Demoqrafik keçid mərhələləri

Dünya əhalisi təbii artım hesabına çoxalır. Təbii artımın sürəti müxtəlif ölkələrdə fərqlidir. Doğulan və ölənlərin sayının az olması təbii artımın I tipi, doğulanların sayının çox, ölənlərin sayının az olması isə II tipi üçün səciyyəvidir.
BMT-nin hesablamalarına əsasən, XXI əsrin sonunda Yer kürəsində əhalinin sayı 11 mlrd, nəfərə çatacaq. Bir çox alimlərin fikrincə, əhali sayının bu həddi təbii ehtiyatların tükənməsinə, kənd təsərrüfatında yararlı torpaq sahələrinin deqradasiyaya uğramasına, dəniz və okeanlarda olan canlı aləmin kəskin azalmasına səbəb olacaqdır. Bunlar isə sosial, iqtisadi və ekoloji problemlərin yaranması və müxtəlif regionlarda insanların həyat səviyyələrinin aşağı düşməsi ilə nəticələnə bilər.
Davamı →

Azərbaycan əhalisi

2010-cü ildə Azərbaycanın əhalisi 9 milyonu keçmişdir. Dünyanın 70 ölkəsində 50 milyondan artıq azərbaycanlı yaşayır. Iranda onlar daha çoxdur (25 mln.). Bir il ərzində ölkədə doğulanların sayından ölənlərin sayını çıxdıqda, alınan fərqə əhalinin təbii hərəkəti və ya artımı deyilir. Azərbaycanda hər min nəfərə 14 nəfər doğulur, 6 nəfər ölür. Deməli hər min nəfərə təbii artım 8 nəfərdir. Təbii artım — iqtisadi, sosial, hərbi-siyasi və milli xüsusiyyətlərdən asılıdır.


Ardı →

Dünya əhalisi

2000-ci ildə dünya əhalisinin sayı 6,1 milyardı keçmişdir. Əhali cəmiyyətin başlıca məhsuldar qüvvəsi və başlıca istehlakçısıdır. Demoqrafiya — əhalini öyrənən elmdir. Əhalinin sayının kəskin artması «demoqrafik partlayış» adlanır.
Əhalinin təbii hərəkəti (və ya artımı) dedikdə doğum və ölüm arasındakı fərq başa düşülür. Əhalinin artımını demoqrafik siyasətlə tənzimləyirlər. Təbi artımın 2 tipi var:


Ardı →