Az yeyirəm, ancaq kökəlirəm...


Bəzən insanlar hiss edir ki, onların çəkisi səbəbsiz olaraq artır — qidalanma dəyişilməyib, fiziki hərəkətlik normadadır, ancaq çəki artır. Bəzən bu insanlar hətta pəhriz saxlamağa, daha az yeməyə çalışsalar da, heç bir köməyi olmur və bədən çəkisi artmaqda davam edir.

Belə halın səbəbləri müxtəlif ola bilər. Bəzi xəstəliklər və pozulmalar bədən çəkisinin artmasına gətirib çıxardır. Bu səbəbdən əgər siz özünüzdə bədən çəkisinin «səbəbsiz» artmasını müşahidə edirsinizsə, pəhrizə oturmağa tələsməyin, həkim müayinəsindən keçin.

Beləliklə, çəkinin «səbəsiz» artması bu kimi pozulmalar zamanı baş verə bilər:
Davamı →

Makaron kökəltmir

Arıqlamağa başlayan insanlar adətən makarondan imtina edirlər. Uzun illər ərzində belə hesab olunurdu ki, makaron yeyən insanlar kökəlir.

Tech Times xəbər verir ki, İtaliya alimlərinin son araşdırmaları göstərib ki, makaron kökəlməyə səbəb olmur. Lakin makaronlara əlavə olunan yağlı souslar həqiqədən artıq çəkiyə səbəb ola bilər.

Alimlər 23 min insanın qidalanmasını analiz etdikdən sonra belə qərara gəliblər ki, bərk buğda növlərindən hazırlanan makaronları nəinki kökəlməyə səbəb olmur, əksinə belə makaronları tez-tez yeyən insanların bədən kütləsi indeksi daha aşağı olub.

Alimlərin fikirinə görə, bərk buğda növlərindən hazırlanmış makaronlar insanda tez toxluq hissi yaradır və onları yeyən insan daha gec acır ki, bu da normal çəkinin saxlanılmasına kömək edir.
Davamı →

Yarmanın faydaları

Arpa yarması çox faydalı deyitik məhsuldur. Arpa bir çox vitaminlər (A, B, E, K) və minerallar (fosfor, selen, kalium, maqnezium, sink və s.), fol və nikotin turşuları, qidalı liflərlə zəngindir.

Arpa yarması sıyığı və bu yarmadan hazırlanmış tərəvəz supları bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizlikdən azad edir. Arpa yarması qidalı liflərlə olduqca zəngindir ki, bu liflər bağırsaqlara «süpürgə» kimi təsir edir.

Ümumiyyətlə arpa yarması mədə-bağırsaq sistemi üçün çox faydalıdır. Arpa yarmasının həlimi mədədə iltihab, qastrit, xoralar, eroziyalar zamanı çox yaxşı müalicəvi təsir edir. Belə həlim hazırlamaq üçün 250 qr arpa yarması üçün 1,5 l qaynar su görtürülür.
Davamı →

Yeyərək arıqlayın

Monopəhrizlər (yalnız 1 və 1-2 məhsulla qidalanma) dietoloqlar tərəfindən ziyanlı və effektsiz sayılır.
Hər gün insan lazım olan miqdarlarda zülalları, karbohidratları, yağları, vitamin və mikroelementləri və s. onun həyatı və sağlamlığı üçün vacib olan maddələri almalıdır. Bunabalanslaşdırılmış qidalanmadeyilir. Əgər insanın orqanizmi uzun müddət ərzində hər hansı vacib maddəni almazsa, bu onun sağlamlığına mənfi təsir edəcək.
Digər tərəfdən tez arıqlama insanın orqanizmi üçün ziyanlıdır. Bu zaman orqanizmdə gedən bir çox proseslər pozulur.
Azkalorili pəhrizlər dietologiyada daha məqsədəuyğun və sağlam hesab olunur. Bu pəhrizlər insanı bütün lazım olan maddələrlə təmin edir. İnsan ac qalmır, öz sağlamlığına ziyan vurmur və bununla yanaşı çəki tədricən azalır. Əgər siz bu pəhrizlə yanaşı idmanla məşğul olsanız, arıqlama prosesi daha tez gedəcək.
Davamı →

Zülal pəhrizi

Zülal pəhrizi ən effektli pəhriz sayılır. Bu pəhrizin əsas üstünlükləri arasında:
— çəki tez azalır,
— insan aclıqdan əziyyət çəkmir,
— pəhrizdən sonra itirilmiş çəki qayıtmır,
— piy kütləsi "əriyir", əzələ kütləsi yığılır.
 
Zülal pəhrizinin effektliyinin sirrini izah edək:
1. Bütün qəbul etdiyimiz qida əsasən yağlar, karbohidratlar və zülallardan ibarətdir. Artıq yağlar və karbohidratlar orqanizmdə piylərə çevrilir və yığılır, zülallar isə piylərə çevrilmir.
Davamı →

1 həftəyə 5 kilo arıqla

Qeyd etdiyimiz pəhrizdə deyilənlərə diqqətlə əməl etsəniz, 100% zəmanətlə 1 həftəyə 5 kilo arıqlaya biləcəksiniz. Bu pəhrizlə yanaşı idman etmək 1 həftədə  8-12 kilo arıqlamağınıza kömək edəcək.


Ardı →

20 kilo arıqladan pəhriz

Əgər artıq hesab etdiyiniz 20 kilonuz varsa, bu pəhrizi mütləq sınaqdan keçirməlisiniz.Bu pəhrizə əməl edən 1,60 sm boyda, 25 yaşında,  çəkisi isə təxmini 76 kilo olmalıdır.

Hər gün üçün eyni proqrama əməl etməlisiniz.

Səhər saat 09:00
1 çay qaşığı bal, mürəbbə
1 porsiya pendir
2 incə dilim çörək
Pomidor, xiyar

Saat 11:00
1 porsiya meyvə

Günorta saat 13:00
3 porsiya ət ( 90 qr qırmızı ət, ağ ət 180-150 qr )
1 stəkan ayran
1 incə dilim çörək
salat istənildiyi qədər


Ardı →

Dietik kokteyl | Smuzi

Smuzi müxtəlif meyvə, tərəvəz, hətta göyərtidən hazırlanan qatı kokteyldir.

Smuzi blenderdə hazırlanır və onun hazırlanması zamanı süd, kefir, yoqurt, qaymaq, şokolad, qoz-fındıq, meyvə quruları, bal və s. əlavə oluna bilər. Smuzi pərəstişkarları deyirlər ki, smuzi hazırlamaq üçün irəyiniz istədiyi inqrediyentləri qarışdırmaq olar. Ən əsası — istək və yaxşı blender.

Hal hazırda smuzi bütün dünyada ən dəbli duru qida növüdür. Qərb ölkələrdə hətta xüsusi smuzi-restoranları açılır, smuzi haqqında çoxlu kitablar buraxılır, verlişlər çəkilir və s. «Smuzi» sözü «smoothie» (ingilis dilində — xoş, yumşaq, hamar) sözündən əmələ gəlib.

Smuzi sağlam, faydalı və dietik qida sayılır. Dietoloqlar və həkimlər bu fikiri təsdiq edir.


Ardı →

Heç vaxt kökəltməyən 7 ərzaq


1.
Qreypfrut – mütəmadi istifadə etdikdə (gündə 150 q.) 2 həftəyə 2 kilo arıqlatmaq qabiliyyətinə malikdir.

2. Yaşıl çay – asiyalı diyetoloqlar gündə 4 stəkan yaşıl çay içməyi məsləhət görürlər. Bu piyləri əritməyə kömək edir.

3. Acı qidalar, əsasən də ədviyyatlar: üyüdülmüş qara istiot, xardal, qıtıqotu. Məsələn çili bibərləri yeməyi bitirdikdən 20 dəqiqə sonra artıq kaloriləri yandırır.

4. Yağsız süd məhsulları – kalsitriol hormonunun əmələ gəlmə prosesisini sürətləndirir. Buhormon daha çox yağ yandırmağa xidmət edir.


Ardı →

Ən çox istifadə edilən pəhrizlər

Dukan pəhrizi
Professor Pierre Dukanın hazırladığı bu metod 2011-ci ilin ən məşhur və faydalı pəhrizi seçilib. Əsasən protein baxımından zəngin olan bu pəhriz dörd mərhələdən ibarətdir.

İlk 10 gün ərzində 100 fərqli qidadan istədiyiniz qədər yeyib beş kilo arıqlamağınız əsas hədəfdir. İkinci mərhələdə 68 fərqli, yüksək zülallı qida, üçüncü mərhələdə 32 müxtəlif növ tərəvəz qəbul edirsiniz. Son mərhələdə isə taxıl məhsulları və pendirlə qidalanırsınız. “The Academy of Nutrition and Dietetics” jurnalının məlumatına görə, bu dietin faydasını görmək üçün 2 ay kifayət edir.

Michael Phelps pəhrizi
2012-ci ilin haqqında ən çox danışılan pəhrizlərindən biridir. Həmin tarixdə keçirilən Olimpiada oyunlarında qızıl medal qazanan üzgüçü Phelps də bu pəhrizdən istifadə etdiyini bildirmişdi. Bu metodun digərlərindən əsas fərqi gündə 12.000 kalori almaq şansınızın olmasıdır. Bu proqramla gündə üç dənə yumurtalı buterbrod, üç şokoladlı şirniyyat və beş omlet yeyə bilərsiniz, amma Phelpsin bu pəhrizi hər kəsə uyğun deyil.

Paleo pəhrizi
2013-ci ilin ən çox istifadə olunan pəhrizi seçilən bu metodun əsas hədəfi ovçu babalarımız kimi bəslənərək xərçəng, diabet və ürək xəstəliklərindən qorunmaqdır. Bunun üçün süd məhsulları, kartof, taxıl və paxlalılardan uzaq dayanmağınız lazımdır. Babalarımız kimi ət, dəniz məhsulu, yumurta, meyvə, tərəvəz istifadə əsas, çərəzlər isə sərbəstdir. Zülal və yağ cəhətdən zəngin, karbonhidrat cəhətdən zəif olan bu pəhriz, amerikan qidalanma mütəxəssisləri tərəfindən tövsiyə edilir.


kishi.az


Davamı →