Ölüm və ölümdən sonrakı həyat-2

RUHUN AYRILMASI KEYFİYYƏTİ

Ruhun çıxarılmasının necəliyi “Me”rac“ hədislərinə əsasalanır ki, xülasəsi belədir: Həzrət Əzrailin qarşısında bütün bəşəriyyətin adı qeyd olunmuş bir lövhə mövcuddur. Ömrü sona yetmiş, əcəli çatmış insanın adı bu lövhədən silinir və Əzrail dərhal onun ruhunu çıxarır. Mümkündür (eyni bir anda) minlərlə adamın adı silinsin və Əzrail də eyni bir anda onların ruhunu çıxarsın. Təəccüblü bir şey yoxdur, axı bir külək də minlərlə çırağı bir dəfəyə söndürə bilir. Hamı öz Rəbbinə tərəf qayıdır. Ruhları Əzrail ayırır, amma həqiqətdə Allah öldürür. Çünki bu iş Allah-Tərəfindəndir.
Ardı →

Ölüm və ölümdən sonrakı həyat-1

Ölümdən sonra nə olacağını insanın təkbaşına dərk etməsi qeyri-mümkündür. Bu məsələdə vəhydən (Allah buyruqlarından) başqa yol yoxdur, çünkiinsanın dərki onun yaşadığı aləmin, tutduğu məqamın hüdudlarını aşa bilmir


 


VƏHYDƏN BAŞQA YOL YOXDUR

“Məad” «əvd» kökündən olub “qayıtmaq” mənasını verir. Çünki ruh ikinci dəfə bədənə qaytarılır. Məad müqəddəs İslam dininin əsaslarındandır. Buna inanmaq vacibdir ki, hər bir insan ölümdən sonra yenidən dirilir və əqidəsinin, əməllərinin əvəzini alır.
Başlanğıcı ölüm və qəbir, sonrası Bərzəx, daha sonrası böyük Qiyamət, sonu Behişt və ya Cəhənnəm olan məad məsələsi əql yolu ilə sübuta yetsə də, zahiri hisslərlə dərk olunmaz. Ölümdən sonra nə olacağını insanın təkbaşına dərk etməsi qeyri-mümkündür. Bu məsələdə vəhydən (Allah buyruqlarından) başqa yol yoxdur, çünki insanın dərki onun yaşadığı aləmin, tutduğu məqamın hüdudlarını aşa bilmir. Məsələn, ana bətnində olan uşağın bətndən bayırdakı aləmin böyüklüyünü, necəliyini anlaması qeyri-mümkündür
Ardı →

Ən doğrusunu Allah bilir...

Tanrı Əzrailə:
«Ya Əzrail! Qullarımdan her hansı birinin canını alınca heç üzüldünmü?»-
-Ya Rabb HƏRŞEY sənə məlumdur. Yalnızca bir qulunun ruhunu alınca çox üzüldüm. Bir gəmi dağlara çırpılıb parçalanmışdı. Orada bir ana və bir uşaq var idi. O ananın canını almaq tapşırılmışdı. Onun canını alınca çox üzüldüm. Körpəni isə bir taxtanın üzərində bir adaya atdım. Yetim qaldı.


Ardı →

Dini rəvayətlər və hədislər

Həzrəti rəsuli əkrəm(s.ə.s)buyurdu:Bir zaman gələr ki,camaat alimlərə yalnız yaxşı və gözəl paltarına görə hörmət edər.Quran səsinə də yalnız gözəl səslə oxunduqda qulaq asarlar.Allaha yalnız mübarək ramazan ayında ibadət edərlər.Onların qadınlarında həya,kasıblarında səbr,varlılarında səxavət olmaz.Aza qane olmaz,çox ilə doymazlar.Onların bütün fikri,zikri qarınları,dinləri pul,qiblələri arvadlarıdır.Qoyun canavardan qaçdığı kimi,onlar da dini alimlərdən qaçarlar.Belə olanda Allah da onları 3 cür bəlaya düçar edər:
Ardı →

Ramazan ayının gündəlik duaları (On üçüncü gün)

13-cü günün duası

Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar və səbbirni fihi əla kainatil-əqdar və vəffiqni fihi littuqa və sohbətil-əbrar biaunikə ya qurrətə əynil-məsakin!

Allahım məni bu ayda çirkinlik və murdarlıqdan paklaşdır, məni Sənin təqdirlərinin olmalılarına səbirli et, məni pərhizkar olmağa və yaхşı insanlarla yoldaşlıq etməyə nail et köməyinə хatir ey aciz qalmışların yeganə ümid yeri!
Davamı →