Tənhalıq

tənhalıqTənhalıq hissinə ancaq və ancaq əsl məhəbbət, yüksək həssaslıq, yüksək qayğı, incə, kövrək qəlb vasitəsilə qələbə çalmaq mümkündür.
İnsan çox vaxt özünü tənha hiss edir. Yanında kiminsə olmasını, ona qayğı göstərməsini, onu daim sevib, əzizləməsini istəyir. Bu zaman da sevəcəyin bir insan olmalıdır.
Özünü tənha hiss edən birisinin qohum və qardaşı, ana və bacılar bunu dərk etməlidirlər. Özünü tənha hiss edən, özünə qapılan birisini tənhalığın əlindən almaq, onu xilas etmək həmin insanların yaxınlarının borcudur. Çünk tənhalıq hissi özü də sonda hansısa xəstəliyə gətirib çıxara bilər. Bu xəstəliklərdən biri də psixi xəstəlik, depresiyadır.
Depressiya ağır ,eyni zamanda təhkükəli xəstəlikdir. Hələ çox qədim zamanlardan depressiyanın səbəbini çıxılmaz vəziyyətlə əlaaqələndirilmişdir.
İnsan orqanizmində müxtəlif depressiv xəstəliklərin yaranmasında hisslər, ehtiraslar mühüm rol oynayır.
Ardı →

Siz depressiyadan əziyyət çəkirsiniz?

Amerikanın Arizona universitetinin mütəxəssisləri depressiyadan əziyyət çəkənlərə maraqlı bir müalicə üsulu təklif ediblər.Onlar xəstələri daxilində iki saat ərzində temperaturun 38 dərəcəyə qədər qalxdığı bir tətil çadırına yerləşdirilməklə müalicə etməyin effektiv olacağını bildirirlər.
Ardı →

Payız depressiyası

Payız… başa düşmək üçün qəribə, sevmək üçün romantik, yaşamaq üçün gərgin bir fəsildir. Bəziləri üçün bu çiçəklənmə və məhəbbət dövrü olsada, kimlər üçünsə depressiya, tənhalıq və gücün tükənmə dövrüdür. Bu fəsildə insanların təxminən hər 5 nəfərindən biri özlərinə qapanaraq müxtəlif psixoloji hallar yaşayır. Görəsən nəyə görə biz payızda darıxır, özümüzü pis hiss edirik?
Payız depressiyası haqda alimlərin və həkimlərin maraqlı fikirləri var. Onlar düşünür ki, orqanizmdə vitamin çatışmamazlığı və az hərəkətli həyat tərzi bu psixoloji vəziyyəti yaradır. Bəziləri düşünür ki, biz sadəcə məzuniyyətə çıxmaq üçün düzgün vaxt seçmirik. Arizona ştatının Tibb Universitetinin tədqiqatçılarının fikrincə isə həddindən artıq nəmişlik, evdəki hörümçək torları depressiyaya gətirib çıxarır.
Davamı →

Depressiya | Ailənin ən təhlükəli düşməni

  • Qadın
Yaxşı hal-əhval ömrü uzatmaqla yanaşı, insanın əmək fəaliyyətinə də müsbət təsir göstərir. Ancaq depressiyaya düşmüş insan haqqında bunu demək olmaz. İsrail alimləri ərinmədən hesablamışlar ki, vətəndaşların depressiyaya düşüb işə çıxmamaları,ölkə iqtisadiyyatına ildə təqribən 23,5 milyon dollar ziyan vurur. Amma depressiya təkcə cibə yox, ailədaxili mühitə də mənfi təsir göstərir. Xüsusilə də qadınların bu xoşagəlməz vəziyyətlə üzləşməsi mürəkkəb durumu daha da çətinləşdirir.
Ardı →

Qadınlarda depressiya | Ailənin ən təhlükəli düşməni

  • Qadın
Bildiyimiz kimi yaxşı hal-əhval ömrü uzatmaqla yaxşı təsir göstərir və insanın əmək fəaliyyətinə də həmçinin müsbət təsir göstərir. Lakin buna baxmayaraq depressiyaya düşmüş insan haqqında bunu demək olmaz. Alimləri yorulmadan hesablamışlar ki, vətəndaşların depressiyaya düşüb işə çıxmamaları, ölkə iqtisadiyyatına mənfi təsir göstərir və bunun aradan qaldırılması vacib məsələdir. Amma depressiya təkcə cibə yox, ailədaxili mühitə də mənfi təsir göstərir. Xüsusilə də qadınların bu xoşagəlməz vəziyyətlə üzləşməsi mürəkkəb durumu daha da çətinləşdirir.


Yaxşı məlumdur ki, depressiya sosial adaptasiyanın pozulmasıyla müşayiət olunur. Bu hal xüsusilə də qadınlarda özünü daha qabarıq biruzə verir. Belə ki, kişilər depressiv vəziyyətdə emosiyalarını gizlətməyə meylli olurlar. Qadınlarda isə, əksinə, depressiya ictimai münasibətlərin daha geniş aspektini əhatə edir. Lakin depressiya güclü cinsin nümayəndələrini də möhkəm silkələyir.


Ardı →

Depressiyaya səbəb vasvasılıq.

Alimlər belə qənaətə gəliblər ki, ifrat vasvasılıq depressiyaya gətirib çıxara bilər. 


Həm evdə, həm də ofisdə daim təmizlik işləri aparan insan zərərli bakteriyalarla yanaşı, orqanizmin fəaliyyəti üçün faydalı olan virusları da məhv edir.Daha əvvəl sübuta yetirilibdir ki, bəzi bakteriyalar insanın immun sisteminin möhkəmlənməsi, orqanizmin müxtəlif iltihab proseslərinə və allergik reaksiyalara müqavimətinin artması üçün zəruridir. Tədqiqatlar nəticəsində sübuta yetirilmişdir ki, lazımi bakteriyaların çatışmazlığı insan beyninin fəaliyyətinə mənfi təsir göstərir. Beyin əhvalı yüksəldən," xoşbəxtlik hormonu«deyilən bioloji aktiv maddə  serotonin hasil etmir.Tədqiqatın müəllifi Endryu Millerin fikrincə, ruh düşkünlüyü immun sisteminin fəaliyyətindən asılıdır. Yaşa dolduqca insanın immun sistemi inkişaf edir və möhkəmlənir. Külli miqdarda bakteriyaların və parazitlərin müqavimətinə məruz qalan immun sisteminin onların təsirini məhdudlaşdırmaq imkanları artır. Hazırda ətraf mühit çox təmiz olduğu üçün immunitetimiz infeksiyalarla səmərəli mübarizə apara bilmir.Alimlərin fikrincə, Qərbdə insanlar depressiyadan inkişafda olan ölkələrə nisbətən daha çox əziyyət çəkirlər, çünki onların immun sistemi zərərli bakteriyalara qarşı mübarizəyə uyğunlaşmamışdır. Məsələn, Böyük Britaniyanın hər on sakinindən biri depressiyadan əziyyət çəkir, halbuki Nigeriyada bu xəstəliyin əlamətlərinə hər yüz adamdan birində təsadüf edilir.

/azərtac/
Davamı →

Depressiya testi

Ən az iki həftə boyunca aşağıdakı şikayətlənmələrdən beşinin görülməsi depresiyanı işarə edir.

1- Kədərli və boş hiss etmə
2- Günün böyük hissəsində maraq/əlaqə azalması və zövq alma azalması 
3- Səbəbsiz kilo artırma və ya itirmə
4- Yuxusuzluq və ya həddindən artıq uyğunlaşmaya
5- Yersiz həddindən artıq hərəkətlilik və ya keylik
6- Davamlı və səbəbsiz yorğunluq, əldən düşmüşlük və enerji itkis(n)i
7- Dəyərsizlik və günahkarlıq duyğuları
8- Düşünmə konsentrə olma bacarığının azalması, qərarsızlıq
9- Ölüm və intihar düşüncələri, intihar planları etmək.



Davamı →

Depressiyadan qurtulun

Depresiyya nədir? Psixoloji olaraq insanın sarsılması, əhvalının pisliyə doğru dəyişməsidir. Günümüzdə bir çox insanlar bu xəstəlikdən əziyyət çəkir. Çox zaman işdə uğursuzluq, həyatda uğursuzluq, münasibətdə uğursuzluq hamısı depressiyaya yol açır. İnsan həyatdan küsür. Hər şey ona qara rəngdə görsənir. Tənhalıq, qaranlıq bir növ onun üçün qurtuluş olur. Lakin bu hal insanı daha da yoxuşa aparır.


Bəs depressiyadan çıxmaq üçün nə etmək olar? Bildiyimiz kimi, qida insan orqanizminə böyük təsir edir, insanı gümrah tutur. Beləliklə depresiyyadan xilas olmağın yolu YEMƏYİ sevin. Amma çoxda yeməyin çünki bu sizdə ağırlıq yara dilər. Çalışın yüngül yeməklərə üstünlük verin. Meyvələr çox önəmlidir. Gündə maye qəbulunu unutmayın. Soyuq havalarda depressiyaya düşmüsünüzsə kafeinli içkilər xaric çalışın daha çox maye qəbul edin.


Bəzən insanlar depressiya zamanı yeməkdən uzaqlaşır. Bu isə ən böyük səhvdir. Çünki beləliklə depressiya vəziyyətini ağırlaşdırmış oluruq. Unutmayın ki, depressiya bir xəstəlikdir. Bundan əlavə və ən əsası ruhun qidasıdır. Qəlbinizdə Allah olduqca siz depresiyyadan uzaq olarsınız. Çalışın bu mövzularda kitablar oxuyun, mahnılara qulaq asın. Çünki ruhun qidası imandır. Allah hər birinizi depressiyadan qorusun.


Davamı →

Depressiya və xanımlar

Ümumiyyətlə, depressiya nədir? Ümidsizlik dolu, kədərli vəziyyətin artaraq uzun müddətli hal alıb ictimai fəaliyyətdə və həyat fəaliyyətində ciddi problem yaradan bir vəziyyətinə depressiya deyilir. Depressiya hər bir insanda –kişi,qadın,yeniyetmə və qocalarda ola bilər.Məlum olmuşdur ki, qadınlarda olan depressiya kişilərə nisbətən 2 dəfə çox olur və bu depressiya kişi ,uşaq və qocalarda olan depressiyadan özünəməxsusluğu ilə fərqlənir.
Hər birimizin həyatında baş verən ruh düşkünlüyü vaxtaşırı baş verən bir prosesdir.Lakin bu kədər dolu ab-hava uzun müddət davam edərsə, deməli, biz depressiyadan əziyyət çəkirik.Depressiyanın müxtəlif növləri vardır ki,bunlardan da bəziləri, hətta aylarla davam edib, həyat fəaliyyətimizdə böyük problemlər yarada bilər.
Ardı →

Yorğunluq, narahatçılıq və üzüntüyə necə qalib gəlməli?

Yorğunluğun ən böyük səbəbkarı üzüntüdür. Bunu bizim küçədə yaşayan Alisanın nümunəsində görmək mümkündür. Bir dəfə Alisa işdən evə qayıtdıqda tamam üzgün və iztirab çəkmiş görkəmdə idi. Adama elə gəlirdi ki, o, yorğunluqdan ayaq üstə dura bilmir. Alisa, həqiqətən də, çox yorğun idi. Onun başı bərk ağrıyırdı. Onun beli də ağrıyırdı. Onun bircə arzusu vardı; şam yeməyini gözləmədən yıxılıb-yatmaq. Anası ona çox yalvardı… O, axır ki, masa arxasında əyləşdi. Bu zaman telefon səsləndi. Dostu ona zəng etmişdi. Dostu onu rəqsə dəvət edirdi. Alisanın gözləri dərhal parıldamağa başladı. Onun əhvali-ruhiyyəsi bir anda yüksəldi. O, tələsik öz otağına cumdu, gözəl mavi rəngli paltarını geydi və səhər saat üçə qədər rəqs etdi. O, evə qayıdanda heç də əzgin və yorğun görkəmdə deyildi. Sevincindən o qədər şən və həyəcanlı idi ki, yuxuya gedə bilmirdi. Görəsən Alisa səkkiz saat bundan qabaq iztirab çəkmiş görkəmdə və görkəminə münasib davranışda olduğu zaman həqiqətənmi çox yorğun idi? Alisa o vaxt həqiqətən çox əzgin görkəmdə idi, ona görə ki, iş onu möhkəmcə darıxdırmışdı və ya ola bilərdi ki, həyat tərzi onu kəmhövsələ etmişdi. Belə Alisalar milyonlardır. Ola bilsin ki, siz elə onlardan birisiniz.
Davamı →