Xarici dil öyrənmək üçün 10 vacib addım

1-ci addım:

Qəti qərar verin: 
Dil öyrənməyə neçə dəfə başlamısınız? Güman ki, bir çox dəfə. Amma kursa getmisiniz, kitab almısınız, internetdən təqib etmisiniz və sıxılıb buraxmısınız. Təkrar olaraq bunu yaşamamaq üçün dil öyrənməyə ciddi bir qərar verməyiniz lazımdır. Niyə dil öyrənmək istədiyinizi bilməyiniz də bura daxildir. Başqa ölkələrə köçmək, işləmək, gəzmək üçün ola bilər. Başqa dildə oxumaq, yazmaq, film və videolar izləmək üçün də ola bilər. Hər nə olursa olsun, siz qəti qərarınızı verin və o cür başlayın. 

2-ci addım:


Davamı →

Günə bir saat oxumaqla necə yeni dil öyrənmək olar?

İki və ya bir neçə dili bilmək böyük üstünlükdür. Bəs öyrənməyin asan yolu varmı? Yeni dil öyrənmək təbii olaraq qorxulu fikirdir. Minlərlə tanış olmayan sözlər, tamamilə fərqli qrammatik quruluş və düzgün danışmaq (və utandırıcı vəziyyətə düşməmək) üçün çəkilən zəhmət adamı qorxuda bilər. Gərgin iş həyatı içində yeni dil öyrənməyə vaxt tapa bilmək də bəzən mümkünsüz görünür. Lakin mütəxəssislər inanırlar ki, gündə bir saat məşğul olmaqla gözəçarpan inkişaf əldə etmək mümkündür. Eləcə də, yeni dil öyrənən zaman qazanılan bacarıqlar iş yerində və həyatda güclü insan fikri formalaşdırır.

Davamı →

Dil öyrənmək üçün 5 serial

Extr@
Bu sizin baxmalı olduğunuz ilk sitkom-seriallardan biridir. Extr@ – Britaniya istehsalı olan maarifləndirici və öyrədici əyləncəli sitkom serialıdır. Ümumilikdə 4 hissəsi buraxılıb: ingilis, fransız, ispan və alman. Youtube vasitəsiylə də bu sitkoma baxa bilərsiniz. Sujet olduqca sadə və maraqlıdır, cümlələri və sözləri asanlıqla başa düşəcəksiniz. Birinci seriyanı izləmək və digər seriyalara da keçid əldə etmək üçün link.

Davamı →

İngilis dilini tez öyrənməyin yolları

Bir qayda olaraq, adamlar cəmi 2-3 ay ərzində xarici dildə nə dərəcədə səlis danışa biləcəyini bilmək istəyir. Adətən onlar tələsirlər, çünki sınaqları var və yaxud tezliklə iş müsahibəsinə girəcəklər. Əlbəttə, ən yaxşısı budur ki, bu barədə düşünmək üçün müsahibənizə 2 ay qalmışa qədər gözləməyəsiniz! Beləliklə, ingilis dilini çox-çox sürətli öyrənmək mümkündürmü? Cəmi 2-3 ay ərzində çox böyük irəliləyişlər əldə etmək mümkündürmü? Cavab – HƏ. Ancaq əlbəttə ki iri miqyaslı irəliləyiş əldə etmək üçün böyük intensivlik və səy tələb olunur. Bizə bu cür məqsəd üçün bəzi sadə şeylər tövsiyə etmək istəyirik:
Davamı →

İngilis dilini öyrənmənizə kömək edəcək filmlər

Yeni dil öyrənməyin ən yaxşı yollarından biri də maraqlı filmlər izləməkdir. Bu vasitə hər zaman işə yarayır və sizə kitablarda tapa bilməyəcəyiniz ifadələri öyrənməyə kömək edir. Oxuyacağınız bu məqalədə baxıb asanlıqla başa düşəcəyiniz bəzi filmlər toplanılmışdır. 

Forrest Gump
Kino tarixinin ən yaxşı ekran əsərlərindən biri olan bu filmə baxaraq siz öz ingilis dilinizi daha da yaxşılaşdıra bilərsiniz. Filmin dili çox sadə və aydındır. Tom Hanks filmdə sözləri tələffüz edərkən aramla danışır və bu da filmi təzə dil öyrənməyə başlayanlar üçün belə rahat imkanlar yaradır.
Davamı →

Uşağa neçə yaşından xarici dil öyrətmək lazımdır?


Müasir valideynlərin təsəvvüründə məktəbdə təhsildən öncə uşaq rəsm çəkməyi, şahmat oynamağı öyrənməli, xoreoqrafiya ilə məşğul olmalı və əlbəttə ki, heç olmasa bir xarici dil, ən azından ingilis dilini öyrənməlidir.

Dili öyrənməyi nə vaxt başlamaq lazımdır?
Bu suala universal cavab yoxdur, ancaq onu belə formalaşdırmaq olar: uşaq hazır olanda dili öyrənməyə başlamalıdır. Çünki uşaq doğma dilində yaxşı danışmağı öyrənməyibsə, üstəlik loqopedik problemləri varsa, əlbəttə ki, əlavə dilin öyrənilməsi onun üçün çətin sınaq olacaq. Eyni zamanda fizioloqlar sübut ediblər ki, uşağın beyni 9 yaşına qədər nitqi, o cümlədən, xarici dili daha yaxşı qavrayır. Balaca uşaqlara doğma dilindən fərqli olan səsləri çıxarmağı öyrənmək daha asandır. Bundan əlavə, uşaq səhv etməkdən qorxmur, o, psixoloji baryerdən azaddır, buna görə də uşaqlar xarici dildə daha tez danışmağa başlayırlar. Ancaq bir sıra qaydalara əməl etmək çox vacibdir: dərslər könüllülük prinsipi ilə, ardıcıl keçirilməlidir və uşaqda maraq yaratmalıdır.

Davamı →

Uşaqlara iki dilin eyni anda öyrədilməsi

Yəqin ki,bəzən sizdə sual yaranır ki: «Görəsən mənim övladım xarici dili necə öyrənəcək? „və ya “görəsən o,balaca yaşında eyni zamanda iki dil öyrənə bilərmi?»
Bu suallar valideynlərdən başqa,müəllimləri və alimləri də çoxdandır ki, maraqlandırır.
Bu suallarla bağlı bəzi məsləhətlər Sizə də maraqlı olacaqdır.
Uşaqların öz dillərini inkişaf etdirməsi üçün, nələrə ehtiyacları var?
Ardı →