Xarici siyasətin dövlət orqanları

Istənilən dövlətdə daimi əsaslarla xarici siyasətlə iki qrup dövlət orqanları məşğul olur: dövlətin xarici əlaqələrinin mərkəzi və xarici orqanları.
___________________________________
Yerinə yetirdikləri funksiyaların xarakterinə və hüquqi təbiətinə görə xarici əlaqələrin dövlət orqanları ümumi siyasi rəhbərlik orqanları və dövlətin digər ölkələrlə ixtisaslaşmış əlaqələrin (iqtisadi, sahə, idarə) orqanlarına bölmək olar.
___________________________________

Xarici əlaqələrin mərkəzi siyasi orqanları və vəzifəli şəxslərə aiddir:

  •  adətən ölkənin əhalisi tərəfindən seçilən hakimiyyətin ali qanunverici orqanları;
  • Dövlət başçısı — fərdi, yaxud kollegial qaydada;
  •  Hökumət və ilk növbədə hökumət başçısı;
  • Xarici işlər naziri və XIN-in mərkəzi aparatı.

Ardı →

Vizitlərin təsnifatı

Dövlət xadimləri arasında iki və çoxtərəfli görüşlər – ali səviyyədə dövlət vizitləri diplomatiyada həmişə mühüm yer tutmuş, son illər isə geniş tətbiq olunurlar. Ali qonaqların qəbul protokolu bütün diplomatiya tarixinin inkişafı prosesində işlənib hazırlanmışdır.

Rəsmi nümayəndə heyətlərinə nümayiş etdirilən eh­tiramlar onların səviyyəsindən və başçılıq edən şəxsin tutduğu mövqeyindən asılıdır. Nümayəndə heyətləri və dövlət xadimlərinin vizitləri adətən rəsmi, işgüzar (iş), qeyri-rəsmi, yolüstü (tranzit) vizit növlərinə bölünür. Bundan başqa, diplomatik protokol sahəsindəki bəzi mütəxəssislər, məsələn, A.F.Borunkov dövlət viziti anlayışının bu növ fəaliyyətin ən ali forması kimi daxil olunmasını qeyd edirlər.


Ardı →

Xaricdəki diplomatik nümayəndəliklər. Konsulluq xidməti

Diplomatik nümayəndəlik – bir dövlətin digər dövlətdə yerləşən daimi dövlət xarici əlaqələr orqanı. Səfirin rəhbərlik etdiyi diplomatik nümayəndəlik — səfirlik (dövlət başçısı yanında), elçi tərəfindən idarə olunan diplomatik nümayəndəlik – missiya (hökümət başçısı yanında) adlanır.

Nümayəndəliyin başçısı yerində olmadığı təqdirdə onu XİN yanında işlər vəkili (həm səfirlik, həm missiya üçün) əvəz edir. Beynəlxalq praktikada bəzi ölkələrdə təsis edilən “maraqlar şöbələri” mövcuddur. Belə hallara dövlətlər arasında rəsmi dirlomatik münasibətlər olmadıqda rast gəlmək olur.

Diplomatik nümayəndəliyin tərkibinə üç kateqoriyalı əməkdaşlar daxildir:


Ardı →

Diplomatik imtiyazlar və toxunulmazlıqlar

İmtiyaz – müstəsna hüquq, üstünlük deməkdir.
Toxunulmazlıq – cəmiyyətdə xüsusi yer tutan insanlara verilən ümumi qanunlara tabe olmamaq müstəsna haqqıdır.
Diplomatik toxunulmazlıq – xarici dövlətlərin diplomatik əməkdaşlarına verilən haqqlar və imtiyazlar məcmusudur.


Ardı →

Yazılı korrespondensiya

(a) Üçüncü şəxsdə rəsmi nota
Rəsmi nota diplomatik nümayəndəlik və xarici işlər Nazirliyi arasında ənənəvi məktublaşma üsuludur. Nota hamıya bəlli olan beynəlxalq dildə, milli gerblə bəzədilmiş rəsmi blankda, ünvan göstərilməklə çap edilir və aşağıdakı şəkildə başlayır:
__________ səfirliyi xarici işlər Nazirliyinə öz dərin ehtiramını bildirir və Sizi _________ haqqında məlumatlandırmaqdan [yaxud] Sizin diqqətinizə _________ çatdırmaqdan şərəf duyur.
Sonra notanın məzmunu gəlir və sənəd aşağıdakı formula ilə bitir:
Səfirlik fürsətdən istifadə edərək xarici işlər Nazirliyini öz dərin ehtiramından əmin edir.
Tarix                   [göndərənin inisialı və səfirliyin möhürü]

Bəzi dövlətlərdə (məsələn, Amerika Birləşmiş Ştatlarında) sonuncu nəzakət formulası buraxılır.
Rəsmi nota eləcə də diplomatik missiyaların özləri arasında standart ünsiyyət formasıdır.


Ardı →

Diplomatik münasibətlərin kəskinləşməsi

Heç bir dövlət dünyanın hər bir paytaxtında diplomatik missiyalar saxlamır, onların əksəriyyəti öz milli maraqları ilə zəruri məsrəflər arasında seçim etməli və balans qurmalı olur. Müəyyən bir dövlətdə tam diplomatik missiyanın olmaması problemi dörd üsuldan biri ilə həll oluna bilər.
a) belə dövlətdə daimi missiya ilə təmsil olunmuş hökumətdən, onun adından da fəaliyyət göstərməsi xahişi ilə; hökumət bu təklifə qəbul edən dövlətin təqdirini aldıqda razılaşa bilər. Belə şəraitdə daimi missiyanın başçısı adətən öz fəaliyyətini iki əlaqədar hökumət arasında məlumatların ötürülməsinə və konsul məsələlərinə yönəldir və onun öz hökuməti ilə adından fəaliyyət göstərdiyi əcnəbi hökumət arasında ixtilaf yaranarsa, onun öz dövlətinin maraqları üstün tutular;
b) başqa dövlətdəki missiya başçılarından birini qeyri-rezident və ya «dəvətli» qismində müvafiq dövlətdə akkreditə etməklə;


Ardı →

Diplomatik münasibətlər və diplomatik missiya

Dövlətlər arasında diplomatik münasibətlər onların hökumətləri arasında istənilən səciyyəli dostluq münasibətləri yolu ilə qurula bilər, ancaq daimi diplomatik münasibətlərin mövcudluğu yalnız diplomatik missiyaların açılması, yaxud, daha yaxşısı, bunların mübadiləsi zamanı təsdiqini tapır. Onlar qarşılıqlı razılıq yolu ilə və missiyaların öz üzərilərinə götürəcək funksiyaları qarşılıqlı anlamaları əsasında qurulur. Bu funksiyalar sonuncu yüzilliklərdə hamı tərəfindən qəbul olunmuş hala gəlib və 1961-ci ildə diplomatik münasibətlər haqda Vyana konvensiyası ilə müəyyən olunub və əsasən aşağıdakılardan ibarətdir:
a) göndərən dövlətin və qəbul edən dövlətin təmsil edilməsi;
b) göndərən dövlətin və onun vətəndaşlarının maraqlarının qəbul edən dövlətdə, beynəlxalq qanunvericiliklə müəyyən olunmuş çərçivələrdə müdafiə olunması;
c) qəbul edən dövlətin hökuməti ilə danışıqlar aparılması;
d) bütün qanuni vasitələrlə qəbul edən dövlətdə vəziyyətin və hadisələrin müəyyən olunması və bu haqda göndərən dövlətin məlumatlandırılması;
e) göndərən dövlət və qəbul edən dövlət arasında dost münasibətlərin qurulması və onlar arasında iqtisadi, mədəni və elmi əlaqələrin inkişaf etdirilməsi.
Diplomatik missiyaların əməkdaşları özlərinin diplomatik funksiyalarından əlavə eləcə də konsul funksiyaları yerinə yetirə bilərlər.


Ardı →

Vizitlər

Vizitlərin forma və növləri. Müxtəlif çoxşahəli kontaktlar və söhbətlər diplomata ölkədəki hadisələr haqqında dürüst informasiya toplamaq imkanı verir. Məhz vizitlərin gedişatında bir çox önəmli məsələlər aydınlaşdırılır, yanlışlıqlar aradan götürülür, mühüm siyasi qərarların əsasları qoyulur. Buna görə vəzifəsinə keçdiyi andan dərhal sonra diplomat rəsmi nüma­yəndələr və ictimai təşkilatlarla əlaqələr qurmağa başlayır. Bəzi ölkələrdə ziyarət edilməsi lazım olan rəsmi şəxslərin siyahısı təsdiqlənib.


Ardı →

Diplomatik münasibətlər

Diplomatik münasibətlər
Istənilən dövlət üçün diplomatik tanınma məsələsi böyük siyasi əhəmiyyət kəsb edir. Yeni yaranan dövlətlər ölkələr arasında münasibətlərin beynəlxalq hüquq sisteminin əsasını təşkil edən üç əsas prinsip üzərində qurulmasına çalışırlar: hüquq bərabərliyi, ərazi bütövlüyü və suverenliyə hörmət, daxili işlərə qarışmamaq.
Beynəlxalq praktikada yeni dövlətin tanınmasının iki forması mövcuddur: de-faktode-yure.
De-fakto – natamam tanınmadır; digər dövlətin yalnız mövcudluq faktını tanıyan hər hansı bir dövlətin hökuməti həmin dövlətlə diplomatik münasibətlər qurmasa da, iş əlaqələri yaradır. De-fakto tanınmış dövlətlər yalnız rəsmilərə bərabər tutulmayan qeyri-rəsmi diplomatik nümayəndələr mübadiləsi edə bilərlər.
De-yure – yeni dövlətin tam şəkildə diplomatik münasibətlərin qurulması, qarşılıqlı razılıq əsasında səfirliklərin təsis edilməsi, qarşılıqlı sərfəli əlaqələrin inkişafı ilə tanınmasıdır.
Ardı →