Dietik kokteyl

Artıq çəkidən qurtulmağın kilid nöqtələrindən biri və ən önəmlisi maddalər mübadiləsini sürətləndirməkdir. Bunun üçün bir çox çaylar, qarışımlar mövcuddur.

Arıqlamanıza yardımçı olacaq kokteyl resepti:
5 ədəd badam ləpəsi, 1 ədəd yaşıl alma, yarım fincan qatıq və ya şəkərsiz, azyağlı yoqurt, 1 ç.q darçın tozunu blendrdən keçirib için.

Bu kokteyli ara yemək əvəzi qəbul edə bilərsiniz.
Davamı →

"Süpürgə" salatı

Bu ad ona bağırsaqları çox yaxşı təmizlədiyi, bədəndən zəhərli maddələri çıxardığı və nəticədə də artıq kilolardan azad etdiyi üçün verilib. Bir sözlə, bədəninizdə olan artıq nə varsa “süpürgə” salatı onları süpürüb atacaq.

Bol vitaminli bu salat çox doyumlu olmasına baxmayaraq, kalorisi çox azdır. Ona görə onu rahatlıqla istədiyiniz qədər yeyə bilərsiniz. Həmçinin, həftədə bir dəfə, bir gün yalnız “Süpürgə” salatını yeməklə detoks günü edərək bədəninizi toksik maddələrdən təmizləyə bilərsiniz.

Tərkibi:
Bir ədəd çuğundur
Bir ədəd yerkökü
Ağ kələmin bir neçə yarpağı
Bir az göyərti (istədiyinizi əlavə edə bilərsiniz,
Davamı →