Dostluq Haqqında Atalar Sözləri

  • Dostlar, özümüz üçün seçdiyimiz bir ailədir.
  • Hər şeyin təzəsi, dostun köhnəsi.
  • Dost dostun sağlığını istər.
  • Dost gəlişi bayram olar.
  • Dostu çox olanın gücü çox olar.
  • Dostun sirrin dost bilər.
  • Bir adamla dost olmaq istəyirsənsə, onun dostuna bax.
  • Yaxşı günün dostu çox olar.
  • Özünü bir tərifləyəndə, dostunu iki təriflə.
 

Davamı →

Əvvəllər hər şey daha gözəl, hər kəs daha səmimi idi

Əminəm ki, bu cümləni eşitməkdən çoxumuzun qulağı qabar olmuşdur. Hər kəs keçmişin gözəlliyindən dəm vurub, “gözəl zamanlarda” yaşağamağın qüruru ilə öyünür. Bəs niyə əvvəllər hər kəs daha səmimi, sevgilər daha pak, dostluqlar daha dürüst idi?
Əlbəttə ki, belə sualları cavablandırmaq üçün keçmiş və indiki zaman arasındakı fərqlərə quşbaxışı baxmağı nisbətən bacarmaq lazımdır. “Əvvəllər hamı daha “səmimi” idi.” Bəlkə buna məcbur idilər?!

Davamı →

Qızdan dost olarmı?

Aha...Dostunu sevən biri daha ...Neynəmək olar sevdadır? Xeyr! Sevda falan deyil! Əgər vaxtında özüvü yığışdırmasan daha betər olacaq o zaman sevda olmadığın anlayacaqsan! Düzdü deyilir ki «mümkünsüz bir şey yoxdur». Ama belə deyil var. | Bir az dərdimdən danışım :
— Çoxdandır gördüyün birinə heç özün də necə olduğunu anlamadan yazırsan. Sonra söhbət davam ettikcə daha da bağlanırsan söhbətinə, daxili aləminə. Adını dost qoyursuz. Sonra zaman keçdikcə onu gözündə mükəmməlləşdirirsən. Belə-belə özüvü aldadırsankı onsuz çox yaxınıq və sevgilisi də yoxdur.

Davamı →

Dostluq və sevgidə yatan dərin psixoloji məqamlar

Sevgilin və dostunla münasibətin sənin güzgüdəki əksindir
Nifrət etdiyin adamlarla niyə hələ də dostluq edirsən? Onlar sənin qüsurlarını sənin görməyəcəyin şəkildə əks etdirirlər. Bir neçə il əvvəl mən Nyu York şəhərindəki meditasiya təlimlərindən birində iştirak edirdim. Elə oldu ki, yanımda oturan qızla söhbətimiz tutdu və biz dərhal dostlaşdıq. Həmin gün axşam birgə nahara çıxdıq, saatlarla söhbət elədik. İşləmək üçün mərkəzə qayıdanda isə biz görüşməyə və günlərimizi birlikdə keçirməyə başladıq. Mən onun dostlarıyla, o da mənim dostlarımla görüşürdü. Həyatımızda baş verənlər barədə bir-birimizə ətraflı yazırdıq. Qıraqdan baxan elə bilərdi, biz çox yaxın dostuq, amma belə deyildi.

Bir neçə həftədən sonra dostluğumuz başa çatdı. Hansısa “pis” bir şey, faciə baş verməmişdi. Bir-birimizi incitməmişdik. Sadəcə yollarımız ayrıldı və hərə öz həyatını yaşamağa getdi. O zaman mən bunu başa düşməsəm də, həmin vaxt o və mən bir-birimizin həyatında çox vacib bir məqsədə qulluq etmişdik.
Davamı →

Dostumsan, yoxsa sevgilim?

  • Sevgi
Çox xoşunuza gələn biri bəzən sizə dostdan da artıq, bəzən isə sadəcə dost kimi davranırsa və ağlınızı qarışdırırsa, münasibətinizi dəyərləndirməkdə fayda var. Çünki ağılda yaranan bu suallar heç kimi rahat buraxmaz. Dəqiqləşdirmək mütləqdir, əks təqdirdə sevgiliniz olmasını istədiyiniz şəxsin davranışlarını sadəcə özünüz görmək istədiyiniz şəkildə görər və xəyal qırıqlığı yaşayarsınız.

Xoşunuza gələn şəxsin dostunuz, yoxsa sevgiliniz olması ilə bağlı ağlınızda yaranan suallara bu yazıda cavab tapın.

— Əgər ağır iş rejiminə rəğmən, sizin üçün vaxt ayıra bilirsə, bu, sizə dəyər verdiyini və özəl hisslər keçirməyə başladığını göstərir.

— Ortaq dostlarınız var? Xoşlandığınız şəxs sizi dostları ilə tanış edibmi? Tanışlıq zamanı sizinlə necə davrandı? Onların yanında sizinlə necə davranması ipucu ola bilər. Əgər sizə də digər dostları kimi davranırsa, dost olma ehtimalınız yüksəkdir.
Davamı →

Dostluq və sevginin limitləri

Hesab olunur ki, orta statistik bir adamın 5-6 çox yaxın dostu ola bilər. Bu adamlarla demək olar hər gün görüşürük. Əlavə olaraq 12-15 adam var ki, onları da biz dost adlandırırıq, ayda bir dəfə görürürük ən azı. Onların ölümü bizə çox təsir edər.

Daha geniş bir yaxın tanış çevrəsi var ki, bu da 50 nəfərdir, bəzən 150 nəfərə kimi genişlənə bilər. Bu adamları biz yaxşı tanıyırıq.

Dunbar rəqəmlərinə (Dunbar's number) görə bir adam yalnız təxminən 150 nəfərlə davamlı mənalı sosial əlaqə saxlaya bilər. Hesab olunur ki, sevgi və dost ehtiyarı çox limitlidir. Yəni, bir sevgiliniz olduğu zaman iki ən yaxın dostunuzu itirə bilərsiniz. Sevgi digərləri ilə dostluğunuza böyük zərbə vurur.
Davamı →

Mən seçilməm, seçərim!

Həyatımızın müxtəlif anlarında qısa da olsa yalqız qalmağa ehtiyac duyarıq. Bu,
tənhalığa çəkilib öz varlığımızı, keçmişimizi, yanlışlıqlarımızı sorğulamaq, özümüzü daha dərindən tanımaq, özümüzlə baş-başa qalmaqdan yaranan bir ehtiyac olsa da, insan bütün həyatı boyu tənha yaşaya bilməz.
Duyğularımızı, əmllərimizi paylaşmaq üçün həmişə anlayışlı və duyarlı həmsöhbətə, dosta, sevgiliyə, həyat yoldaşına, həmkara və s. ehtiyacımız var.

Bilirsiniz ki, həyatda seçə bilmədiyimiz yaxınlarımızla (ata, ana, bacı, qardaş və s.) yanaşı, seçdiyimiz yaxınlarımız da var. Mənə maraqlı olan budur:
Siz seçdiyiniz, həyatınıza salacaq, birlikdə və bərabər addımlamaq istədiyiniz, ömür paylaşacaq insanları tanımaq üçün nə edirsiniz? Hər hansı bir üsul, sınaqdan çıxarmaq üçün vasitə və ya metod tətbiq edib, inisiativ addım atırsınızmı? Yoxsa hər şeyi öz axarına buraxıb, gələcəyinizi qismətin, talenin hökmünə buraxırsız? Ümumiyyətlə, seçici insansınızmı?

İstərdim ki, istifadəçilər bu haqda öz həyat təcrübələrindən (əgər varsa), başlarına gəlmiş və gələcək bu tip məslələrlə bağlı qarşılaşanda nə edəcəklərini, hansı zəruri addımlar atacağına dair fikir və düşüncələrini şərhlərdə qeyd etsinlər.

P.S Kayzen-forum çoxdan yaranan bir bloq olsa da, təəssüf ki, ilk nəşr olunan yazı budur.
Arada diskussiya aparmaq da yaxşıdır. :)
Davamı →

Sevgidə qazanan dostluqda itirir

  • Sevgi


Aparılan araşdırmalara görə, sevmək insanın ətrafından iki yaxın dostu uzaqlaşdırır. Sevmək dostluqda itirməyə bərabərdir.

Həyatında sevginin olmasının dostlara ayıracaq vaxtın azalmasına yol açdığı məlum idi, ancaq indi araşdırmalarla bu, bir daha təsdiqləndi. Sevgidə qazanan iki dostunu itirir.

Oksford araşdırmaçıları sevməyin insanın yaxın ətrafına necə təsir etdiyini araşdırıblar. Araşdırmaya görə, sevgi insanın yaxın ətrafından iki nəfərin azalmasına səbəb olur.

Hər insanın yaxın dost ətrafı ən çox  5 nəfərdən ibarət olur və sevdikdən sonra bunların sayı iki nəfər azalır.

Araşdırma yeni sevgiliyə yer açmaq üçün yaxın ətrafın kiçildiyini, bir dost və bir ailə üzvünün, ümumilikdə iki nəfərin arxa plana keçdiyini müəyyənləşdirib. 


Davamı →

Dostluq haqqında

Dostluq etmək insandan böyük bir qabiliyyət, mərifət, incəlik tələb edir. Dostluq etmək sənətin bir növüdür desək, heç bir mübaliğəyə varmarıq. Dost olmaq düşmən olmaqdan qat-qat çətindi. Dostu hazır olmadığı, ona yad sahədə imtahana çəkmək heç düzgün yanaşma deyil. Məsələn, bir nəfər gəlib desə ki, gedək filan yerdə adamlar var, onlarla dalaşaq, bu heç də düzgün söhbət olmaz. Əgər davadan qaçsam, dava etməkdən yayınsam, bu o demək deyil ki, dostluq etməyi bacarmıram. Məni davaya dartıb aparan adam başa düşməlidi ki, düzgün ünvana müraciət etməyib. Başa düşməlidir ki, dava adamı deyiləm.
Davamı →