Perrikone pəhrizi
Bunun üçün hazırlanan xüsusi rasion, dərinin dartınmasını təmin edib, onu səpkilərdən təmizləyir.

Bu pəhriz «Face lift diet» adını almışdır. Perrikone əmindir ki, şəkər, duz, spirtli içkilər və qəhvə dəridə iltihabi prosesslərin yaranmasına və onun vaxtından tez qocalmasına səbəbdir. Məhz buna görə bu məhsulları rasiondan çıxardaraq, əvəzində dəriyə yaxşı təsir edən məhsullarla əvəz etmək lazımdır. Bunlar tərkibində omega — 3 turşuları və antioksidantlar olan məhsullardır. Bu birləşmələr, dərinin hüceyrə qişasını (qabığını) qoruyaraq, onlarda suyun saxlanmasını təmin edir.
Həmçinin, dietoloq, mümkün qədər çox mineral su içməyi tövsiyə edir. Beləliklə dəri vəziyyətini çox qısa zaman ərzində yaxşılaşdırmaq istəyənlər,üç gün ərzində, balıq, yaşıl tərəvəzlər, giləmeyvələr və qoz-fındıqla qidalanmalıdırlar.
Ardı →