Dinozavrlar haqqında 6 mif

1676-ci ildə ilk dəfə dinozavr sümüyü tapılanda, bunun bir filə, ya da bir dəvəyə aid olduğu güman edilirdi. Yüz il sonra, elm insanları bu skeletlərin Megalosaurus adlı qısa boylu həddən artıq böyük kərtənkələyə aid olduğunu kəşf etdilər. Daha sonra, 1842-ci ildə Riçard Ouen adlı bir alim Megalosaurus-un tamamilə yeni bir heyvan qrupunun üzvü olduğunu fərq etdi və bu heyvan qrupuna Dinozavr adını ya da “Qorxunc Kərtənkələlər” adını verdi.

O gündən etibarən, təxminən 700 fərqli dinozavr növü kəşf olundu və demək olar ki, hər ay yeni bir növ kəşf edilir. Beləliklə də dinozavrlara dair fikirlərimiz də radikal bir şəkildə dəyişikliklərə məruz qalır. Bu gün artıq dinozavrların qədim kitablarda gördüyümüzdən çox daha fərqli canlılar olduğunu bilirik. Ancaq nə var ki; Dinozavrlara dair doğru hesab edilən olduqca yanlış bilgilər hələ də geniş şəkildə cəmiyyətin beynindəki varlığını davam etdirir. Bu yazımızda dinozavrlarla bağlı 6 geniş yayılan mifi və bu miflərə qarşı elmi tədqiqatların ortaya qoyduğu həqiqətləri açıqlayacağıq.
Davamı →

Dinozavrlar haqda

Dinozavrlar 160 milyon il ərzində bizim planetimizdə ən üstün  canlılar idi. İndi bu nəhəng məxluqların bütün qalıqları sümüklərdir. Daşlaşmış qalıqlar göstərir ki, 65 milyon il əvvəl  nəsə Yerin bütün ekosistemini məhv etdi və dinozavrlar bütün başqa növlərin təxminən 50%i ilə birlikdə qəfildən qırıldı. Bəs onların nəslinin kəsilməsinə nə səbəb oldu? Çox illər, bu sual fərziyyələrdə itib -batan sirr olmuşdur.

Dinozavrların daşlaşmış qalığı: dinozavrlar niyə qırıldı? Yox olma  hadisəsi  :1970-ci illərdə bu fərziyyələr  Kaliforniya Universitetinin Berkley  komandanın sayəsində real elmi tədqiqata çevrildi Geoloq Walter Alvarez Italiyadaki  Guppio dağlarındakı
Ardı →