Yaraları sağaltmaq üçün ən yaxşı mazlar

Kəsiklər, cızıqlar, yanıqlar — bunlardan heç kim sığortalanmayıb. Bu cür kiçik problemlərlə həkimə müraciət etmək ağılsızlıq olar. Amma bəzi hallarda belə kiçik və əhəmiyyətsiz yaralar böyük sağlamlıq problemlərinə səbəb olur. Ona görə də hər evdə aptekçədə yara alan zaman tətbiq edə biləcəyiniz və yaraları sürətlə sağaldacaq mazlar olmalıdır. 

İlk tibbi yardım zamanı tətbiq edə biləcəyiniz mazları təqdim edir. Mazlar tərkiblərinə görə bir birlərindən fərqlənirlər. Onları tətbiq etməzdən əvvəl tərkibini araşdırmaq lazımdır.
Davamı →

Üzün dərisinə gündəlik ümumi qulluq qaydaları

Dərinin quruluşu
İnsanın dərisi 3 qatdan ibarətdir: epidermis, derma (dərinin özü), dərialtı piy toxuması. Ətraf mühitin təsirinə bilavasitə məruz qalan xarici qat epidermis adlanır. Bu qatın qalınlığı təxminən 0,3-1 mm-dir. Ən nazik epidermis qatı göz qapaqlarında, ən qalın epidermis qatı isə əllərin iç və ayaqların alt səthində olur.

Epidermis özü də bir neçə təbəqədən ibarətdir. Aşağı qatın hüceyrələri daimi olaraq bölünürlər və yuxarıya tərəf hərəkət edirlər; müəyyən müddətdən sonra bu hüceyrələr ölərək dərinin üst qatından kiçicik pulcuqlar şəklində laybalay xaric olurlar. Dərini bir qədər sürtərək ona mikroskop altında baxdıqda, onun səthindən qopub xaric olan kiçik tozcuqları görmək olar – bunlar məhz ölmüş hüceyrələrdir. Dəri səthində olan bu ölmüş hüceyrələr dərinin tam şəkildə nəfəs almasına, həmçinin kremlərin, maska və s. bu kimi vasitələrin tərkibində olan faydalı maddələrin dəriyə daxil olmasına mane olur. Məhz buna görə, vaxtaşırı olaraq ölmüş hüceyrələri dəri səthindən xaric etmək üçün skrab və ya pilinqdən istifadə etmək lazımdır. Bu bir növ dərinin əsaslı şəkildə təmizlənməsidir.
Davamı →

Ət xalları

Ət xallar nədir? Onları kəsdirmək, götürmək olarmı?
Xallar bədənin hər yerində rast gəlinə bilər, daha çox qəhvəyi rəngdə olur, yumru, ovalvarı şəkildə nöqtələrdir. Bu nöqtələr dərinin rəngini təmin edən Melaninin yaradılmasına iştirak edən xüsusi növ hüceyrələrin – melanositlərin artması nəticəsində əmələ gəlir. Bir insanda olan xallar genetik olaraq müəyyənləşir, əmələ gəlir. Xalların bəziləri doğularkən olur, bəziləri isə sonradan yaranır. Xüsusilə gənclik dönəmində daha çox artır.

Bəs ət xalı nədir, adi xaldan necə fərqlənir?
Ət xalları sıx rast gəlinən, dəridən çıxıntı əmələ gətirən, ziyansız, yumşaq dəri törəmələridir. Dəri rəngində olduqları kimi, tünd və qırmızı rəngdə ola bilirlər. Ölçüləri 1 mm-dən 5-6 sm-ə qədər dəyişir.

Ət xalları adətən boyun ətrafında, qoltuq altı və qasıq kimi büküş yerlərində əmələ gəlir, hətta getdikcə çoxala, sayı 70-80-e arta bilir. Əsasən də çox kilolu və 2-ci tip şəkəli diabet xəstələrində daha çox müşahidə olunur. Ət xallarının yaranma səbəbi məlum deyil.
Davamı →

Övrə

Övrə (Urticaria - Latınca urtica, «gicitkən» urere, «yandırmaq») çox sıx rastlanan bir xəstəlikdir. Əhalinin 15-25%-i həyatında bir dəfə də olsa övrə keçirmişdir.

Övrə qırmızı, qaşıntılı, 24-48 saat içərisində yer dəyişdirən, heç bir iz buraxmadan keçən qabarıqlıqlarla ortaya çıxan bir dəri xəstəliyidir. Qabarıqlıqlar bəzən birləşib bütün bədəni əhatə edə bilər. Hər yaşda ortaya çıxa bilər. 6 həftə içərisində tamamilə keçərsə kəskin, 6 həftədən daha uzun müddət davam edərsə xronik övrədir. Əgər ödem dermisin dərin qatına və dərialtı toxumaya yayılarsa angioödem dediyimiz daha şiddətli bir mənzərə ortaya çıxır.

Kəskin övrənin 50%, xronik övrənin 90% hallarda səbəbi bilinməməktədir. Övrənin ortaya çıxmasına səbəb olan faktorlara infeksiyalar (viral, bakteriyal, parazit), dərmanlar (antibiotiklər, ağrıkəsicilər), bəzi qidalar (dəniz məhsulları, süd məhsulları, yumurta, çiyələk və s.) və digərləri daxildir.

Övrə qırmızı, qaşıntılı, 24-48 saat içərisində yer dəyişdirən, heç bir iz buraxmadan keçən qabarıqlıqlarla ortaya çıxan bir dəri xəstəliyidir. Qabarıqlıqlar bəzən birləşib bütün bədəni əhatə edə bilər. Hər yaşda ortaya çıxa bilər. 6 həftə içərisində tamamilə keçərsə kəskin, 6 həftədən daha uzun müddət davam edərsə xronik övrədir. Əgər ödem dermisin dərin qatına və dərialtı toxumaya yayılarsa angioödem dediyimiz daha şiddətli bir mənzərə ortaya çıxır.

Kəskin övrənin 50%, xronik övrənin 90% hallarda səbəbi bilinməməktədir. Övrənin ortaya çıxmasına səbəb olan faktorlara infeksiyalar (viral, bakteriyal, parazit), dərmanlar (antibiotiklər, ağrıkəsicilər), bəzi qidalar (dəniz məhsulları, süd məhsulları, yumurta, çiyələk və s.) və digərləri daxildir.

Diaqnoz klinik müayinə əsasında qoyulur. Ətraflı alınmış anamnez çox vaxt övrənin səbəbini anlamağa imkan verir. Xronik övrədə altda yatan səbəbi aydınlaşdırmaq üçün qaraciyərin, böyrəyin, tiroidin funksional testləri, nəcisin parazitoloji müayinəsi, hepatitlər və digər testlər baxılır.

Müalicəsində antihistamin qrupu dərmanlara əsas yer verilir. Xəstəliyin şiddətinə görə uyğun dərman seçilir və dozası müəyyənləşdirilir. Bəzən bir neçə gün sistemik steroidə ehtiyac olur. Müalicəyə tabe olmayan xəstələrdə siklosporin, omalizumab kimi daha qüvvətli dərmanlar, əlavə təsirləri nəzərə alınaraq istifadə oluna bilər.

Mənbə: Derm.az


Davamı →

Yağlı dəri

yağlı dəriYağlı dəri öz sahiblərinə həmişə əziyyət verib, əsəb bağışlayıb. Bu, təbiidir: daim yağlı, parıltılı, genişlənmiş məsamələr, qara və qırmızı civizələr istənilən insanın həyatını dözülməz edə bilər. Lakin insanlar artıq çoxdandır təbiətin qanunlarına tabe olmurlar. Bəşər övladı illərdən bəri davam edən təbiətlə mübarizədə problemləri aradan qaldırmaq üçün bir çox üsullar icad edib. İndi yağlı dəriyə malik olanlar da gözəl və təravətli görünə bilərlər. Ancaq bu təbii qüsura qarşı həqiqi mübarizə aparmaq lazımdır.
Əvvəlcə dərinin həqiqətən də yağlı olub-olmadığını dəqiqləşdirmək lazımdır. Bunun üçün klassik üsuldan istifadə edin: üzünüzü yuduqdan 1-2 saat sonra kağız salfeti üzünüzə yapışdırın. Əgər salfetdə yağ ləkələri əmələ gələrsə, deməli, dəriniz yağlıdır. Yalnız bundan sonra fəaliyyətə başlamaq lazımdır.
Davamı →

Quru dəriyə qulluq

Yaşın artması, qidalanma tərkibi və sinir sisteminin vəziyyəti dərinin yağlılıq dərəcəsinin dəyişməsinə təsir edən əsas amillərdir. Normal yağ ifrazının pozulması dərinin vəziyyətinə mənfi təsir göstərir. Bu zaman dərinin elastikliyi azalır, qabıq və çatlar əmələ gəlir, günəş şüalarına, küləyə, yuxarı və aşağı temperaturlara qarşı həssaslığı artır, qıcıqlanır və qırmızı ləkələrlə örtülür.
Davamı →

Dərinin qocalması

Çox təəssüf ki, dərinin qocalmasını geri döndərmək mümkün deyil. Bu prosesi ancaq və ancaq ləngitmək olar. Plastik cərrahiyyə əməliyyatları və kosmetik vasitələr qocalmanın qarşısını alan ən effektli, eyni zamanda ən bahalı vasitələrdir. Amma bunlarsız da keçinmək olar.
Ardı →

Bədən dərisinə qulluq

bədən dərisinə qulluq qadına vacibdirBədənin dərisini unutmaq cinayətdir. Ona tək bircə dəfə krem çəkməklə, son dərəcə zərif və hamar görünəcəyinə əmin ola bilərsiniz. Üstəlik, onu masaj da etsəniz, ikiqat müsbət nəticəyə nail olarsınız.
Gərgin iş günündən sonra ilıq vanna bütün yorğunluğunuzu unutdura bilər. Ancaq uzun müddət vannada qalmaq ürəyə və qan-damar sisteminə mənfi təsir edə bilər. Bu, həm də dəri üçün ziyandır. Buna görə də, vannada 15-20 dəqiqədən artıq qalmayın. Su isti olmamalıdır. İsti vanna orqanizmə mənfi təsir göstərir və yorğunluğu azaltmaq əvəzinə, daha da artırır. Dərinin quruluğunun və qabıq verməsinin qarşısını almaq istəyirsinizsə, vannadan sonra ona krem, yaxud bədən üçün nəzərdə tutulan kosmetik süd çəkin. Bu, dərinizi hamar və elastik edər.
Ardı →