BÜTÜN AZĞIN İDEOLOGİYALARIN KÖKÜNDƏ TƏKAMÜL NƏZƏRİYYƏSİ (DARVİNİZM) DAYANIR

BÜTÜN AZĞIN İDEOLOGİYALARIN KÖKÜNDƏ TƏKAMÜL NƏZƏRİYYƏSİ (DARVİNİZM) DAYANIR

 DARVİNİZMDƏN QAYNAQLANAN BƏLALAR: KOMMUNİZM, FAŞİZM, SATANİZM, PKK VƏ TERROR.
Darvinizm, kommunizm, materializm, şiddət, və terror bir –birindən ayrılmaz vəhdətdirlər. Darvinizm insanları heyvan olaraq gördüyü üçün, bu anlayışı qavrayan, mənimsəyən insanları üsyana, münaqişəyə, səviyyəsizliyə, eqoistliyə və əlaqsızlığa yönəldir. İnsanı insan edən dəyərlərdən- din əxlaqından, ailədən, namusdan və şərəfdən, mərhmətdən- uzaqlaşdırır. Həyatın mübarizədən ibarət olduğunu təlqin etməklə, onları hər hansı bir azğın ideologiya və cərəyanı izləmələrinə səbəb olur. Darvinizmi əsas götürən cərəyanlar, keçən əsrdə ən böyük dağıntılara, müharibələrə, terror aktlarına, kütləvi qətliamlara, soyqırımlara səbəb olublar. Darvinizm, bütün dünyaya, kommunizmi, faşizmi, müharibələri və terror bəlasını gətirib. 150 il müddətində cərəyan edən hər cür pisliyin, problemin bələdçisi darvinizmdir. Darvinizm, Kommunizm və Terror bir-birindən ayrılmazdır
Türkiyə dövlətinin bölünməz bütünlüyünü hədəfləyən ən təhlükəli təhdid olan separatçı terror, birbaşa kommunist ideologiyaya əsaslanır. Materialist və darvinist olan bu ideologiya, əxlaq, müqəddəslik və mənəviyyat kimi anlayışları rədd edir, insanların sadəcə maddi varlığını əsas götürür və onları bir qrup heyvan növü kimi görür. Tarix boyu kommunist və faşist diktatorlar, öz ideologiyalarını və törətdiklərini darvinizmlə dəstəkləyiblər. Karl Marks, darvinizm ilə kommunizmin əlaqəsini bu şəkildə bildirmişdi:
 «Darvinin əsəri böyük əsərdir. Tarixdə baş verən sinfi mübarizənin təbiət elmləri cəhətindən əsasını formalaşdırır.» (Marks Engels Mektublar, cild 2, s.126)
Ardı →

Darvinizm

Çarlz Darvinin baxışlarına əsaslanan, Yer kürəsində üzvi aləmin materialist təkamülü (tarixi inkişafı) nəzəriyyəsi. «Biql» gəmisində 5 illik (1831-1836) dünya səyahətindəki müşahidələr, dövrün bioloji və seleksiya təcrübəsi nailiyyətlərinin ümumiləşdirilməsi təkamül nəzəriyyəsinin yaradılması üçün Ç. Darvinə əsas verdi. Ç. Darvin 1837-ci ildə təkamül nəzəriyyəsini işləməyə başalmış lakin onu ilk dəfə 1858-ci ildə Londonda, Linney cəmiyyətinin iclasında təbbi seçmə nəzəriyyəsinin əsas müddəalarına dair məruzəsində təqdim etmişdir. Həmin içlasda çıxış edən A. Uollesin baxışları Ç. Darvinin baxışları ilə üst-üstə düşmüşdü. Lakin A. Uolles etiraf etdi ki,Darvin təkamül nəzəriyyəsini ondan əvvəl daha dolğun və dərin işləmişdir. O, 1889-cu ildə çap etdirdiyi kitabını da «Darvinizm» adlandırmışdır. Darvinizm təlimində Ç. Davin iki əsas dəyişkənlik tipini olduğunu qeyd edirdi.


Ardı →

Çarlz Darvin

Əksəriyyət nə vaxtsa, ola bilər neçə milyon il əvvəl insanın meymundan əmələ gəlməsi fərziyyəsini eşidib. Çoxları da əmindir ki, Darvinin nəzəriyyəsinin əsas mahiyyəti elə bundadır. Meymunla qohumluğu etiraf eləmək istəməyənlər də, dindarlar da Darvinin təkamül nəzəriyyəsinə müqavimət göstərir.


«Sən ailəmizi biabır eləyirsən!»


Kiçik ingilis şəhərinin sakini, yerli gimnaziyanın şagirdi Çarlz sinifdə müəllimlər və şagirdlərin məsxərəyə qoyduğu ən rahat nişangah idi. Məktəb tərbiyəçiləri onun mavi və həmişə yuxulu gözlərinə nə qədər baxırdılarsa orda hər hansı predmetə maraq  işartıları tapa bilmirdilər. Hətta ana dilini öyrənməyə də tənbəllik edirdi. O vaxtlar gimnaziyada şagirdlərdən tələb olunurdu ki, hamı bir nəfər kimi şer yazmalıdır. Çarlz hətta ən sadə sözlərə də qafiyə tapa bilmirdi, ya da tapmaq istəmirdi.


Ardı →

Harun Yəhya "Qlobal Masonluq" - Masonlar və naturalist fəlsəfə

Erazm Darvin
Təkаmül nəzəriyyəsinin qurucuları deyəndə, öncə ağla gələnlər fransız bioloqu Jan Batist Lamark və ingilis bioloqu çarlz Darvindir. Ehtimаl olunur ki, ilk dəfə təkamül təlimini Lamark ortaya atıb, ancaq bunu yalnız mutasiya anlayışına bağlayaraq yanılıb, Darvin isə təbii seçmə prosesinə əsaslanan ikinci bir təkamül nəzəriyyəsini formalaşdırıb. Amma təkamül nəzəriyyəsinin ortaya çıxmasında çox böyük rolu olan başqa bir şəxs isə arxa plana keçirilir: Erazm Darvin, çarlz Darvinin babası.

Ardı →