Əqrəb mövsümü

  • Kino
Kriminal motiv rejissor Emil Quliyevin «Pərdə» («Pərdə», "İkinci Pərdə" və «Sonuncu Pərdə») trilogiyasının da əsas xətlərindən biri idi. Ümumiyyətlə, Emil Quliyevin filmlərində bir qayda olaraq, cinayət hadisələri ailə, qonşu-qohum çevrəsinin münasibətləri çərçivəsində baş verir. Və rejissorun kino dünyasında kriminal motiv problemin miqyasını, dərinliyini göstərməkdən ötrü sadəcə vasitə rolunu oynayır. Ona görə «Pərdə» trilogiyasını janr etibarilə, sosial, ailə dramı adlandırmaq daha doğru olardı, nəinki detektiv, kriminal filmi. İctimai Televiziyanın efirində yayımlanan və tamaşaçı rəğbəti qazanan "Əqrəb mövsümü" serialında da cinayət hadisələri bir ailənin mürəkkəb vəziyyəti fonunda baş verir. Ümumiyyətlə, Emil Quliyevin yaradıcılığında ailə obrazı xüsusi yer tutur, qırmızı xətt kimi gözə dəyir və rejissora görə, cəmiyyətin problemləri əslində, elə ailə institutundakı gözardı etdiyimiz qüsurlarla birbaşa əlaqəlidir.

Davamı →

Düşüncə zənciri

Son dövrlər Azərbaycanda detektiv əsərlər dəbə minməyə başlayıb. XX əsr Azərbaycan ədəbiyyatı üçün bu janr o qədər də xarakterik olmasa da, son onillikdə xarici filmlərin, serialların təsiri altında bir çoxları detektiv yazarı olmaq eşqinə düşür, kriminal romanlar, ssenarilər yazırlar… Çünki bu janr hamıya çox asan görünür. Hətta nə vaxtsa hüquq mühafizə orqanlarında çalışan və sonradan təqaüdə çıxan bir çox mütəxəssislər də, vaxtilə apardıqları cinayət işlərini bir az ədəbi formaya salıb detektiv əsərlər kimi ortaya qoyurlar, ilk baxışdan həqiqətən də asan görünür. İstənilən bir kriminal hadisəni götür, istintaqı təsvir elə, vəssalam, oldu detektiv roman və ya serial ssenarisi...

Davamı →

Buludların üzərində ölüm

İnsan əgər həqiqəti deyirsə, o, heç nədən qorxmamalıdır.

Ah, bu detektiv müəllifləri! Onlar öz romanlarında həmişə polisi axmaq yerinə qoyurlar.

Axı qətlin təkcə günahkara və qurbana aidiyyatı yoxdur. O, günahsızlara da toxunur.

Təcrübəmdən bilirəm ki, adamların çoxu uçan yarasalar kimi kordurlar, yeri gəlmişkən, bu, bütün xoşbəxt adamlara aiddir, amma necəsə bir hədd var axı!

Siz öz gördükləriniz əsasında nəticə çıxardırsınız. Heç nə adamı birbaşa müşahidə qədər həqiqətdən uzağa apara bilməz.
Davamı →

Çingiz Abdullayev - bizim əbədi Dronqo

Detektiv janrının yaranması 19-cu əsrin sonunda yaşamış Amerika yazıçısı Edqar Alan Ponun adıyla bağlı olsa da, ümumiyyətlə dünya ədəbiyyatında detektiv, daha doğrusu, kriminal sücetlərdən bundan əvvəl də kifayət qədər istifadə olunmuşdu (hətta bəzi tənqidçilər Dostoyevskinin məşhur «cinayət və cəza» romanını da klassik detektiv hesab edirlər). Lakin orta əsrlərdə istər Avropa, istərsə də Şərq ədəbiyyatında işlənən kriminal sücetlər daha çox macəraçılıq xarakteri daşıdığından, detektiv bir janr kimi tam formalaşa bilməmişdi. Məhz Edqar Alan Podan sonra Avropa ədəbiyyatında detektiv janrının konkret çərçi-vələri, formaları, qayda-qanunları formalaşmağa başlamış, sonrakı iyirmi il ərzində klassik detektiv janrı öz zirvəsinə çatmışdı. Detektiv janrının klassiklərindən sayılan Artur Konan-Doyl, Hilbert Çesterton, Aqata Kristi, Corc Simenon və s. bu kimi yazıçılar öz əsərlərində klassik detektivin bütün qaydalarını dəqiqliklə işləmiş, təcrübədən keçirmiş, yanrın müxtəlif növlərini yaratmışdılar. Yalnız bundan sonra dünya ədəbiyyatında detektiv ədəbiyyat bir janr kimi qəbul olunmuşdu.


Ardı →