Həftədə 7 və ya 15 kq arıqladan pəhrizlər

Almalı qəhvəli pəhriz qısa müddətdə 5-7 kq çəki atmaq üçün çox məşhur və sınanmış üsuldur. Gün ərzində yalnız 1,5 kq yaşıl alma yeyilir. Səhər, günorta, axşam olmaqla 3 dəfə, sutkada cəmi 400 ml təzə qəhvə içilir. Qazsız, təmiz su da gün ərzində 500 ml olmaqla içilə bilər.
Bu pəhrizə həftədə 2 gün arada fasilə olmaqla əməl edilməlidir. Hər gün etmək olmaz.

Davamı →

Kökəlmək istəmirsinizsə

Hazırda dünyada demək olar ki, əksər insanları narahat edən problemlərdən biri də artıq çəkidir.Q
Bunun ən başlıca səbəbi isə qeyri-sağlam qidalanma, hərəkətsiz yaşam tərzidir. Ailem.az sizə ömür boyu bu cür problemlə qarşılaşmamaq üçün faydalı məsləhətlər verir.
Günə səhər yeməyi ilə başlayın
Davamı →

İştahanı azaltmaq üçün bunları edin

Sizə aclıq hissini öldürəcək maraqlı üsullar təqdim edirik.
• Masajla arıqlamaq zəmanəmizin ən dəbli prosesinə çevrilib. Qadınlar iştahanı öldürüb, yeməyi azaltmaqdansa, masajı və müxtəlif ağrılı prosedurlardan keçməyi üstün tuturlar. Amma həkimlər bunun nə qədər çətin olduğunu görüb, xanımlar üçün yeni, evdə tətbiq edilə bilən vasitə düşünüblər.

Davamı →

21 gün şəkərsiz qidalanma

Sağlam bir həyatın ən vacib şərti balanslı və şüurlu bəslənmədən irəli gəlir. Balanslı bir pəhrizin həyat tərzi sürməsi hər kəs üçün asan olmasa da, 21 gün ərzində müəyyən bir proqramı tətbiq etməklə asanlıqla qəbul edilə biləcəyini vurğulanır.
Elmi olaraq, bir davranışın bilinçaltımıza yerləşməsi və vərdiş halına gəlməsi üçün 21 gün lazımdır. 21 gün ərzində bir proqram tətbiq etdikdə bu bir vərdiş halına gəlir. Balanslaşdırılmış bir həyat üçün 21 günlük bir proqram həyat keyfiyyətini artırır və sağlam həyata doğru ilk addımdır.
Davamı →

Axşam 6 dan sonra yeyək yoxsa yeməyək?

Yayılmış fikirə görə, arıqlamaq istəyən insan axşam saat 18.00-dan sonra yemək yeməməlidir.
Belə yanaşmanın məntiqli arqumentləri də var — axşam insan daha az hərəkət edir və nəticədə daha az kalori yandırır ki, bu vaxt qəbul olunmuş kalorilər qarın və omba nahiyəsində yığılmağa başlayır.
Lakin müasir diyetoloqlar və arıqlamaq üzrə mütəxəssislər bu fikirlə razı deyil. Belə ki, tanınmış rus diyetoloq Aleksey Kovalkov belə hesab edir ki, daim axşam 18.00-dan sonra yeməyən insan arıqlamayacaq, əksinə kökələcək.
Davamı →

Piylənmənin səbəbləri və müalicəsi

Piylənmə müasir dövrün aktual problemlərindən biridir.
Piylənmə (latın dilində “adipositas”) – yağların yığılması (toplanması), piy toxuması hesabına bədən çəkisinin artması deməkdir. Piy toxumaları həm fizioloji zonalarda, həmçinin süd vəziləri, bud və qarın nahiyələrində yığıla bilər. Piylənmə piy toxumasının miqdarına ğörə – dərəcələrə, onun əmələ gəlmə səbəblərinə görə isə tiplərə bölünür.
Davamı →

Düyü pəhrizi

Bu pəhrizin müxtəlif variantları var. Biz sizə düyü pəhrizinin ən tanınmış və sınanmış variantını təqdim edirik. Bu pəhriz 2 həftə ərzində tutulmalıdır.

4 kiçik şüşə bankası götürülür. Bankaları nömrələmək lazımdır — 1, 2, 3 və 4.
Pəhrizə başladıqdan 4 gün əvvəl 1-ci bankaya 3 xörək qaşığı yumru düyü və üzərinə çıxana kimi ilıq su tökün.

Növbəti gün bu qayda ilə 2-ci bankada düyü isladın, 1-ci bankada olan düyünü isə yuyun və yenidən üzərinə ilıq su tökün.
Davamı →

Çin pəhrizi

Çin qadınlarının yaş artdıqca dəyişməyən siluetləri, tarım, qamətli və zərif bədənləri onların qidalanmasından qaynaqlanır.

Çinlilər nadir halda piylənmədən əziyyət çəkir. Daha çox düyü və balıq məhsulları yeyirlər. İçki, çörək, şirniyyatdan uzaqdırlar. Bu pəhrizlə siz 10 kq asanlıqla ata biləcəksiz. Pəhriz 50-60 yaşlı xanımlarda da effekt verir. Pəhriz 7 günlükdür. Pəhriz müddətində yalnız adi su və yaşıl çay içmək tövsiyyə olunur.

Bazar ertəsi:
Səhər – yaşıl çayla suxarı
Günorta: 150 qr bişmiş balıq, suxarı, 1 stəkan mineral su
Axşam: kök salatı yağla, 2 bişmiş yumurta Yaşıl çay
Davamı →

Pəhriz zamanı doğru bilinən 6 səhv

Ac qalım, mədəm kiçilsin dieta
Gün ərzində orqanizm üçün ən mühüm olan, lakin ən çox laqeydlik göstərilən məhz qidalanmadır. Yuxu zamanı uzun sürən aclıqdan sonra tezdən səhər yeməyi yemək günə ac-susuz, dəli, gərgin vəziyyətdə başlamaqdan daha yaxşıdır. Heç kim sizə yağlı qidalar yeməyi tövsiyə etmir. Az-az yeyin, gündə 3 dəfə sağlam qidalanın.

Bu gün yeyim, sabahdan pəhrizdəyəm
Bu sözlərlə özünüzü aldatmayın. Kekslər, piroqlar əla növ yağlı kabablar yemək sizin ən azı 1 həftə geri salacaq. «Can boğazdan gəlir» deməyin, eyni can məhz elə boğazdan da gedir. Zarafatlarla iştahınıza haqq qazandırmağa çalışmayın. Heç kim sizə tikənizin hesabını tutun demir. Yazda gözəl bədən quruluşuna sahib olmaq, mağazalarda «S», «M» ölçülərdəki gözəl libaslara yaxınlaşmaq istəyirsinizsə, bu məhsullardan uzaq durun.
Davamı →

Yedikcə arıqladan 10 qida

1. Qatıq
Qatığın 100 qramında yalnız 50 kalori var və uzun müddət tox tutur. Qatığı səhər yeməyində, naharda, şam yeməyində və ara yeməklərində də yeyə bilərsiniz. İstəsəniz, meyvə, çərəz, bal, mürəbbə ya da təzə göyərtilər əlavə edərək daha fərqli dad əldə edərsiniz. Axşamüstü acdığınızda şirniyyatla çay içmək əvəzinə süzmə qatığın içinə nanə, cəfəri, şüyüd, xiyar əlavə edib, yanında da tam taxıllı bir dilim çörək yeyə bilərsiniz.

Davamı →