Hitlerin ikinci həyatı və ya SSRİ-nin sirli “ARXİV” əməliyyatı

Adolf Hitler dünyadan necə köçüb? Zəhər qəbul edib? Gicgahına güllə sıxıb? Yoxsa qocalıb əldən düşərək yorğan-döşəkdə dünyasını dəyişib? Bu suallara artıq 60 ildir ki, dünyanın bir çox alimləri tərəfindən cavab axtarılır. Bu, əbəs yerə deyil. Çünki Berlinin ələ keçirilməsi anından etibarən Hitlerin uğurlu qaçışı barədə danışılır. Bu versiya dəfələrlə rədd edilsə də, bir müddət sonra yenidən gündəmi zəbt edir.

Anlaşılmaz başlanğıc
1945-ci il aprel ayının 30-da Moskvaya Hitlerin ölümü ilə bağlı məlumat daxil oldu. Stalinin reaksiyası təmkinli idi: “Çox atılıb-düşürdü”. Sonra isə Stalin “meyit haradadır” sualını verdi. Berlində bu sual alman generalı Hans Krebuya ünvanlandı. O isə cavabında, Hitlerin meyitinin yandırıldığını söylədi. Deyəsən, alman generalının sözləri Stalini məmnun etmədi. Çünki artıq may ayının əvvəllərində qəzetlərdə yeni məlumat dərc edildi. Bu məlumata görə, Hitlerin ölümü yeni faşist trükü idi.
Davamı →

Tarixin şəxsiyyət yaddaşı – Adolf Hitler

Adolf HitlerAdolf Hitler:“İnsanları daha yaxşı tanıdıqca, itləri daha çox sevməyə başlayıram”
Əslində milyonlarla insanın həyatına son qoyan bir şəxsin belə ifadəsi bir o qədər də təəccüblü görünmür. Təəccüblü görünən odur ki, məhz belə bir şəxs on iki il müddətində Almaniyanın siyasi və hərbi müstəvisində lider olaraq dünyaya sahib olmaq iddiası ilə yaşayıb. Modern.az tarixi vərəqləyir...

Adolf Hitler 1889-cu ilin aprelin 20-də Avstriyanın Braunau şəhərində anadan olub. Ziddiyətli xarakterə malik olan Hitler yeniyetməlik illərində öz tənbəlliyi ilə həmyaşıdlarından həmişə geridə qalıb. Elə bunun nəticəsi olaraq orta təhsilini başa vurduqdan sonra buraxılış imtahanlarından kəsildiyinə görə orta təhsil haqqında şəhadətnamə ala bilməyib. Ancaq buna baxmayaraq Adolf həmin illardə öz rəssamlıq qabiliyyəti ilə fərqlənir. Rəssam olmaq arzusu onu Vyanaya aparır. O, burada İncəsənət Akademiyasına daxil olmaq istəyir. Lakin bu istəyi də baş tutmur. Akademiyadan rədd cavabı alan Adolf Münhen şəhərinə köçür. Minimum yaşayış tələbatını ödəmək üçün akvarel satmaqla məşğul olur.
Davamı →

Jan-Bedel Bokassa və onun özünəməxsus tacqoyma mərasimi

Mərkəzi Afrika Respublikasının prezidenti Jan-Bedel Bokassa 1966-cı ildə hakimiyyəti ələ keçirir. Növbəti il o ölkənin minlərlə vətəndaşını repressiyaya məruz qoyur, dantistləri qadağan edir və özünü dövlətin əbədi rəhbəri elan edir. Lakin bu ona azlıq təşkil edirdi.

Bokassa 1976-cı ildə özünü İmperator elan edir. Onun tacqoyma mərasiminin hazırlıqları 1 il tələb edir. Məraminin xərcləri isə milyard dolları geridə qoyurdu. Bu vəsaitin böyük bir hissəsi isə əhalidən və əcnəbi şirkətlərdən müsadirə edilmişdi. Tacqoyma mərasiminə bütün ölkələrin rəhbərləri dəvət olunsalar da, onlardan heç biri gəlməmiş, bəziləri hətta öz səfirlərini belə göndərməmişdi.
Davamı →