Diş implantının damağa ziyanı varmı?

Son illər ağız boşluğunda yaranmış qüsurların müalicəsində diş implantlarından geniş istifadə olunur.
İmplant qoyduranların sayı artsa da, hələ də bu üsulun zərərli olması haqqında məlumatlar yayılır. Bəzi xəstələr çıxan protezlərin daha etibarlı və təhlükəsiz olduğunu, damağa daha az ziyan vurduğunu hesab edirlər.

Bu barədə Azərbaycan Tibb Universitetinin ortopedik stomatologiya kafedrasının assistenti Tofiq Mahmudov məlumat verib. Həkim bildirib ki, bu fikirlər tibbi cəhətdən əsassızdır. Onun sözlərinə görə, çıxan protezlər damaq yatağına ciddi problem yarada bilər: «Bəzən körpü formalı protezlər yerindən tərpənir, onun altına qida qırıntılar girir, çürümə verir və s. Amma əksinə, diş implantlarının damağa və sümüyə böyük xeyri olduğunu demək olar. İmplant sümüyün atrofiyasının qarşısını alır, çeynəmə zamanı sümüyə düşən yükün öhdəsindən rahatlıqla gəlir».
Davamı →