Diplomat | Anton Çexov
Məhkəmə məmurunun arvadı Anna Lvovna Kuvaldina canını tapşıranda qohum-əqrəba və tanışlar yığışıb məsləhət tökdülər:
— Yaxşı, indi nə edək? Hər halda ərinə xəbər vermək lazımdır. Ayrı yaşamalarına baxmayaraq, o, rəhmətlik arvadını sevirdi. Bir də görürdün gəlib qadının qarşısında dizin-dizin sürünərək elə hey: «Annacan! Axı, mənim bu ötəri əyləncəmi nə zaman mənə bağışlayacaqsan?» — deyə yalvarır və ya buna bənzər şeylər söyləyirdi. Hər halda olaydan onu xəbərdar etmək lazımdır…
Ağlamaqdan gözləri şişən yaşlı bir qadın evə toplaşanlardan polkovnik Piskaryova üz tutdu:
— Aristarx İvanoviç! Siz Mixail Petroviçlə yaxınsınız. Yardımınızı bizlərdən əsirgəməyin, iş yerinə gedib, başımıza gələn bu müsibəti ona söyləyin! Amma, canım-gözüm, hər şeyi birdən-birə açıb deməyin ha, yoxsa halı fənalaşar, çünki o zavallı da xəstədir. Əvvəlcə onu bu xəbər üçün bir az hazırlayın, sonra isə...
Papağını geyinən polkovnik Piskaryov dul qaldığından xəbərsiz olan dostunun çalışdığı Yollar İdarəsinə üz tutdu. Otağa daxil olduğu zaman dostu balans hesabatıyla məşğul idi.
Ardı →