Nitq inkişafını ləngidən amillər

Müasir dövrümüzdə insanı öyrənən 200-dən çox elm sahələrinin içərisində psixologiya elmi mühüm yer tutur. Psixologiya qədim yunan sözü olub (psyuxe-ruh ruhi aləm loqos-elm bilik öyrənmək) psixika haqqında elm deməkdir. Psixologiya fəaliyyət və ünsiyyətin psixoloji probləmlərini öyrənir. Psixologiya beyində obyektiv aləmin subyektiv sürəti kimi əmələ gələn psixikanın faktları qanunauyğunluqları və mexanizimləri haqqında elmdir. Həmçinin psixologiya psixi proseslər, psixi hallar və psixi xassələr haqqında elmdir. Psixi proseslər də 3 yerə bölünür. İdrak prosesləri, iradi proseslər və emmosianal proseslər. İdrak proseslərinə duyğu, qavrayış, diqqət, hafizə, nitq, təfəkkür və təxəyyül aiddir.


Davamı →

Loqopediya nədir?

Loqopediya  — nitq inkişafı zamanı əmələ gələn qüsurların aradan qaldırılması və qarşısının alınması ilə məşğul olan pedaqoji elm sahəsidir. Nitq, insana məxsus olan ali psixi funksiyadır. O, uşağın bütün psixi həyatında mühüm rol oynayaraq onda əsas idrak proseslərinin formalaşmasına şərait yaradır. Sözsüz ki, uşağın nitq inkişafında baş verən pozğunluq, onun bütün psixi proseslərinin formalaşmasına çox böyük mənfi təsir göstərə bilər. Bu pozulmalar nəticəsində ətraf mühitdə ünsiyyət yaratmaq çətinliyi ilə yanaşı, idrak proseslərinin düzgün formalaşmaması, bilik, bacarıq və vərdişlərinin qavranılmasında ciddi qüsurlar əmələ gəlir. Bütün bunlar da uşağı ən vacib vasitədən – özünütəsirlənmədən məhrum edir, onda davranış dəyişmələri, neqativizm, inamsızlıq yaradır. Nitq qüsurlarının aradan qaldırılması və qarşısının alınması şəxsiyyətin harmonik inkişafına kömək edərək, bilikləri qazanmaq üçün mövcud maneələri aradan qaldırır.


Davamı →

Psixolinqvistika elmi haqqında?

Müasir dövrdə psixologiya və dilçilik arasında da sıx əlaqə mövcuddur. Bunun aydın təzahürünü psixolinqvistikanın meydana gəlməsiylə görürük.

Psixolinqvistika nitq davranışını psixoloq və linqvistlərin kompleks şəkildə öyrənmələrini nəzərdə tutan elm sahəsidir. Psixolinqvistika özünün müstəqil tədqiqat predmetinə malikdir. Psixolinqvistikanı daha çox psixologiya «özününkü» hesab edir. Doğrudur, psixologiyada hələ çoxdan mövcud olan sahə — nitqin psixologiyası sahəsi vardır.


Davamı →

Uşağı danışmağa öyrədirik

Nitqin inkişafında müxtəlif pozulmaları olan uşaqların sayı ildən ilə artır.
Bu məqalədə mütəxəssis defektoloqlar və loqopedlərin uşağın nitqinin inkişafına yönəlmiş sadə məsləhətləri toplanıb.
Beləliklə,
— Əgər siz uşağın nitqinin normal inkişafını istəyirsinizsə, körpə vaxtından uşaqla danışın, ona mağnılar, laylalar, uşaq şeirləri oxuyun. Bu çox vacibdir! Uşağı yedizdirdikdə, geyindirdikdə və s. bütün hərəkətlərinizi sözlərlə müşayiət edin.

Davamı →

Danışıq etikası və nitq etiketləri

İfadə olunan bu və ya digər fikir nitq mədəniyyətinin tələbləri baxımından düzgün, aydın, məntiqi, yığcam, səlis, zəngin, canlı, ahəngdar, sadə, dəqiq və anlaşıqlı olmalıdır. Dilin ifadə imkanları o qədər zəngin və o qədər rəngarəngdir ki, söz və söz formaların hansı sintaktik birləşmədə, hansı mətndə necə işlənməsi haqqında konkret resept vermək mümkün deyil. Buna görə də eyni dildə danışan hər fərdin öz danışıq tərzi, öz ifadə üsulu var. Lakin dilin müqəddəsliyini qorumaq, onun ədəbi dil kimi daha da püxtələşməsi və səlisləşməsi naminə yazıda və nitq prosesində heç kəs ədəbi dilin müəyyən edilmiş normalarından kənara çıxmamalıdır və bu normalara əməl etmək hamının şərəfli vəzifəsidir.


Davamı →

Ailədə kişi- qadın münasibətlərində önəmli olanlar

1. Gözəl danışıq qabiliyyəti - Həyat yoldaşı onunla gözəl və mülayim rəftar etdikdə kişidə gözəl, mükəmməl danışıq qabiliyyəti əmələ gəlir. Belə ki, kişi qadınının ona olan münasibətini özündə əks etdirir və gözəl rəftarı mənimsəyir.

2. Ərin yüksək iş qabiliyyəti- Ailədə sakit atmosfer olduqda və ər evdə dincəlib rahatlıq tapdıqda onun yaddaşı, məntiqi, psixi funksiyaları yaxşılaşır və cəmiyyətdəki statusu yaxşılığa doğru dəyişir.

3. Tədbirlilik- Qadın ərinə tabe olduqda, kişi daha tədbirli və məntiqli insana çevrilir.

4. Məqsədyönlülük- Qadın ərinin həyatındakı maraqları qəbul etdikdə o inanılmaz dərəcədə məqsədyönlü insana çevrilir və məqsədlərinə nail olmaq üçün onda əlavə imkanlar yaranır. Yox əgər qadın ərinin maraqlarını mənasız və boş hesab etdikdə onun məqsədinı nail olmaq imkanalrını da blok edir.

5. Səbr- Qadın ərinin nöqsanlarına göz yumduqda, kişi də kaprizlərə və emosiyalara bir o qədər səbr edən birinə çevrilir.

Davamı →