İdeya, funksiya, rahatlıq | insanın əşyalar aləmi

Dizayn — bədii konstruksiyaetmə incəsənətidir. İnsan bir çox yeni əşyalar yaradır və onların eyni zamanda həm faydalı, həm də gözəl olmağını düşünür. Əşyanın yaradılmasında alimlər, mühəndislər və dizaynerlər çalışır. Bunun üçün memarlığı, təsviri sənəti, keramika və dekorativ-tətbiqi sənəti bilmək, yaradıcı təfəkkürə sahib olmaq vacibdir.
Davamı →

İş otağı

Harda işləmənizdən, hansı işlə məşğul olmanızdan asılı olmayaraq, ofisinizin bəzədilməsi üçün vaxt ayırın. Bir çox insan həftənin 40 saatını iş otağında keçirir, odur ki, daha məhsuldar olacağınız və işinizə müəyyən dərəcədə rəng qatacaq məkanın yaradılması olduqca vacibdir.

İş otağınız kimliyiniz haqda bir çox şey deyir, buna görə də ofisinizin bir qədər sadə, mütəşəkkil, rahat olmasına, ən önəmlisi isə peşəkarlığınızı əks etdirməsinə diqqət yetirin.

1. Nəyi təccəssüm etdiyinizi nəzərə alın. Mühasib,hüquqşünas və ya şirkət rəhbərisinizsə, ofisiniz özündə peşəkarlıq və qayda-qanun əks etdirməlidir. Yox əgər qrafik dizayner, fotoqrafsınızsa, iş otağınız daha rəngarəng və dəbdəbəli ola bilər.

2. İşə düzgün rəngləri seçməklə başlayın. Ağ, bej, sarı-şabalıdı kimi neytral rənglər daha peşəkar məkanlar üçün əla seçimdir.

3. Ofisiniz üçün mebel seçməmişdən əvvəl bir qədər araşdırma aparın. Paslanmayan polad, şam və ya ağcaqayın sinif və ya qəbul otağı üçün uyğun gəldiyi halda, qırmızı ağac peşəkarlığı təcəssüm etdirir.

4. Kiçik konfrans masası, kitab şkafı almağı unutmayın. Kitabları saxlamaq və nümayiş etdirmək üçün əlverlişli yerin olması vacibdir.
Ardı →

ARILARIN ELM ADAMLARINA QƏLƏBƏSİ

ARILARIN ELM ADAMLARINA QƏLƏBƏSİ

Arılar pətəklərini ikitərəfli tikirlər. Altıbucaqlı prizma formasındakı pətək yuvaları dibdə digər tərəfin yuvaları ilə birləşir. Arıların inşa etdiyi pətəklər hər cəhətdən qüsursuz dizayna malikdir. Ancaq pətək yuvalarının birləşmə hissələrində başqa bir dizayn möcüzəsi var.

Arı pətəyinin quruluşunu tədqiq edən elm adamları ağlasığmaz riyazi hesablamalara heyran qalırlar. Çünki bu həddindən artıq mürəkkəb riyazi əməliyyatlar tələb edən bir dizayndır. Koniqin apardığı hesablamaya əsasən ən qüsursuz pətək üçün dibdəki bucaqlar 109 dərəcə 26 dəqiqə və 70 dərəcə 34 dəqiqəlik olmalıdır.

Bəs arılar pətəklərini hansı bucaq altında hörürlər? 
Ardı →

Dizayn və imic

Dizayn — ünsiyyətin bir hissəsidir. Məlumdur ki, insanın hamıdan çox danışması heç də həmişə onun hamıdan yaxşı  bilməsi demək deyildir.


Şirkətin ictimaiyyətlə təmasları təkcə sözün köməyi ilə deyil,  həm də mallar, xidmətlər və təşkilatın zahiri siması vasitəsilə həyata  keçirilir. Dizayn siyasəti kommunikasiya siyasətinin bir  hissəsi kimi nəzərdən keçirilməlidir, çünki dizayn — ünsiyyətdir. Dizaynın əsasında kommunikasiya siyasəti durduqda, problemləri daha asan aradan qaldırmaq olur.


Dizayn üzrə xidmətlər reklam agentlikləri və ictimaiyyətlə əlaqə üzrə qurumlarla əməkdaşlıq edən sərbəst rəssamlardan  tutmuş, ixtisaslaşmış nəşriyyat evlərinə qədər çoxsaylı təşkilatlar tərəfindən  təklif edilə bilər.


Ardı →