“Koroğlu” dastanı

XVI əsrin sonu — XVII əsrin əvvəllərində baş vermiş Cəlalilər hərəkatı xalq arasında geniş əks-səda tapmış, bu hərəkatın iştirakçıları haqqında çoxlu nəğmə, rəvayət yaranmışdır. Bu tarixi hadisə Azərbaycan və Türkiyə ərazisi ilə bağlı olduğundan yaranan bədii nümunələr də bu ölkələrdə daha geniş yayılmış, dildən-dilə keçmiş, zaman ötdükcə daha da zənginləşmişdir. “Koroğlu” dastanının mənbəyi məhz bu tarixi hadisə, bu hərəkat hesab olunur. Xalqın bədii təfəkkürünün, düşüncəsinin məhsulu kimi meydana gələn bu dastan (təsadüfi deyildir ki, onda əfsanəvi qüvvələr də iştirak edir) illər keçdikcə mükəmməl bədii forma və məzmun almış, möhtəşəm, təkrarolunmaz abidəyə çevrilmişdir.


Davamı →

“Kitabi­-Dədə Qorqud” - Xalqımızın tarix salnaməsi

Dünya mədəniyyətinə çox böyük töhfələr vermiş Azərbaycan xalqının ən möhtəşəm tarixi abidəsi “Kitabi­-Dədə Qorqud” dastanıdır. VII əsrdən üzübəri ozanların Oğuz yurdunu oymaq-oymaq gəzib yaydığı “Kitabi-Dədə Qorqud” boyları bu ərazidə türk dilində danışan Azərbaycan xalqının yaşadığını sübut edən əhəmiyyətli bir mənbədir. Dastanda cərəyan edən real tarixi hadisələr Azərbaycanda baş verib.
Hələ VI əsrin sonu, VII əsrin əvvəllərində Ağqoyunlu tayfaları Dərbənddən Zəncana qədər olan geniş bir ərazidə – Böyük Qafqazın ətəklərində, Qarabağda, Naxçıvanda, Göyçə gölü ətrafında yaşayıblar. Soykökü “xanlar-xanı Bayandur xana” gedib çatan Ağqoyunlular sonralar paytaxtı Diyarbəkir olan Oğuz dövləti yaradırlar. Bu dövləti idarə edən sülalə Bayandur xanın adı ilə “Bayandurlar” adlanır. Oğuzlar Göyçə gölü ilə Arpaçay arasındakı dağları Alagöz yaylaqları və ya Alagöz dağları adlandırırdılar.
Davamı →

Keçmişdən günümüzə “Dədə Qorqud” dastanı

Mədəniyyətimiz, xalq yaddaşımız zaman-zaman müxtəlif ideoloji-siyasi təsirlərə məruz qalsa da, keçmişimizin etibarlı bələdçisi olmuşdur. Türk xalqlarının ortaq mədəniyyət abidəsi hesab olunan “Kitabi-Dədə Qorqud” dastanının da islam dininin bərqərar olması ilə, eləcə də sonrakı dövrlərin ideoloji meyarlarından irəli gələn müəyyən təsirlərə baxmayaraq, əsas qayəsi, etnik-mədəni sistemimizin mühüm elementləri əsrlərin hüdudunu aşmışdır.

“Kitabi-Dədə Qorqud” və digər milli-mədəni abidələrimizə birmənalı olmayan münasibət onların haqqında yazılan məlumatlarda, araşdırmalarda da özünü göstərmişdir. Sovet dövründə nəşr edilmiş Azərbaycan dastanlarını müstəqillik illərində çapdan çıxan nəşrlərlə müqayisə edəndə bu mətnlərə ciddi müdaxilə olunduğunu görürük. Onu da deyək ki, dastanın mətninə edilmiş müdaxilələr xalqın yaddaşına müdaxilədir. Məsələn, 1980-ci ildə nəşr olunan “Dədə Qorqud dastanları” kitabında (“Maarif” nəşriyyatı) bunu aydın müşahidə edirik. “Məktəb kitabxanası” seriyasından buraxılan nəşr uşaqlar üçün anlaşılan olsun deyə dastanın dili dəyişdirilmiş, tipik sovet şüarçılığı və pafoslu leksikonu buraya daxil edilmişdir. Məsələn, “Basatın Təpəgözü öldürdüyü boy” belə başlayır: “Xanım, bir gün oğuzlar xəbərsiz otururkən yurdlarına düşmən gəldi. Onlar gecəylə qorxub köçdü”. Boyun girişi nəsrlə olduğu halda, onu məqsədli olaraq nəzmə çevirmişlər:

Davamı →

Gəlin biz də dastanlaşaq

Gəlin biz də dastanlaşaq

Bu yaxınlarda çoxdan oxuduğum bir hadisə yadıma düşdü. Həmin hadisə çoxdan baş verib. Lap çoxdan. Amma elə bir hadisədir ki, üzərindən əsrlər keçməsinə baxmayaraq, hələ də təptəzədir. Həmin hadisəni oxuyandan sonra gözümdə sevgi, ehtiram, itaət anlayışları daha da ucaldı. Hadisəni bilmək üçün gərək on dörd əsr əvvələ səyahət edək. Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) yetişdirdiyi insanların dövrünə.

Həmin dövrdə biri-birindən dəyərəli insanlar yaşayıb. Demək olar ki, hər birinin həyatı dastanlaşıb. Onlar Allah Rəsulunu (sallallahu aleyhi və səlləm) sevən, Onun tərəfindən sevilən insanlardır. Sözsüz ki, sevgi olan yerdə ehtiram da olar. Bax onları dastanlaşdıran da elə bu iki dəyərdir. Bu dəyərlərə itaəti, sədaqəti, vəfanı, fədakarlığı da əlavə etmək mümkündür. Bu dəyərlərin hamısını özündə ethtiva edən insanlardan biri də, heç şübhəsiz, Həzrət Ömərdir (radiyallahu anh). O Ömər ki, Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) xüsusi duası ilə müsəlman olmuşdu. Haqqı nahaqdan ayırd etdiyi üçün elə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) tərəfindən “Faruq” adı ilə şərəflənmişdi.

İllərlə sevdiyi insanın yanından ayrılmadı. O, vəfat edəndən sonra da yolunda sabitqədəm qaldı. Vaxt gəldi Allahın izni ilə ümmətin xəlifəsi oldu. Xəlifəlik də onu dəyişə bilmədi. Ədaləti dillərdə dastan idi Faruqun (radiyallahu anh). Ədalətinin yanında bir də həssaslığı vardı. Bax elə həmin hadisə də bu uca insanın başından keçib. Gələk hadisəyə:

Bir cümə günü idi. Xəlifə Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) sünnəsinə uyğun olaraq ən gözəl paltarlarını geyinib məscidə sarı gedirdi. Yolu Peyğəmbərimizin əmisi Həzrət Abbasın (radiyallahu anh) evinin yanından keçirdi. Elə o əsnada kimsə damda toyuq kəsmişdi. Navalçadan süzülən qan xəlifənin paltarına damdı. Xəlifə əsəbiləşib navalçanı söküb atdı. Əmirəlmöminin paltarını dəyişib məscidə qayıtdı. Xütbədən sonra həmişə ki kimi xoşuna gəlməyən şeylər haqqında camaata xəbərdarlıq edirdi. Sözə belə başladı: “Camaat, yanlış işlər görürsünüz. Gələndə filan divarın yanından keçirdim. Navalçadan üstümə qan damcıladı. Mən də navalçanı söküb atdım". Xəlifənin sözlərini eşidən Həzrət Abbasın (radiyallahu anh) sanki başından qaynar su töküldü. Təşvişlə ayağa qalxıb: “Ey möminlərin əmiri, sən neyləmisən? O navalçanı ora Allah Rəsulu (sallallahu aleyhi və səlləm) qoymuşdu” – dedi. Bu səfər də Həzrət Ömər (radiyallahu anh) sarsılır. Elə olduğu yerə çöküb qalır. Sonra özünü toparlayıb HəzrətAbbasın (radiyallahu anh) qolundan tutub həmin yerə gətirir.“Ey Allah Rəsulunun əmisi, vallah mən başımı divarın dibinə qoyacam. Sən də başımın üzərinə çıxıb o navalçanı yerinə yerləşdirəcən” – deyir. Həzrət Abbas çaşbaş qalmışdı. Nə edəcəyini bilmirdi. Bir yanda Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) yerinə qoyduğu navalça, digər yanda da ümmətin xəlifəsinin başına basmaq. Amma Həzrət Abbas da sevgidə, ehtiramda ondan geri qalmırdı. İnsanların gözü qarşısında çıxdı xəlifənin başına və navalçanı əvəlki kimi yerinə qoydu”.

Hadisə bu qədər qısadır. Amma gördüyümüz kimi dərin mənalar ehtiva edir. Burada çox şeyə toxunmaq olar. Yuxarıda sadaladıqlarımız dəyərlərin hamısını bu qısa hadisədə görəbilirik. Bura bir də qürur məsələsini əlavə etmək olar. Xəlifə belə olsa, başını insanların qarşısında yerə qoyur. Etdiyi səhvi başı ilə düzəldir. Bir insan da edilən səhvi xəlifənin başına çıxmaqla düzəldir. Budur, o insanları dastanlaşdıran dəyərlər.

Dastanlaşmaq üçün dəyərlərimizə sahib çıxaq. Qürurumuzu bir kənara qoyub insanları sevək. Sevdiklərimizə ehtiram göstərək. Bəlkə, onda biz də dastanlaşa bildik.

P.S: Bu hadisə Əhməd ibn Hənbəlin “Əl Müsnəd” və İbnül Cevzinin “Sifətül-safvə” əsərlərində keçir. Maraqlananlar baxa bilər.

Sadiq Umarov


Davamı →

Mahabharata dastanından


 -Ağılı necə qazanmaq olar?
— Müdriklərlə söhbət etməklə
— Döyüşçü üçün ən qiymətli şey nədir?
— Onun yarağı
— Cütçü üçün ən qiymətli şey nədir?
— Yağış
— Bəs əkinçi üçün?
Ardı →

Dünya Mədəniyyətinin İlkləri

Dünya ədəbiyyatında ən qədim dastan: Şumerlərin “Gilqamış” dastanı 
Dünya ədəbiyyatında ən uzun dastan: Qırğızların “Manas” dastanı 
Dünya ədəbiyyatında ilk modern roman: Migel De Servantes – “Don Kixot” 
Dünya ədəbiyyatında ilk hekayənəvis və əsəri: Covanni Bokkaço – “Dekameron”
Komediyanın yaradıcısı: Aristofan 
Tragediyanın yaradıcısı: Esxil 
Dünya ədəbiyyatında ilk qadın romançı: Afraben 
İlk realist roman: “Madam Bovari” 
İlk uşaq romanı: “Yeni sərmayə” (1935) 
İlk esse yazarı: Mişel de Monten 
İlk dəfə rəsmlə yazını birləşdirən, “danışıq balonları” hazırlayan: Villiam Hoqart 
İlk satirik jurnal: “Diogen” – Teodor Kasap 
İlk kitab sərgisi: Franfurtda, 1480-ci ildə olub. 
Nobel mükafatını ilk alan ölkə: İsveçrə 
Ardı →

Türk dastanlarını ədəbi-tarixi əhəmiyyəti

Türkün inamı, əxlaqı, eşqi, ailə, yurd və dövlət haqqında anlayışları, mənəvi böyüklüyü dastanlarda öz əksini taparaq nəsillərdən-nəsillərə keçmişdir.

Dastanlarda türk uşaqları ilahi bir  işıqdan doğulur. Qara xanın yaratdığı aləm işıq aləmidir, dənizdən çıxan qadın xəyalı işıqdan yoğrulmuşdur. Oğuz doğulduğu zaman onun üzü mavi işığa çalırdı, arvadı göydən enən bir işıqdan doğulmuşdur.

Türkün işıq sevgisi, suya, ağaca, təbiətə pərəstişi onun ilkin inamlarının əks-sədasıdır. Tanrının ilk dəfə doqquz insanı doqquzbudaqlı bir ağacın altında yaratması inamı, Oğuzun Qağanın Göy, Dağ, Dəniz adlı oğlanlarının ağac koğuşunda dünyaya gəlməsi, başqa bir ağac koğuşunda doğulan uşağa Qıpçaq adı verilməsi və s. etiqadları türkün təbiətə məhəbbətinin rəmzidir, öz mənşəyini təbiətlə bağlamaq arzusu ilə bağlıdır.

Türk dastanlarında qızıl, gümüş, dəmir, qurğuşun, qalay, tunc, polad və s. materiallarla bağlı adlar çəkilir. Qədim türk öz səadətini arayıb axtararkən mədənçiliyə də ayrıca əhəmiyyət vermişdir. Uluğ türkün qızıl yay və üç gümüş ox və boz oxlara bölməsi də mənalıdır.

Türklərin dəmir dağı əritməsi, dəmirçilik peşəsini sevməsi, qızıl, gümüş, dəmir kimi metal adlarının dastanlarda çəkilməsi, müxtəlif filizlərdən silahlar qayırması, hətta şəxsi adların da bunlardan seçilməsi bu ənənələrdən irəli gəlir. Dastanlarda tunc üzlü, dəmir biləkli, altun qəlbli, gümüş bədənli və s. deyimlərin işlənməsi də təsadüfi deyil. Bütün bunlar təsdiq edir ki, türklər çox-çox qədimlərdən müxtəlif metalları kəşf etmiş və mədənçilik elminə yiyələnmişlər.

Dastanda Bozqurd totemi türkün həyat və savaş gücünün rəmzidir. Bu dastanlarda Bozqurd tanrıdır, ordular önündə gedib yol göstərir, türkün xilaskarıdır. Habelə öz mənşəyini Bozqurdla bağladığına görə türk qəhrəmanlarını Bozqurda bənzətmiş, onlarda Bozqurdluq arayıb axtarmışdır.


Ardı →

Türk dastanları

       Türk xalqlarının dastan yaradıcılığı çox qədim və zəngin ənənlərə malikdir. Bu dastanlar onların milli qəhrəmanlıq, iman və düşüncə tarixinin, tarixdən əvvəlki və sonrakı çağlarının bədii ifadəsidir. Dastanlarda ilkin tanrı və tanrılaşdırılmış insanlar, gün işığı, su köpüyü və ağacdan doğulmuş uşaqlar, türklərin çarpışma və savaşları xüsusi yer tutur. Daha doğrusu, türk dastanları türklərin dastanlaşmış tarixidir, öz əfsanəvi keçmişinə münasibətinin təcəssümüdür.

         Türklərin yenilməz bahadırlıq uğurları, savaşları, yeni-yeni yurdlar salması, böyük dövlətlər qurması və mənəvi gözəlliyi bu dastanların yaranması üçün özül olmuşdur. Gerçəkliyin əfsanəyə çevrildiyi bu çağlarda insanların ilkin duyğu və düşüncələri, acı, şirin xəyalları, təbiət və onun hadisələrinə qeyri-adi münasibətləridə dastan yaradıcılığında əsas zəmin olmuşdur.

         Eradan öncə XII yüzillikdən başlayıb eramızın IX yüzilliyinə qədər hakimiyyət sürən Saq, Hun, Göytürk və Uyğur imperiyaları dövründə dastan örnəkləri meydana gəlmişdir. Eradan əvvəl VII yüzillikdə yaşamış Turan hökmdarı Alp Ər Tonqa haqqında qoşulmuş dastan, Şu, Hun –Oğu, Göytürk, doqquz oğuz və on uyğur və s. dastanları parlaq nümunədir.

         “Yaradılış dastanı” – Türk dastanları içərisində “Yaradılış” dastanı dünyanın yaranmasından bəhs edən ilk dastan örnəyi kimi səciyyəidir. Dastanda belə deyilir ki, dünyada heç bir şey yox ikən tanrı Qara xan və ucsuz-bucaqsız su vardı. Qara xandan başqa görən və sudan başqa görünən yox idi. Ay, ulduzlar, göy və torpaq yaradılmışdır.


Ardı →

Əsli və Kərəm araşdırması

Şifahi xalq yaradıcılığının bir qolu olan dastanlarımız arasında bu gün taleyinə müzakirə obyektinə çevrilmək yazılmış bir dastanımız var — “Əsli və Kərəm”. Onun müzakirə obyektinə çevrilməsi və əsasən ümumu bir məxrəcə gəlinmədiyindən dahi Üzeyir bəy Hacıbəyovun eyniadlı operası da səhnə üzünə həsrət qalıb. Kulis.az “Əsli və Kərəm” haqqında araşdırma aparıb

Təbii ki, Üzeyir bəy bu operanı erməniyə məhəbbətdən qələmə almayıb. “Əsli və Kərəm” operası 1912-ci ildə xalq dastanı əsasında dahi Üzeyir bəy Hacıbəyov tərəfindən yazıldı və elə həmin il də səhnəyə qoyulan opera ondan sonra dəfələrlə Opera və Balet teatrının səhnəsində oynanıb. 1989-cu ildə baş verən hadisədən sonra tamaşa bir daha Opera və Balet Teatrının səhnəsində görünməyib.
Davamı →