Zahılıq dövrü

Doğuşdan dərhal sonra başlayan və 6 həftə davam edən müddət zahılıq dövrüdür. Bu dövrdə hamiləliyin qadında yaratdığı fizioloji və psixoloji dəyişmələr hamiləlikdən əvvəlki hala dönür. Hər orqan və sistemin hamiləlikdən əvvəlki vəziyyətə dönməyi müəyyən müddət çəkir.

Zahılıq dövrü — çox erkən, erkən və gec adlanan üç dövrə ayrılır:
1. Çox erkən zahılıq dövrü: doğuşdan sonrakı ilk 24 saatı;
2. Erkən zahılıq dövrü: doğuşdan sonrakı birinci həftəni;
3. Gec zahılıq dövrü: qalan 5 həftə müddətini əhatə edir.
Davamı →

Təkrar keysər kəsiyi

Həkimlər keysər kəsiyi haqqında danışanda, artıq çoxdandır ki, insanlar daha təəccüblənmirlər. Belə operativ müdaxilə sayəsində bir çox qadınlar uşaq dünyaya gətirə bilmişdirlər. Lakin bu üsul nə qədər yaxşı görünsə də, istənilən başqa əməliyyatlarda olduğu kimi, onun da öz müsbət və mənfi cəhətləri vardır. Əgər qadın qeysər kəsiyinin köməyi ilə doğmuşdursa, onda onun qarşısına elə sual çıxır ki, növbəti doğuş hansı şəkildə keçəcəkdir. Və mütləqmi keysər kəsiyindən sonra daha bir keysəriyyə keçirilməlidir?

Əvvəllər hesab edilirdi ki, növbəti doğuş yalnız əməliyyat yolu ilə tamamlana bilər. Və qadının ikinci doğuşu zamanı və artıq ona iki dəfə keysər kəsiyi edilmişdirsə, onda əksər hallarda həkimlər ona sterilləşməni təklif edirdilər ki, yeni hamiləliklər baş verməsin.
Davamı →

Doğuşun yaxınlaşdığından xəbər verən 6 əlamət

Doğuş müjdəçiləri nədir?
Yaxınlaşan doğuşun müjdəçiləri — orqanizmin uşağın dünyaya gəlməsinə hazırlaşdığını göstərən əlamətlərdir, doğuşa isə saylı günlər qalıb. Aşağıda sadalanan simptomlar müxtəlif səbəblərdən qaynaqlana bilərlər: uşaqlıq boynunun hazırlığı, dölün yerdəyişməsi, hormonal yenidən qurmalar, — lakin onların hamısı bir şeydən xəbər verir: sizin hamiləliyiniz yavaş-yavaş sona çatır və tezliklə siz öz körpənizlə tanış ola biləcəksiniz.

Davamı →

Mioma və hamiləlik

Ən çox rast gəlinən uşaqlıq xəstəliklərinə miomalar, adenomioz, endometrit (uşaqlığın daxili qatının iltihabı), Aşerman sindromu, endometrial poliplər və uşaqlığın anadangəlmə anomaliyaları aiddir.

Uşaqlığın mioması
Miomalar uşaqlığın bağ və əzələ toxumasından inkişaf edən xoş xassəli şişlərdir. Uşaqlığın ən çox rast gəlinən xəstəliyidir. Qadınların 20-25%-də mioma müşahidə olunur. Tək sayda ola bilmələri ilə yanaşı, əksər hallarda çoxlu sayda da rast gəlinir. Bir mioma özəyinin portağal böyüklüyünə çatması üçün təxminən 3 ilə qədər müddət lazımdır. Adətən reproduktiv dövrün xəstəliyi olub, xərçəng deyil, malignizasiya olmur, menopauza dövründə ölçüləri kiçilir. Yalnız 10 % xəstədə mioma menopauza dövründə böyüməyə davam edir. Bu miomaların uşaqlığı 1-2 kq-a qədər böyütdüyü qeyd edilir. Səhiyyə təşkilinin aşağı olduğu ölkələrdə uşaqlığın 6-7 kq-a qədər böyümüş miomalarına rast gəlinir. Xarici ədəbiyyatlarda 45 kq- a qədər böyümüş miomalara rast gəlindiyi qeyd edilir.
Davamı →

Doğuş haqqında 10 yanılma

Doğuş gələcək analar üçün ən populyar mövzudur. Bu həyəcanlı hadisə haqqında nələr deyilmir, nələr məsləhət görülmür...

Təəssüf ki, “təcrübəli” rəfiqələrindən, qohum və tanışlarından hamilə qadının aldığı informasiyanın heç də hamısı gerçəkliyə uyğun gəlmir. Gerçəkliklə yanılmanı bir-birindən necə fərqləndirməli? Gəlin doğuşa aid olan ən populyar yanılmaları ifşa edək.

Birinci yanılma: Doğuş günü limon şirəsi qatılmış mineral sudan başqa, bütün yeməklər və içkilər qəti qadağan edilir.
Bu, belə deyil, çünki doğuş anadan çoxlü güc və enerji tələb edir. Buna görə də doğuş günü Siz bir boşqab bulyon, şirin çay içə, kreker, suxarı, yoqurt yeyə bilərsiniz. Ac qalmayın, çünki Sizə hələ qüvvə lazım olacaqdır. Düzdür, bəzi həkimlər mütəmadi doğuş fəaliyyətinin başladığı andan eitbarən qida qəbul etməyi məsləhət görmür. Qidaya məhdudiyyətin qoyulması ondan irəli gəlir ki, doğuş zamanı narkoz verilməsinə ehtiyac yarana bilər. Bu zaman qusma ehtimalı böyük olur. Narkoz vəziyyətində olan qadında bu, qusuntu kütlələrinin ağ ciyərə daxil olmasına gətirib çıxarar ki, bu da pis nəticələrə səbəb ola bilir.
Davamı →

Doğuşdan sonra qadınları nə narahat edir?

Doğuşdan sonra qadınları bir çox suallar narahat edir: menstrual dövrünün bərpa olunması, hamiləliyin mümkün olub-olmaması, cinsi həyatın ziyanlı olub-olmaması və s. Bu məqalədə biz doğuşdan sonra qadınları ən çox maraqlandıran sualları cavablandırmağa çalışmışıq.

1. Doğuşdan sonra qanaxma neçə müddət ərzində davam edir?
Bu çox fərdi prosesdir. Bu proses uşaqlığın yığılma qabiliyyətindən, doğuşun necə keçməsindən (təbii doğuş və ya qeysəriyyə kəsiyi, asan və ya ağır doğuş və s.), doğuşdan sonrakı dövründən asılıdır. Adətən doğuşdan sonrakı qanaxma təxminən 6 həftə davam edir. Əvvəl qanaxma daha güclü olur, sonra tədricən azalır, qanın rəngi əvvəl qırmızı, sonra qəhvəyi, sarımtıl olur, daha sonra isə adi normal ifrazatlara qayıdır.

Əgər al-qırmızı qan 4 gündən artıq ifraz olunursa, qadın 1 saatdan bir bez dəyişməli olursa, ifrazatlar pis iylidirsə, qadın üşümə və ya istilik hiss edirsə, bu yaxşı əlamətlər sayılmır. Bu əlamətlər (və ya onlarda biri) meydana çıxdıqda qadın dərhal həkimə müraciət etməlidir.

2. Doğuşdan sonra menstruasiya nə zaman başlayır?
Bu çox fərdi prosesdir. Adətən bu laktasiyadan (əmizdirmə) asılıdır. Laktasiyanı stimullaşdıran prolaktin hormonu eyni zamanda yumurtalıqlarda gedən dövri proseslərin (yumurta hüceyrəsinin yetişməsi, ovulyasiya, menstruasiya) tormozlamasına səbəb olur. Bunun nəticəsində qadının yumurtalıqlarında yumurta hüceyrəsi lazım olan ölçülərə kimi yetişmir, ovulyasiya baş vermir və menstruasiya başlamır. Lakin bu o zaman mümkündür ki, qadın körpəsini yalnız öz südü ilə körpənin tələbinə görə (saatla yox!) qidalandırır (gecə əmizdirmələr xüsusilə vacibdir). Belə qadınlarda menstruasiya yalnız körpə əlavə qidaları (sıyıqlar, tərəvəzlər və s.) almağa başladıqda bərpa olunur (adətən 6 aydan sonra).


Ardı →

Doğuşun süni stimulyasiyasının təhlükələri

Doğuş vaxtı gələndə qadının orqanizmində müəyyən mexanizmlər işə salınır, hormonlar, bioloji aktiv maddələr ifraz olunur ki, bütün bunlar qadına körpəni dünyaya gətirməkdə kömək edir.

Nənələrimizdən biz dəfələrlə eşidirdik ki, onlar özləri və həmçinin onların anaları, nənələri və s. evdə, hətta tarlada, həkimsiz, dərmansız uşaq dünyaya gətirirdilər. Bu əsil həqiqətdir. Əksər hallarda qadınlara doğuş zamanı heç bir tibbi müdaxilə lazım deyil.

Lakin hal hazırda biz daha tez-tez eşidirik ki, doğuş zamanı stimulyasiyadan istifadə olunur. Doğuşun stimulyasiyası nə deməkdir? Stimulyasiya zamanı qadının orqanizminə (vaginal şamlar, damardaxili inyeksiyalar, həblər şəklində) xüsusi dərman preparatları yeridilir ki, bu preparatlar doğuş fəaliyyətinin başlanmasına təkan verir, doğuş prosesini sürətləndirir. İlk baxışdan burada pis bir şey yoxdur. Lakin bu yanlış fikirdir.

Doğuşun stimulyasiyası heç də ziyansız deyil. Bu təbii doğuş prosesinə olan müdaxilədir. Stimulyasiya körpədə oksigen çatışmazlığına səbəb ola bilər ki, bu uşağın sağlamlığı üçün ziyanlıdır.


Ardı →

Vaxtından qabaq doğulmuş uşaqların problemləri

Hamiləliyin normal müddəti 40 həftə sayılır. Uşaqların əksəriyyəti hamiləliyin 38-ci, 39-cu, 40-cı həftələrində anadan olur. Bu normal sayılır. Lakin bəzən müxtəlif səbəblərə görə uşaq vaxtından qabaq dünyaya gəlir. 37 həftəsindən tez anadan olmuş uşaq vaxtından qabaq doğulmuş sayılır.

Bu halın səbəbləri arasında:
— Ananın yaşı (çox cavan və ya yaşlı qadınlar).

— Abortlar.

— Doğuşların arasında 2 ildən az müddət keçdikdə, bu da risk faktoru sayılır.

— Valideynlərdə olan müxtəlif xəstəliklər.

— Hamiləliyin patoloji gedişatı.

— Qadın cinsiyyət sistemi anomaliyaları və xəstəlikləri.

— Çoxdöllülük.

Uşağın vaxtından qabaq doğulması adətən böyük narahatçılıqla qarşılanır. Lakin əksər  hallarda narahatçılıq üçün səbəb olmur. Hal hazırda çəkisi hətta 1 kq-dan az olan uşaqları saxlamaq mümkündür. Bunun üçün müasir avadanlıqlar, dərmanlar, peşəkar həkimlər var.


Ardı →

Başlayan doğuşun əlamətləri

Doğuşa 24-48 saat qalmış qadınlarda qan qarışığı ilə selikli ifrazat meydana çıxa bilər ki, bu da uşaqlıq boynu kanalının tıxacının xaric olması kimi qiymətləndirilə bilər.

İlk sancılar adətən qarında, bəzi hallarda isə beldə hiss olunur. Belə təsəvvür yaranır ki, ağrı dalğası belin orta hissəsində yarandıqdan sonra dalğa diyirlənərək hər 2 ombaya yayılır, sonda qarında birləşir.

Əvvəlcə sancılar o qədər də güclü olmur (zəif çimdikləmə kimi). Sonradan sancılar güclənərək daha uzun müddətli (6-10 saniyə) olur, getdikcə intensivləşərək müntəzəm xarakter alır, yəni hər dəfə eyni bir vaxtdan sonra təkrarlanır. Doğuşun lap əvvəlində sancılar hər 20-25 dəqiqədən bir təkrar olunur. Əgər siz ilk körpənizi gözləyirsinizsə, doğum evinə sancılar hər 5-7 dəqiqədən bir təkrar olunanda getmək lazımdır. Təkrar doğan qadınlar isə doğum evinə sancıların müntəzəm xarakter aldığı ilk vaxtından getməlidirlər. Təkrar doğan qadınlarda doğuş prosesi ilk dəfə doğan qadınlara nisbətən daha sürətli gedir.
Ardı →

Körpələrin inkişaf mərhələləri

Körpələrdə yuxu rejimiAnalar körpələrinin doğumundan dərhal sonra onların inkişaflarını böyük bir həyəcanla izləməyə başlayırlar, öz körpələrinin inkişafını  ətraflarındakı digər körpələrinkilə müqayisə edirlər.  Körpənin inkişafının sağlam olduğundan əmin olmaq istəyirlər.  Ancaq bilmək lazımdır ki,  hər körpənin bəzi ümumi normalar  istisna olmaqla öz təbiətinə uyğun bir inkişaf sürəti olur. Həmçinin qeyd edək ki,  inkişaf sürətləri qız və oğlanlar üçün fərqlidir. Ümumiyyətlə körpələrin inkişaf dövrlərini aşağıdakı kimi qruplaşdırmaq olar:


Doğumdan sonrakı ilk aylar:

Yeni doğan bir körpənin inkişafı çox sürətli gedir. Az qala ilk iki həftədən sonra körpənizin üzünüzə maraq ilə baxdığını görərsiniz. 6-cı həftəsində  körpəniz artıq sizi tanımağa və sizə gülümsəməyə başlayacaq. Eyni zamanda artıq körpənizin ağlama səbəblərini başa düşə biləcəksiniz. Məsələn, acmaq ağlaması ilə yuxusunun gəldiyini xəbər verən ağlamanı bir-birindən fərqləndircəksiniz.


Ardı →