Dinozavrlar haqqında 6 mif

1676-ci ildə ilk dəfə dinozavr sümüyü tapılanda, bunun bir filə, ya da bir dəvəyə aid olduğu güman edilirdi. Yüz il sonra, elm insanları bu skeletlərin Megalosaurus adlı qısa boylu həddən artıq böyük kərtənkələyə aid olduğunu kəşf etdilər. Daha sonra, 1842-ci ildə Riçard Ouen adlı bir alim Megalosaurus-un tamamilə yeni bir heyvan qrupunun üzvü olduğunu fərq etdi və bu heyvan qrupuna Dinozavr adını ya da “Qorxunc Kərtənkələlər” adını verdi.

O gündən etibarən, təxminən 700 fərqli dinozavr növü kəşf olundu və demək olar ki, hər ay yeni bir növ kəşf edilir. Beləliklə də dinozavrlara dair fikirlərimiz də radikal bir şəkildə dəyişikliklərə məruz qalır. Bu gün artıq dinozavrların qədim kitablarda gördüyümüzdən çox daha fərqli canlılar olduğunu bilirik. Ancaq nə var ki; Dinozavrlara dair doğru hesab edilən olduqca yanlış bilgilər hələ də geniş şəkildə cəmiyyətin beynindəki varlığını davam etdirir. Bu yazımızda dinozavrlarla bağlı 6 geniş yayılan mifi və bu miflərə qarşı elmi tədqiqatların ortaya qoyduğu həqiqətləri açıqlayacağıq.
Davamı →

Dinozavrlar dövrünə son qoyan Perm-trias

Hər il Yerin atmosferinə daxil olan 10.000 tondan çox meteorit atmosferdə sürtünmə nəticəsində bizim xəbərimiz belə olmadan məhv olur. Ancaq atmosferə sürtünmə ilə məhv olmayan böyük meteoritlər də daxil olur. Məsələn, Meksikada Yukatan körfəzinə düşən təqribən 100 km2-lik meteorit dinozavr dövrünə son qoymuşdur.

Bu toqquşma ekoloji sistemdə köklü dəyişikliyə səbəb olmuşdur. Toqquşma nəticəsində əvvəlcə böyük sahə məhv olmuşdur. Toqquşmanın ardınca vulkanik partlayışlar, dünyanın hər yerində zəlzələlər, sunamilər, güclü fırtınalar, yanğınlar baş vermiş, turşulu yağışlar yağmışdır.


Ardı →