Dildəki ərp nədən xəbər verir?

Bəzən dilin üzərində sarı, ağ, hətta yaşıl, qəhvəyi, qara rəngdə ərp əmələ gəlir. Bunun səbəbi burada bakteriyaların toplanmasıdır.

Nazik, ağ, iysiz, az miqdarda olan ərpin olması norma sayılır. Lakin ərp qalındırsa (dil görünmür), ağızdan iy gəlirsə, ərpin rəngi ağ yox, sarı, yaşıl, qəhvəyidirsə, bu patoloji hal sayılır və hər hansı xəstəliyin əlaməti ola bilər.

Nəzərinizə çatdıraq ki, dilin vəziyyətini səhər saatlarında ac qarına qiymətləndirmək lazımdır. Tünd çay və qəhvə qəbulundan, qida qəbulundan sonra dilin rəngində və vəziyyətində dəyişikliklər əmələ gələ bilər.

Dilin üzərində patoloji ərpin əmələ gəlmə səbəbləri müxtəlifdir — alkoqol, siqaretlərin çəkilməsi, düzgün olmayan qidalanma, infeksiyalar, xroniki xəstəliklər və s.

Qalın ağ ərp xroniki qəbizliklərin əlaməti ola bilər. Əgər dilin üzərində olan qalın ağ ərp hərarət və intoksikasiya ilə (baş ağrısı, əzələ ağrıları və s.) müşayiət olunursa, bu infeksion xəstəliyin əlamətidir.

Dilin üzərində olan qalın ağ ərp kandidozun (göbələk xəstəliyi) əlaməti ola bilər. Kandidozun səbəbi bəzi dərman preparatların qəbulu, immunodefisitlər ola bilər.


Ardı →