Qnostisizmlə mübarizə

II-III əsrlərdə xristian mütəfəkkirləri təkcə bütpərəstlərlə deyil, eyni zamanda öz sıralarında olan müxtəlif mistik təlimlərə qarşı mübarizə aparmaq məcburiyyətində də qalmışdırlar. Bu təlimlərdən formalaşmada olan xristian ortodoksiyanın ən ciddi rəqibi qnostisizm idi.

Qnostik təlimlərə qarşı çıxış edən mütəfəkkirlərdən biri imperator Markus Aureliusun dövründə Lion şəhərinin yepiskopu olmuş İrineus (Irenaeus) olub. «Contra haereses» (Yereslərə qarşı) risaləsində, İrineus qnostik təlimlər haqqında kifayət qədər ətraflı məlumat verərək, onlara qarşı öz mülahizələri ilə çıxış etmişdir.
Ardı →

Yunandilli apologetika

İlk apologetlərin fəaliyyəti II əsrin ortalarına təsadüf edilir. O dövrdə Aristid (Aristides)və Kodrat öz apologiyalarını (Apologiya – xristian ehkamlarının tərifi üçün yazılmış əsərlərə deyilir. Eyni zamanda, apologiyalarda Xristianlığa qarşı tənqidlərə də cavab verilir.) yazmışdırlar. Aristidin «Apologiyasının» bəzi fraqmentləri bizim zəmanəmizə qədər çatmışdır. Bu mətnləri Aristid imperator Antoninus Pius (86-161) ünvanlamış və orada monoteizmdən, imanın əql üzərində üstünlüklərindən, dünya nizamının Tanrı tərəfindən qurulmasından və bəzi başqa mövzular haqqında söhbət açmışdır. Aristid bu məsələlərə münasibətdə Xristianlığın antik bütpərəstliyindən daha üstün olduğunu sübut etməyə çalışırdı. Gələcəkdə bu kimi fikirləri digər apologetlər təkrarlaşmış və inkişaf etdirmişdir.
Ardı →

Manilik

İran mənşəli qnostisizmlə daha bir dini-mistik təlim sıx bağlıdır. Söhbət manilikdən gedir. Bu sinkretik (sinkretika yunanca “synkretismos” — müxtəlif dini və fəlsəfi ideyaların bir təlimdə birləşdirilməmiş formada mövcud olması) dini təlimdə zərdüşti, xristian, buddist, caynist, yeni platoçu, qnostik ideyalarından və müxtəlif əsatirlərdən geniş istifadə edilmişdir. Maniliyi yaradan Mani adında bir iranlı olmuşdur. O, III əsrdə yaşamışdır. Mani Sasani dövlətində müxtəlif dini təlimlərlə tanış olaraq yeni ideyalarla çıxış etməyə başlamışdı. Eyni zamanda, rəvayətlərə görə, ona hansısa ruhdan vəhy gəlirdi. Bu səbəbdən, o özünü peyğəmbər elan etmişdi. Mani bir neçə kitab da yazmışdı: “Sirlər kitabı”, “İncil” və s. Lakin onlardan bizim dövrümüzə qədər yalnız bəzi fraqmentlər çatıb.  Onun İranda, Babilistanda, mərkəzi Asiyada və Çində çoxlu sayda tərəfdarları və ardıcılları var idi. Lakin zərdüşti kahinləri Maninin fəaliyyətindən razı qalmadılar. Onların təşəbbüsü ilə, təxminən 276-cı ildə, şahənşah Bəhramın şahlığı dövründə Mani vəhşicəsinə edam edildi. Onun diri-diri dərisini soymuşdular. Onun tərəfdarları isə şiddətli təqiblərə məruz qaldılar.
Ardı →

Mitraizm

Mitra okuzu oldurur.  II əsr Roma heykəliQnostik inanca yaxın olan din Mitraizm olmuşdur. Mitraizm Roma imperiyasında Xristianlıqla bərabər yayılan və onunla rəqabət aparan İran mənşəli bir din idi. İran mənşəli qnostik təlimlər dünyanı Zülmətlə Nurun mübarizəsi kontekstində görürdülər və izah edirdilər.

Mitra arilərin (arilər — hind-fars mənşəli xalqların ümumiləşdirilmiş qədim adıdır) panteonunun tanrılarından biri idi. Yaxın Şərqdə bir çox xalqlar ona ibadət edirdi. Qədim arilər onu Səhər işığının Tanrısı adlandırırdılar. Onların inanclarına görə, Mitranın qüdrəti dünyada həyatın mövcudluğunu təmin edir. Daha sonra iranlılar inanırdılar ki, Mitranı xeyir tanrısı olan Ahura-Məzda yaradıb, və ona ibadət etmək vacibdir. Bu barədə «Avesta»da deyilir. 
Ardı →

Qnostisizm

Qnostisizm (yunanca “gnostikos” – bilən) antik dövrünün sonunda (I-V əsrlərdə) yaranmış dualist dini təlimdir. Bu təlimdə xristianlığın, yunan fəlsəfəsinin və bəzi Şərq dinlərinin ideyaları qarışmış, sinkretik hala gətirilmişdir. Qnostisizm ezoterik bir təlim idi, onun ardıcılları deyirdilər ki, onlara Tanrı və dünyanın sonu haqqında biliklər verilmişdir. III əsrdə yaranan Mani dininin tarixi kökləri də qnostisizmlə bağlıdır.

Qnostisizmin yaranmasının əsas səbəbini ellinizm dövründə qədim yunan polislərinin tarix səhnəsindən silinməsində, böyük imperiyaların yaranmasında, müxtəlif mədəniyyətlərin və dini-fəlsəfi təlimlərin bir-biri ilə qarışmasında, esxotoloji (axirət) əhval ruhiyyəsində, mistik ənənələrin inkişafında görürlər.
Bütün qnostiklərin təlimlərində aşağıdakı xüsusiyyətlər vardır:
Ardı →

İsgəndəriyyəli Filonun fəlsəfəsi

Ptolemeylərin hakimiyyəti altında olan Misir ellinizm dövründə ən inkişaf etmiş ölkələrindən biri idi. O, eyni zamanda qədim dünyanın mədəniyyət mərkəzlərindən biri idi. Məhşur kitabxanası olan İsgəndəriyyə şəhərində müxtəlif ölkələrdən gəlmiş tanınmış alimlər çalışırdı. Ptolemeuslar həm də müxtəlif dinlərin və dini ənənələrin bir-biri ilə yaxınlaşması, onların ziddiyyətlərini ortalıqdan qaldırılma siya-sətini aparırdılar. Bunun nəticəsində dini-fəlsəfi sinkretizm meylləri güclənmişdi.
Bu prosesə İsgəndəriyyədə yaşayan çoxsaylı yəhudi icması da cəlb edilmişdi.

Yəhudilərin çoxu öz doğma dillərini unudub yunanca danışırdılar və yunan mədəniyyətinin bir çox elementlərini mənimsəmişdirlər. Lakin, eyni zamanda, yunanlar və İsgəndəriyyədə yaşayan başqa xalqlar da yəhudilər vasitəsilə Yaxın Şərq mədəniyyəti ilə yaxından tanış olmuşdurlar.


Ardı →

Antik fəlsəfənin və müxtəlif dini ənənələrin Xristian dünyagörüşünün formalaşmasına təsiri

Xristianlıqdan öncə Romanın aristokratik dairələrində müxtəlif fəlsəfi təlimlər geniş yayılmışdı. Buna görə də savadlı romalılar qədim filosofların fikirlərini xristianlıqda tapmaq istəyində idilər. 

  Xristian apologeti Yustinusun fikrincə, «dünyanın yaranması və nizamlanması haqqında danışanda biz (yəni xristianlar) Platonu, onun yanıb məhv olması haqqında danışanda isə stoikləri təkrarlayırıq…» .Bir-biri ilə rəqabətdə olan xristian və bütpərəst dünya-görüşləri arasında müəyyən qar-şılıqlı fikirlər mübadiləsi prosesi-nin getməsi labüd idi. Lakin qeyd etmək lazımdır ki, antik və xristian ideyalarının biri digəri tərəfindən qarşılıqlı mənimsənil-məsi prosesi heç də hamı tərə-findən birmənalı qarşılanmırdı, bunun əleyhdarları da az deyildi.
Ardı →

Müqəddəs Kitablar – Xristian fəlsəfəsinin mənbəyi kimi

Məlum olduğu kimi, Xristianlıq öz ifadəsini İlahi vəhylərlə və Müqəddəs Kitablarda tapmış dinlərdəndir (sacra scriptura). Bu cür dinlərə revelyasionist dinlər deyilir. Belə ki, revelyasionizmdə kitaba çox böyük hörmət və ehtiramla yanaşma tərzi xassdır.

Xristianlığın  Müqəddəs Kitablar toplusu Bibliya adlanır. Bibliya Əhdi-Ətiq (Qədim Əhd — Tanrı ilə yəhudilər arasında olan andlaşma) dörd hissəyə bölünür: Tövrat – Musanın Qanun kitabı (ilk 5 kitab), Tarixi kitablar (“Yeşua” kitabı ilə başlayaraq cəmi 12 kitab), Poetik kitablar (“Zəbur” və digər 4 kitab), Peyğəmbərlərin kitabları (“Yeşaya” peyğəmbərin kitabı ilə başlayaraq cəmi 17 kitab). Yəhudilər Əhdi-Ətiqi “Tanah” adlandırırlar.) və Əhdi-Cədid (Yeni Əhd – Tanrının İsa vasitəsi ilə yəhudilərdə bağladığı yeni əhd) 27 kitabdan ibarət olub, yunan dilində yazılmışdır. İlk dörd kitab İsanın həyatı haqqında rəvayətlər toplusu olan İncillərdir (Mattanın, Markusun,Lukasın və Yəhyanın). Daha sonra İsanın həvarilərinin gördükləri işlər haqqında bəhs edən “Həvarilərin işləri” kitabı və onların müxtəlif xristian icmalarına və şəxslərə ünvanlandırdıqları Məktubları gəlir.) adlı toplulara bölünür. Onların hərəsi, öz növbəsində, çoxlu kitablardan ibarətdir. Əhdi-Ətiq xristian kilsəsi tərəfindən qəbul edilən qədim yəhudi dininin Müqəddəs Kitablarıdır. Lakin bu kitabları qəbul edərək, kilsə xadimləri onları özünəməxsus tərzdə yozub öz dünyagörüşlərinə uyğunlaşdırıblar. Yəni, xristianlar Əhdi-Ətiqin bir çox yerlərini yəhudilərdən bir qədər fərqli başa düşürdülər. Məsələn, xristianlar hesab edirlər ki, Müqəddəs Kitabın bəzi yerlərində İsanın gəlməsinə işarələr vardır. Lakin yəhudilər bunu qəbul etmirlər.
Ardı →

İlk Xristianlığın qısa tarixi icmalı

Xristianlığın tarixi köklərinə və yaranmasına diqqət yetirdikdə, onun bir tərəfdən qədim yəhudi dininə, başqa bir tərəfdən isə antik dövr dünyagörüşü və fəlsəfəsi ilə sıx surətdə əlaqədar olduğu məlum olur. Bununla yanaşı başqa dini ənənələrin (məs. mitraizmin) də xristian təliminin formalaşmasında təsiri olmuşdur.
Tarixdən məlum olduğu kimi, I əsrdə yəhudi dövləti Roma imperiyası tərəfindən işğal edilmişdi. Bundan sonra yəhudi cəmiyyəti parçalanmışdı və dərin böhran içində idi. Yəhudilər də Roma imperiyası tərəfindən işğala məruz qalmış bütün xalqlar kimi azadlığa can atırdılar. Çünki imperiyada hər addımbaşı ədalətsizlik və istibdad hökm sürməkdə idi. Nəticədə isə, imperiyadaxili çəkişmələrin sayı artır, cəmiyyətin təbəqələşməsi və parçalanması getdikcə daha da dərinləşirdi. Bütün bu proseslər yəhudi cəmiyyətində özünü daha da qabarıq şəkildə göstərirdi.


Ardı →

Həyatın mənasını itirmişəm (Suala dini və psixoloji cavab)


19 yaşım var, təhsil alıram, vaxtım olanda işləyirəm. Tam mənası ilə, bu yaxınlarda məndə qəribə bir tənhalıq və həyat mənasızlığı hissi meydana çıxıb. Baxmayaraq ki, bundan əvvəl başqa cür idi, oxumaq, karyeranın yüksəldilməsi arzusu vardı… Amma indi mənə heç nə maraqlı deyil, sadəcə boşluq… Zəhmət olmasa, mənə məsləhət verin.

Dini baxışdan cavab: 

Bir çox insanda zamanla bu cür hisslər baş qaldırır. Bu dönəmlərdə mütəmadi olaraq Quran və dini kitabları mütaliə etmək lazımdır. Nə qədər dini daha çox yaxına buraxsaz, bir o qədər onun çağırışına bağlanacaqsız və təbii ki, həyatın anlamını axtarmağa lüzum qalmayacaq, çünki hər bir inanclı insanın həyatının mənası Yaradanının ondan razı olmasıdır. Allahın razılığını qazanmaq üçün, onun qanunlarına, dininə (İslam) riayət etmək lazımdır. Allaha tez-tez dua edin:


Ardı →