Diş fircası haqqında və fircaların düzgün seçilməsi
İnsanın sağlam həyat tərzində gigiyena xüsusi əhəmiyyətə malikdir. Ağız-diş təmizliyi, əl-dırnaq təmizliyini həyata keçirən vasitələr şəxsi olmalı və digər insanların bundan istifadəsinə icazə verilməməlidr. Diş fırçaları da belə vasitələr qrupuna daxildir və seçilərkən orqanizmin xüsusiyyətlərinə uyğun qaydada seçilməlidir.
Bu gün mağazalarda müxtəlif firmaların müxtəlif qiymətlərə diş fırçaları satılır. Mütəxəssislər bildirirlər ki, 80 qəpikdən 10 manata qədər olan diş fırçaların istifadə müddəti 3 aydır. Yəni hansı firma olur-olsun, ağız və diş sağlamlığı üçün diş fırçası 3 aydan artıq istifadə edilməməlidir.
Ümumiyyətlə, ağız təmizliyi üçün insanlar hər zaman axtarışda olublar. Hələ lap qədim dövrlərdə dişləri təmizləmək üçün budaq, quş tükü, heyvan sümükləri, kirpi tikanı və s. bu kimi təbii vasitələrdən istifadə edilib. İlk diş fırçası isə e.ə 3000-ci ildə qədim Misirdə qələm boyda ağac budaqlarının istifadəsi ilə tətbiq edilib. İslam dünyasında isə Salvador misvak ağacının budaqları ilk dəfə diş təmizləmək üçün istifadə olunub. Hazırda istifadə edilən diş fırçalarını xatırladan diş fırçası isə 1498-ci ildə Çində hazırlanıb. İlk diş fırçası patentini 1857-ci ildə Amerikada Vadsvorth alıb.
Stomatoloqlar bildirir ki, diş fırçaları sərtliyinə görə yumşaq, orta sərtlik və sərt olmaqla üç hissəyə bölünür.
Ardı →