Essevari fikirlər

  • Esse
Zövq və kriteriya məsələsində həm peşəkar oxucu, həm də tənqidçi bəzən çıxılmaz vəziyyətə düşür, mətnə qiymət verəndə zövq kriteriyanı formalaşdırmağa mane olur. Yəni kimsə deyəndə ki, filan mətn zəifdir, o dəqiqə bu fikrə opponentlik edən əks fikri söyləyir: sən məsələyə zövqlə yanaşırsan, yəni «xoşuma gəlmədi» fikrinin əsasında ilk növbədə zövq kateqoriyası durur. Bəs onda kriteriya nədir? Buna belə maksimalistcəsinə cavab verəcəm: «Lev Tolstoyun „İvan İliçin ölümü“ povestinə kimsə zəif əsər deyə bilməz, çünki ən minimal kriterilərə (ideya, ideyanın bədii həlli, süjet xətti, dramatizm və s.) belə cavab verir və burda zövq məsələsi keçir lap arxa plana».

Davamı →