Dar paltarlar zərərlidir

Bəzən dəb, bəzən də sırf özümüzə yaraşdırdığımız üçün dar ətəklər, köynəklər, şalvarlar geyinirik. Ancaq mütəxəssislər dar paltarların ciddi sağlıq problemlərinə səbəb olduğuna dair xəbərdarlıq edir.

Qan dövranını əngəlləyir
Paltarlar ayaqları və ya beli çox sıxanda ürək qan dövranını təmin etmək üçün daha çox işləməyə məcbur olur. Ayaq və qıçlarınızda qan dövranı çox əhəmiyyətlidir, çünki ayaqlarınızın şişməsini önləyir. Qan dövranının olmaması isə sağlamlığınız üçün təhlükəlidir. Özünüzü yorğun və halsız hiss etməyinizə səbəb ola bilər.

Davamı →

Sağlamlığa zərər geyimlər

Hər bir qadının geyim dolabında bir dənə də olsa dar geyimi var. Ya şalvar, ya ətək, ya da dar köynək. Bəzilərinin isə dolabı sadəcə, dar geyimlərlə doludur. Lakin bu dar geyimlərin orqanizmə zərərləri də olur. 

Qadınların uzun müddət dar şalvar geyməsi damarların sıxılaraq qeyri-normal vəziyət almasına səbəb olur. 

Rəhmdə iltihablanma, göbələk, ayaqların büküm yerlərində bədən yaralarına da səbəb olur. Bu cür geyimlər mütəmadi geyinilərsə rəhm və yumurtalıq xərçənginə də səbəb ola bilər. Daha çox dəbdə olan dar cins şalvarlar əsasən bel və mədənin aşağı bölgəsini həddindən artıq sıxdığına görə mədə yırtılmasına, mədə xorasına-qastritə səbəb ola bilər. 

Əsasən qış aylarında geyilən neylon və sintetik parçalardan hazırlanmış geyimlərin də sağlamlıq baxımından təhlükəli olduğu bildirilir. Tül corablar, günlük həyatda istifadə edilən kapron corablar da bu qəbildən olanlardır.
Ardı →

Dar şalvar kişilərdə sonsuzluğa səbəb olur


ABŞ-da fəaliyyət göstərən İnvestigation of Childlessness dərnəyinin apardığı bir tədqiqat zamanı əsasən, gənclərin üstünlük verdiyi dar şalvarlar sonsuzluq probleminin baş qaldırmasına səbəb ola bilər.

Dar şalvar geyinən zaman kişilərdə yumurtalıqlar bədənə yapışır və bu zaman həmin bölgədə bədənin temperaturu artır bu isə sperma hüceyrələrinin hərəkətinə mənfi təsir etməklə yanaşı həm də sperma hüceyrələrinin miqdarının artmasına mane olur.

Tədqiqat əməkdaşları qadınlarda isə sonsuzluq problemlərinin əsasən iltihabi xəstəliklərdən meydana gəldiyini bildirirlər.
Davamı →

Dar şalvarların zərərləri


Qadınların uzun müddət dar şalvar geyməsi damarların sıxılaraq qeyri-normal vəziyət almasına səbəb olur. Rəhmdə iltihablanma, göbələk, ayaqların büküm yerlərində bədən yaralarına da səbəb olur. Bu cür geyimlər mütəmadi geyinilərsə rəhm və yumurtalıq xərçənginə də səbəb ola bilər. Daha çox dəbdə olan dar cins şalvarlar əsasən bel və mədənin aşağı bölgəsini həddindən artıq sıxdığına görə mədə yırtılmasına, mədə xorasına-qastritə səbəb ola bilər.
Ardı →