Dodaqlar niyə çatlayır?

Quru, çatlamış dodaqlar ciddi estetik qüsur yaradır. Digər tərəfdən çatlamış dodaqlar ağrıyır, qanayır, onların üzərində yaralar əmələ gəlir, infeksiyalaşmanın riski artır.

Bu pozulmanın səbəblərini müəyyən edək:
— Ağzı açıq yatmaq, müxtəlif səbəblərə görə (zökəm, adenoidlər və s.) daim ağızla nəfəs almaq.
— Dodaqları dişləmək və yalamaq vərdişi.
— Diş məcunu və dodaq boyasına olan allergiya.
— Soyuğa qarşı allergiya.
— Bəzi vitaminlərin (A, B qrupu, C, E) çatışmamazlığı.
— Susuzlaşma.
— Daim saqqız çeynəmək.
— Bəzi xəstəliklər və pozulmalar (qalxanvari vəzi xəstəlikləri, autoimmun xəstəliklər, dəri xəstəlikləri və s.). — Bəzi dərman preparatlarının qəbulu.
Davamı →

Dodaqlara qulluq

Dodaq dərisində piy vəzilərin olmadığı üçün dodaqların səthi daha həssas olub qurumağa və qabıq verməyə meylli olur. Bu hal vitaminlərin çatışmazlığı, orqanizmin bir sıra xəstəlikləri, streslər, uzun müddət soyuq havada qaldıqda və s. nəticəsində baş verir.

Dodaqların qurumasının səbəblərindən biri də siqaret çəkilməsi, həmçinin krem və ya pomadaya qarşı allergiyanın olmasıdır. Bir sıra hallarda dodaqların qırmızı haşiyəsinin iltihablaşması prosesinin səbəbi günəş şüalarına qarşı yüksək həssaslığın olmasıdır. 
Bu halda çölə çıxmamışdan qabaq dodaq dərisinə tərkibində günəşdən qoruyucu filtrlər olan krem və ya pomada sürtmək tövsiyə edilir (çimərlikdə günəş vannaları qəbul edərkən də bu cür etmək lazımdır).

Yadda saxlayın ki, şaxtalı və küləkli havada dodaqları yalamaq olmaz. Bunu etməklə siz onun qoruyucu səddini xaric edirsiniz ki, bunun da nəticəsində dodaqlar qurumuş olur. Şaxtalı havalarda dodaqların səthinə bir neçə qat yağlı pomada sürtmək lazımdır.


Ardı →

Dodaqlar üçün məsləhətlər

Əgər dodaqlarınıza həcm vermək istəyirsinizsə, onları acı, üyüdülmüş qırmızı istiotla sürtün. Üsul, təbii ki, çox ağırdır, lakin kömək edir. Bu zaman dodaqların incə dərisi qıcıqlanır, bu isə qızartı və yüngül şişməyə səbəb olur. Bu məsləhətdən hər dəfə istifadə etmək lazım deyil, lakin hiss edəndə ki, dodaqlarınızın rəngi çox solğundur, o zaman cəsarətlə istifadə edə bilərsiniz.  
Əgər dodaq boyası və yaxud parıltının dodağınızda çox qalmasını istəyirsinizsə, boyanın altından pudra çəkin.
Davamı →