərək Ernest rinqə atılaraq qəzəblənmiş boksçunun qabağını alır.
Davamı →