İdmanla mütəmadi məşğul olanların nəzərinə

İdmanla məşğul olan şəxslərin idmanla məşğul olmayanlara görə daha çox hərəkətli bir gün keçirməsi onlarda daha çox zülal ehtiyacı yaradır. Xüsusilə olanların əzələləri üçün zülalın əhəmiyyətinin çox olduğu bildirilir. Üzmə, bədən inkişaf etdirmə, ağırlıq qaldırma, boks və s. idman növləri ilə məşğul olanların əzələ sistemlərində zülal ehtiyacı daha çox olur.

Çəkisi 75 kiloqram ağırlıqda olan, boyu isə 175 sm olan kişi idmançılarına növlər baxımından aşağdakı prosedur müəyyən olunub:

1. Bədən inkişaf etdirmə idman növü ilə məşğul olanlar çəki başına 1,4 — 1,8 qram zülal (cəmi = 105-135 qram) qəbul etməlidirlər;

2. Boks + Kikboks-Güləş çəki başına 1,2 — 1.6 qram zülal (cəmi = 90-120 qram) qəbul etməlidirlər;

3. Üzmə + Karate çəki başına 1,2 — 1.4 qram zülal
(cəmi = 90-105 qram) qəbul etməlidirlər;

4. Basketbol çəki başına 1,2 — 1,4 qram zülal
(cəmi = 90-105 qram) qəbul etməlidirlər;


Ardı →