maraqli

Ömər ibn Xəttab axşamlar geyimini dəyişib şəhər içinə çıxır və camaatın evdə nə etməsi ilə maraqlanırdı. Bir axşam o, süd satan bir qadının evinin qapısına gəlir. Qadın öz qızı ilə səhər satmağa aparacağı südü hazırlayırdı. Ömər eşidir ki, ana qızına deyir: ?Gəl südə bir az su qataq ki, çox olsun!?.. Qız cavab verir: ?Axı, xəlifə bunu qadağan edib!?.. Ana: ?Gecənin bu aləmində xəlifənin bizdən nə xəbəri var??.. Qız etiraz edir: ?Əgər xəlifə görmürsə, Allah görür!?.
Bu sözlər Ömərin elə xoşuna gəlir ki, oğlu Asimi həmin qızla evləndirir. Ədaləti ilə tanınmış Əməvi xəlifəsi Ömər ibn Əbdüləziz də onların qız nəvəsidir.
Davamı →

Əxlaq və din qardaşlığı

İlk öncə qeyd edək ki,bu əxlaq deyilən anlayışın mahiyyətində nələr gizlənir.Onun mahiyyətini qurdalasaq bizi hansı sehirli qüvvələr qarşılayacaq.Əslində heç bir sehirli qüvvə ilə qarşılaşmayacağıq deyənlərə qabaqcadaq demək istərdim ki,dostum,məncə sən yanılırsan.Niyə deyə sual versən mən sənə əxlaqın əslində necə böyük qüvvəyə sahib olduğunu açıqlamaq istərdim.Çünki onun mahiyyətində sadəcə insanların bir-biriləri ilə davranışlarını və bir-birilərinə bəslədikləri münasibətləri deyil,həmdə bəlkə də çoxunuza hələ də bəlli olmayan  məqamların olduğunu  qeyd etmək gərəyini özümdə hiss edirəm.Bunun üçün,gərək  əxlaq dənizinin  genologiyasına baş vurmağı bacarasan.Məsələn,bunun üçün aşağıdakıları qeyd etmək məncə daha doğrusu olardı.


Ardı →

Əxlaq və din qardaşlığı

 

İlk öncə qeyd edək ki,bu əxlaq deyilən anlayışın mahiyyətində nələr gizlənir.Onun mahiyyətini qurdalasaq bizi hansı sehirli qüvvələr qarşılayacaq.Əslində heç bir sehirli qüvvə ilə qarşılaşmayacağıq deyənlərə qabaqcadaq demək istərdim ki,dostum,məncə sən yanılırsan.Niyə deyə sual versən mən sənə əxlaqın əslində necə böyük qüvvəyə sahib olduğunu açıqlamaq istərdim.Çünki onun mahiyyətində sadəcə insanların bir-biriləri ilə davranışlarını və bir-birilərinə bəslədikləri münasibətləri deyil,həmdə bəlkə də çoxunuza hələ də bəlli olmayan  məqamların olduğunu  qeyd etmək gərəyini özümdə hiss edirəm.Bunun üçün,gərək  əxlaq dənizinin  genologiyasına baş vurmağı bacarasan.Məsələn,bunun üçün aşağıdakıları qeyd etmək məncə daha doğrusu olardı.


Ardı →

İslam

7-ci əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan islam tezliklə dünyanın böyük bir hissəsinə yayıldı. Azərbaycanın islamlaşması erkən islam fütuhatı ilə hicrətin 18-ci ilindən (639-ci il) başlanır. Ərəblərə məğlub olan Azərbaycanın mərzbanı İsfəndiyar ibn Fərruxzad həmin il sülh müqaviləsini bağladı. Ərdəbil, Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan, Arran fəth edilir, ərəblər Xəzər sahili boyu Dərbəndə kimi gəlirlər. Ərəbləri şəhərin istehkamları heyran edir və onlar Dərbəndi “Bab əl-Əbvab” adlandırırlar. TarixçiBəlazurinin məlumatına görə, artıq xəlifə Əli ibn Əbu Talibin hakimiyyəti dövründə [656-661] Azərbaycan əhalisinin əksəriyyəti islamı qəbul etmişdi. Şimalda bu proses bir qədər uzun çəkmişdir. Ərəblər fəth etdikləri ərazilərdə əhali üzərinə vergi qoyur, sülh müqaviləsi bağlayıb yürüşlərini davam etdirir, sonra yenə geri qayıdırdılar. Yerli əhali vergiləri verməkdən imtina etdikləri halda hücumlar başlanırdı.
Ardı →

Xristianlıq

Azərbaycan ərazisində xristianlıq yeni eranın ilk əsrlərində yayılmışdır. Burada ilk xristian icmalarının yaranması da bu dövrə təsadüf edir. Albaniyada xristianlığın yayılmasında bu dövr həvari (suriyapərəst) dövrü adlanır və həvarilərdən Varfolomey və Faddeyin adları ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən olan Yelisey Aqvan diyarının Kiş adlı yerində Qafqazda ilk xristian kilsəsini inşa etmişdir.


Ardı →

Din və onun cəmiyyətdə rolu

İnsanları fərqləndirən ən mühüm cəhət onların inamıdır.  Dinlər tarixi inkişaf mərhələləri boyunca uzun inkişaf yolu keçmişlər. Din Allahın varlığı və təbiəti, insanın xəlq edilməsində məqsəd, xeyrin və şərin mənası, dünya və axirət həyatı barədə əzəli həqiqətlərin insan-Allah münasibətləri hüdudlarında axtarılmasına olan tələbatından doğan bir hadisədir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. “Sivilizasiyalar toqquşmasının” hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir.
Davamı →

Din

Din bəşərin yaradılması ilə birlikdə mövcud olub. Və insanla birlikdə də olacaq bir inam sistemidir. Bəşəriyyət tarixinə nəzər yetirəndə dinsiz bir cəmiyyətə, xalqa rast gəlməyin mümkün olmadığını görürük. İnsanların tarixin heç bir dövründə dinsiz həyat yaşamadıqlarını elmi tədqiqatlar da göstərir. Bu isə bir cəmiyyəti yaşadan əsas ünsürlərdən birinin də din, inam olduğunu göstərir. Fəlsəfə, hüquq, əxlaq kimi bəzi elmlərin mənbəyinin də din olduğu qəbul edilir. Hətta Viktor Kuzin «Hər şey dinin ətrafında, din üçün, dinlə təşkil edildi» deyərək, «din»in mövzusunu daha da genişləndirir.
Ardı →

İslama görə reinkarnasiya

Karma təlimi həyata keçirilən bütün işlərin nəticəsinin gec-tez həmin adama qayıdacağını və bunun guya həmin insanın sonrakı dünya həyatına təsir edəcəyini qəbul edir. Bu batil inanca görə, insan davamlı olaraq yenidən dünyaya gəlir və hər sonrakı həyatında əvvəlki həyatında etdiklərinin nəticəsini alacaq. Allahın varlığını inkar edən buddizmə görə də, hər şeyi idarə edən yeganə güc karmadır. Sanskrit dilində bir kəlmə olan “karma” “hərəkət, feil” mənasına gəlir və bir “səbəb-nəticə qanunu” olaraq göstərilir.
Ardı →

Adnan Oktar kimdir? (Araşdırma)

Adnan Oktar kimdir? (Müsahibə)


Dünyanın yaradılışından indiyə kimi, haqqla batil arasında mübarizə hər zaman olub və olacaq da.

Batil deyəndə ağla müxtəlif əyri yollar gəlsə də, haqq deyəndə isə bir yol ağıla gəlir ki, o yolda Allahın yoludur.
İlk insan və Peyğəmbər Həzrəti Adəmdən (ə) sonuncu Peyğəmbər Həzrəti Məhəmmədə (s) kimi, bütün peyğəmbərlərin məqsədi insanlara Allahın təkliyini, axirətin haqq olduğunu bir sözlə İlahi hökmlərin haqq olduğunu və paklığını çatdırmaqdır.
Bütün səmavi dinlərdə dünyanın sonuna yaxın sonuncu Peyğəmbərin soyundan bir nəfərin dünyanı zülm ağzına aldığı zaman gələcəyini və dünyada ədalətli dövlət quracağı vəd edilib.


Ardı →