Yoqurtlu desert

Tərkibi:
  • 500 qr yoqurt ( müxtəlif yoqurtların qarışımı da olar)
  • 25 qr jelatin
  • 4 x/q şəkər tozu( yoqurt şirindirsə az da istifadə etmək olar)
  • mövsüm meyvə və giləmeyvələri

Davamı →

İspanaq tortu

Ərzaqlar:
Yumurta – 3 ədəd
Şəkər tozu – 1 st.
Süd – 1 st.
Zeytun yağı – ½ st.
Un – 2,5 st.
Qabartma tozu – 1 paket
Vanilin – 1 paket
Təzə ispanaq – 200 qr.
Damla saqqızı (mastika) – 1 ədəd

Üstü üçün:
Krem şanti (toz) – 2 paket
Soyuq süd – 1,5 st.
Davamı →

Kəsmikli desert

Tərkibi:
4 çay qaşığı jelatin
3 portağal
250 qram 30-35%-li qaymaq
3 xörək qaşığı bal
1 stəkan portağal şirəsi
300 qr kəsmik. 

Hazırlanma qaydası:
Bir qabda jelatini yarım stəkan su ilə isladın. Portağalın qabığını soyun və bir az suda 15 dəqiqə qaynadın. Kəsmiyin üzərinə 3 xörək qaşığı bal və 1 stəkan portağal şirəsi əlavə edib mikserlə çalın. Qaymağı ayrı qabda mikserlə qarışdırın.

Soyulmuş portağal qabığını kəsmiyə əlavə edin. Jelatini bir az qızdırın və qaymaqla birlikdə kəsmikli qarışığa əlavə edin. Portağalları qabıqdan təmizləyin və dilim formasında doğrayın.
Davamı →

Meyvəli desert

Tərkibi:
Portağal — 1 ədəd
Banan — 1 ədəd
Üzüm — 100 qr
Şaftalı — 2 ədəd
Çiyələk — 5 ədəd
Şokolad — 1-2 dilim
Qaymaq — 50 qr.

Hazırlanma qaydası:
Bütün meyvələri xırda-xırda doğrayın, sonra yaxşıca qarışdırıb desert qablarına yığın. Hazır çərəzin üzərinə bərk köpük halına qədər çalınmış qaymaq əlavə edin. Deserti şokolad dənələri ilə bəzəyin.
Davamı →

Çiyələkli spungle

Tərkibi:
Çiyələk – 500 qr.
Vanil – 1 paket
Kakao – 3 x.q.
Süd – 1 litr
Yumurta – 3 ədəd
Un – 3 x.q.
Şəkər – 1.5 stəkan

Hazırlanması:
Süd və yumurtaları orta ölçülü bir qazanda yaxşıca qarışdırın. Un, şəkər, vanil və kakaonu da sıra ilə əlavə edin, orta dərəcəli qaz sobasında tündləşənə və qatılaşana qədər bişirin.
Davamı →

Bananlı desert

Tərkibi:
5 banan
1 limon
3 x.q. şəkər tozu
1 x.q. kərə yağı
300-400 q qaymaqlı dondurma
100 q şəkərli peçenye
25 q şokolad

Hazırlanması:
Sobanı 220 dərəcə qızdırın. Formanı bolluca kərə yağı ilə yağlayın. Bananları təmizləyib hər birini uzununa bölün.
Davamı →

Qarpız tortu

Tərkibi:
qarpız
2 paket krem-şanti
2 st. soyuq süd

Üzərinə:
kəklikotu

Hazırlanması:
Qarpızın aşağısını və üstünü hamar şəkildə kəsin (kənarları yumru tort formasında). Qabığını soyun.

Şanti kremini soyuq südlə çalın. Qarpızın hər yerinə kremi çəkin. Kəsib çıxardığınız hissələrdən yuvarlaq bıçaqla qarpız «top»ları kəsin. Bunları «tortun» üzərinə düzün, kəklikotu budaqları ilə bəzəyin. Bir neçə saat soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiniz. Nuş olsun!
Davamı →

Bananlı desert


Ərzaqlar:

1 ədəd banan
Ağ çörək 2-3 dilim
qatılaşdırılmış süd
kişmiş
şokolad


Hazırlanması:
Ağ çörək kiçik kublar şəklində kəsilir. Banan halqa şəklində dilimlənir.
Banan, çörək, kişmiş və  qatılaşdırılmış süd birlikdə qarışdırılır.
Daha sonra alınan məhsulu soyuducuya qoyun. Çıxardıqdan sonra üstünə  rəndələnmiş şokolad səpin. Nuş olsun!
Davamı →