Təbii diş məcunu

Dişlərə düzgün qulluq edilmədikdə kariyes, diş ətlərində iltihab yaranır, bu da dişlərin çürüyərək sıradan çıxmasına, ağızdan pis qoxu gəlməsinə səbəb olur.

Stomatoloqlar dişlərin gündə iki dəfə fırçalanmasını məsləhət görürlər. Satılan bir çox diş məcunlarının tərkibindəki maddələr nəinki dişlərimiz, sağlamlığımız üçün də ziyanlıdır.

Aktivləşdirilmiş kömür, Hindistan cevizi yağı və yumurta qabığı tozunun qarışığından evdə asanlıqla təbii diş məcunu hazırlamaq olar. Satılan diş məcunlarından daha faydalı olan bu qarışıq dişlərə və diş ətinə zərər vermir.
Davamı →

Diş məcunundan fərqli istifadə üsulları

1. Ayaqqabıları təmizləyə bilərsiniz
Köhnə diş fırçasının köməyilə ayaqqabınızı yüngülcə fırçalayın, daha sonra nəm parça (əski) ilə təmizləyin. Fərqi görəcəksiniz. Xüsusilə də idman ayaqqabılarınız tərtəmiz olacaq. Diş fırçasını dəri ayaqqabılarda yaranmış çatların bərpa olunmasında da istifadə etmək mümkündür.

2. Ütünün altını təmizləyə bilərsiniz
Ütünüzün alt hissəsindəki ləkələri diş məcunuyla rahat bir şəkildə təmizləmək mümkündür.

3. Çətin ləkələri təmizləyə bilərsiniz
Evinizdə xalçaya, divara və başqa hər hansı əşyanıya düşən ləkəni çıxarmaq üçün diş məcunu köməkçiniz olacaq. Qəhvə və ya şərab ləkələri köhnə diş fırçasının köməyilə diş məcununu tətbiq edin. Mebellərdəki su ləkələrini yox etmək istəyirsinizsə nəm parçanı bir az diş məcunununa batırın və təmizləyin. Bildiyimiz kimi, uşaqlar şəkil çəkməyi çox sevir.
Davamı →

Diş məcunu ilə bağlı bilmədiklərimiz.

1. Diş məcunu yaxşı bir qoxu məhv edicidir, əllərdəki balıq kimi qoxuların uçub getməsinə koməkçi olar.

2. Diş məcunu qisa vaxtda yaxşı bir ləkə çıxarıcıdır. Bir az ləkənin uzərinə sürtüb yüngülce ovxalayın ..

3. Diş məcunu ilə silinib parıldadılan  eynək şüşələrini buxar tutmaz

4. Diş məcunu möcüzə bir kağız yapışdırıcısıdır, xususilə divarlara asılan posterlər üçün möcüzə kimidir.

5. Diş məcunu ilə almaz və gümüş üzüklərinizi parıldada bilərsiniz.Ovxalayın yetər..

6. Diş məcunu kiçik mismar dəliklərini doldurmaq üçün gözəl bir hiylədir.

7.Diş məcunu ilə turşumuş qoxusundan qurtara bilmədiyiniz süd şüşələri və əmzikləri, su və bir az diş məcunu ilə yuya bilərsiniz.

8. Diş məcunu ağcaqanad, bit-birə dişləməsi kimi kiçik qaşıntılara yaxşıdır, dişlənilən yerin uzərinə azca əlavə edin və rahatlayın.

9. Bu qədər xeyirdən sonra dişlərinizi gündə 2 dəfə firçlamağı unutmayın.


Davamı →

Təbii diş məcunu

Bu gün hər kəs ağız boşluğunun gigiyenasını qorumaq üçün diş məcunlarından istifadə edir. Bəzi insanlar orqanizmin sağlamlığını düşünüb diş məcunu aldıqda tərəddüd edir, görəsən hansı yaxşıdır, tərkibi orqanizm üçün ziyanlıdırmı? Bəziləri isə məcunu tərkibinə baxmadan, dişimi ağartsın, dişimin karyesini töksün, damağıma xeyrili olsun deyə düşünüb alırlar. 
Bu gün istifadə olunan diş məcunlarının tərkibində zəhərli maddələr, süni qatqılar, köpükləndirici vasitələr insan orqanizmi üçün çox ziyanlıdır. Onlar ağız boşluğunun sağlamlığını qorumur, əksinə səhhətimiz üçün təhlükə yaradır. Bu xəstəliklərdən özümüzü qorumaq üçün təbii diş məcunu reseptini öyrənməliyik. Yalnız təbii diş məcunu qorxusuz və ziyansızdır.

Tərkibi:
Mürsafi ağacının bərkimiş halda yapışqanı
balaca 2 ədəd Limon qabığı (rəndənin xırda gözündən keçirilmiş, ya üyüdülmüş)
Rozmarin
Yaşıl çay
Ardı →