Vizitlərin təsnifatı

Dövlət xadimləri arasında iki və çoxtərəfli görüşlər – ali səviyyədə dövlət vizitləri diplomatiyada həmişə mühüm yer tutmuş, son illər isə geniş tətbiq olunurlar. Ali qonaqların qəbul protokolu bütün diplomatiya tarixinin inkişafı prosesində işlənib hazırlanmışdır.

Rəsmi nümayəndə heyətlərinə nümayiş etdirilən eh­tiramlar onların səviyyəsindən və başçılıq edən şəxsin tutduğu mövqeyindən asılıdır. Nümayəndə heyətləri və dövlət xadimlərinin vizitləri adətən rəsmi, işgüzar (iş), qeyri-rəsmi, yolüstü (tranzit) vizit növlərinə bölünür. Bundan başqa, diplomatik protokol sahəsindəki bəzi mütəxəssislər, məsələn, A.F.Borunkov dövlət viziti anlayışının bu növ fəaliyyətin ən ali forması kimi daxil olunmasını qeyd edirlər.


Ardı →

Beynəlxalq konfransların təşkili

Beynəlxalq konfransların təşkili və keçirilməsinin əsas elementləri:
— konfransın keçirilməsi yerinin seçimi (bu zaman siyasi vəziyyət, texniki imkanlar, təhlükəsizlik nəzərə alınır);
— xarici nümayəndə heyətlərinin qarşılanması (rəhbəri) tək yaxud, nümayəndə heyəti ilə, bir qayda olaraq, dövlət, hökumət nümayəndələri, müvafiq diplomatik nümayəndəliyin başçısı qarşılayır;
— vizitlər (ilk vizit öz ölkənin diplomatik nümayəndəliyinə, sonra ölkənin rəsmi nümayəndələrinə);
— konfransda əyləşdirmə. Beynəlxalqa praktikaya müvafiq olaraq, əyləşdirmə əlifba sırası ilə baş verir (bir qayda olaraq, fransız yaxud ingilis əlifbası istifadə edilir);
— konfransda sədrlik etmə, (konfransı adətən qəbul edən ölkəni təmsil edən müvəqqəti sədr açır);
Ardı →

Beynəlxalq danışıqlar və Konfranslarda diplomatik protokol

Bu gün çox yayılmış bir hal olan beynəlxalq forum hələ antik dövrlərdə yaranmışdı. Lakin beynəlxalq ünsiyyətin daimi institutuna o yalnız XIX əsrin  sonu-XX əsrin əvvəllərində çevrilir.
Hər növbəti mərhələ əvvəlkinin fəaliyyəti və inkişafı ilə bağlıdır: beynəlxalq konfranslar danışıqlardan, beynəlxalq təşkilatlar konfranslardan inkişaf edərək formalaşdı.
Çoxtərəfli hökumətlərarası konfransların yaranması və onların dövlətlər arasında ünsiyyətin əsas formalarından birinə çevrilməsi müvafiq beynəlxalq-hüquqi ənənələrin formalaşması və konfransların çağırılması və fəaliyyəti məsələlərini tənzimlənməyə xidmət edən beynəlxalq hüquq normalarının konvensiya qaydasında təsbiti ilə müşayiət olunur.
Ardı →

Diplomatik söhbət

Diplomatik söhbət diplomatiyada ən mürəkkəb, vacib və məsuliyyətli fəaliyyət növüdür. Təcrübə göstərir ki, söhbət o vaxt uğurlu olur ki, ondan öncə qəbul edən ölkə ilə müzakirə edilən bütün problemlər və konkret əməliyyat işləri, həmçinin göstərilən məsələnin müzakirə mərhələsi nəzərə alınır.

_____________________________________

Söhbət vaxtı həmsöhbəti yaxşı başa düşmək və nəsə aydın deyilsə, mütləq izahat tələb etmək vacibdir. Əgər söhbət zamanı hər hansı sənəd, məsələn, nota, yaxud yaddaş qeydi təqdim edilirsə, onu diqqətlə oxumaq lazımdır.

_____________________________________

Bununla əlaqədar hərdən çox ciddi sual yaranır: notanı qəbul etmədən qaytarmaq olarmı? Notanı ancaq ən son halda, onda diplomatın təmsil etdiyi dövlətə, onun rəhbərləri və rəsmi nümayəndələrinə qarşı kobud və təhqiredici çıxışlar olduqda qaytarmaq olar və qaytarmaq lazımdır. Notanı sadəcə onun məzmununu bəyənmədiyin üçün geri qaytarmaq olmaz. Yadda saxlamaq lazımdır ki, diplomat ölkəni təmsil edir və onun vəzifəsi akkreditə olduğu ölkənin hakimiyyət orqanları ilə əlaqələri saxlamaqdır.


Ardı →

Diplomatik imtiyazlar və toxunulmazlıqlar

İmtiyaz – müstəsna hüquq, üstünlük deməkdir.
Toxunulmazlıq – cəmiyyətdə xüsusi yer tutan insanlara verilən ümumi qanunlara tabe olmamaq müstəsna haqqıdır.
Diplomatik toxunulmazlıq – xarici dövlətlərin diplomatik əməkdaşlarına verilən haqqlar və imtiyazlar məcmusudur.


Ardı →

Diplomatik protokol və prosedura

Diplomat böyük-kiçikliyin dörd qaydasını gözləməlidir:

1. Diplomatik missiya başçıları arasında böyük-kiçiklik

Diplomatik missiya başçılarının böyük-kiçikliyi onların dərəcələrindən asılıdır:
Səfir, Ali komissar yaxud Apostol nuntsisi;
Fövqəladə Elçi və Səlahiyyətli Nazir;
Vatikan Elçisi (az rast gəlinən dərəcə);
İşlər Vəkili en titre (titullu yaxud en ried).
Hər dərəcə dairəsində böyük-kiçiklik müvafiq diplomatik nümayəndəlik başçısının vəzifəyə başladığı andan keçən vaxtla müəyyən olunur.


Ardı →

Diplomatik qəbullarda əyləşdirmə

Nahar və şam yeməklərinin təşkili zamanı daha bir incə problem yaranır. Qəbulun optimal tarixini seçmək, dəvət­na­mələri göndərmək, yaxşı qida və içkini təmin etməkdən başqa masa arxasında düzgün əyləşməni düşünmək lazımdır.
Səhər yeməyi, nahar, şam yeməyi növlü qəbullarda qonaqlar dəqiq nizamla əyləşirlər. Ən sanballı yer qəbul sahibəsindən sağda (xanımlar iştirak edirsə), sonra sahibədən solda, qəbul sahibindən soldakı yerlər gəlir. Qəbul sahiblərindən uzaqlaşdıqca yerlərin sanballığı da azalır. Yalnız kişilərin iştirak etdiyi qəbulda ən ali qonağa qəbul sahibi ilə üzbəüz masanın qarşı tərəfindən yer ayrılır.
Əyləşdirmənin başlıca qanunu — ən sanballı yerlərdə ən hörmətli qonaqlar əyləşir. Bundan imtina, geri çəkilmə nüfuza qəsdən zərərvurma kimi qiymətləndirilə bilər.


Ardı →

Dəvətnaməyə cavab

Əyləşdirməni nəzərdə tutan qəbulların təşkili zamanı qonağın dəvəti qəbul edə bilib-bilməyəcəyini əvvəlcədən öyrənmək lazımdır. Dəvətnamə blankının sağ aşağı küncündə R.S.V.R. (repondez, s’il vous plait – zəhmət olmasa, cavab­landırın – frans.) hərfləri və cavab verilməli olduğu telefon nömrəsi yazılır.
Əsas ali qonağın — prezidentin, baş nazirin, xarici işlər nazirinin dəvət edilməsi barədə səfər öncədən şifahi şəkildə razılıq əldə edir və ancaq bundan sonra dəvətnamə göndərilir. Bu halda R.S.V.R. hərflərinin üzərindən xətt çəkilir və onun yerinə p.m. (pour memoire – xatırlatma üçün, frans.) hərfləri yazılır. Dəvətnamələrin göndərilməsi üçün kuryerlərdən, nadir hallarda poçtdan istifadə olunur.
Davamı →

Beynəlxalq səviyyədə etiket qaydaları

Hər bir qəbul mühüm siyasi tədbirdir. Qəbullar adətən ölkənin milli bayramı, yüksək nümayəndə heyətinin gəlişi və ya dövlətlərarası münasibətdə mühüm hadisələr zamanı təşkil edilir. Qəbullara «yeyib-içmək» üçün gəlməyi düşünənlər çox böyük səhv edirlər. Qəbul şptirakçıları mühüm beynəlxalq problemlər haqqında fikir və informasiya mübadiləsi imkanından istifadə edirlər. İşgüzar aləm üçün də qəbullar birmənalı iş deyildir. Beynəlxalq protokol təcrübəsində, o cümlədən bizdə də qəbullar ifrata varmadan mümkün qədər sadə keçirilir. Qəbullarda "şərabın çay kimi axdığı, qonşunun qonşunu itirdiyi" vaxtlar çoxdan geridə qalıb. Diplomatik qəbulları təşkil edənlər ümumqəbul formalardan başqa, qəbula həmçinin milli kolorit də əlavə etməyə çalışırlar.
Ardı →

Dövlət mərasimləri

Bayraq, gerb və himn kimi daha bir dövlət rəmzi milli bayramdır.  Beynəlxalq protokol xarici dövlətlərin milli bay­ramlarını qeyd etmək öhdəliyi qoyur. Bununla bağlı tədbirlər ölkələr arasındakı münasibətlərin vəziyyətindən asılıdır.
_________________________________________
Milli bayramla əlaqədar həmin dövlətin başçısına digər dövlətlərin başçıları ənənəvi olaraq təbrik teleqramları göndərirlər. Bu cür təbriklər vacib diplomatik sənədlərdir  və həmin an üçün iki ölkə arasında münasibətlərin vəziyyətini əks etdirirlər.
_________________________________________
Bəzən teleqramlar səfirlər vasitəsilə çatdırılır. Sonuncular qəbul edən ölkənin protokoluna müvafiq olaraq dövlət başçısına vizit edir və təbriki şəxsən təqdim edirlər. Bütün ölkələrin nümayəndələri üçün hər hansı bir ayrıseçkilik olma­dan teleqramların digər çatdırılma formaları da mövcuddur.


Ardı →