Ayətul kürsi adlanan dua Qurani- Kərimin 2-ci surəsi olan Əl-Bəqərə surəsinin 255-ci ayəsini əhatə edir. Ayətəl kursi 9 cümlədən ibarətdir. Onlara nəzər salaq.
اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ ۚ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ ۚ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ ۚ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ۖ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ ۚ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ ۖ وَلَا يَئُودُهُ حِفْظُهُمَا ۚ وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ. (Əl-Bəqərə 255)
1. Allahu la ilahə illə huvəl həyyul qəyyum.
Allahın iki mübarək adını özündə cəmləşdirən cümlə. Əl-Həyy və Əl Qəyyum. “Həmişə yaşayan”, “Həyatın qaynağını əlində tutan”.
Bu cümlə ilə duanın son cümləsi arasında bağlılıq vardır.
Cümlə 9. Və huvəl əliyyul əzim. Burada da Allahın 2 adı vardır. Eynilə ilk cümlə kimi.
2. La təxuzuhu sinətun və la nəvm. (Onu mürgüləmə və yuxu tutmaz)
Burada insanda olan, yalnız Allaha xas olmayan cəhətlər söylənilmişdir. Bu cümlə isə sondan ikinci cümlə ilə bağlıdır.
Cümlə 8. Və la yəuduhu hifzuhumə. (Onları (yeri və göyü) qorumaq və gözətmək Onu yormaz). Əlaqə açıqdır. Yuxu və mürgüləmə yorulan zaman baş verir.Allah da 8-ci cümlədə əsla yorulmadığını qeyd edir.
3. Lə humə fissəməvəti və mə fil ard. (Göylərdə və yerdəkilərin hamısı Onundur). Burada Allahın Malik adının mənası açıqlanmışdır. Malik “sahib olmaq” deməkdir, yəni hər şeyin sahibi Odur.
Ardı →