Dua haqqında düşüncәlәr


1. Dua problemin sözlәr vasitәsilә aydınlaşdırılması vә ifadә edilmәsidir. Biz dua edәrkәn nә istәdiyimizi özümüz üçün dә aydınlaşdırırıq. Dua edәrkәn problem qabardılır, onun hәlli yolları da insan üçün müәyyәnlәşir.

2. Dua etmәk bizim yalnız olmadığımızı göstәrir. Bilirik ki, danışarkәn bizi dinlәyәn var. Bizә danışmağa macal verir. Bu, insanda qәlbi rahatlıq bәxş edir. Bu hәm dә pulsuz ünsiyyәt vasitәsidir. Psixoloq bizdәn bunun әvәzindә pul istәyәcәk, başqa insanların isә bizlә dәrdlәşmәyә vaxtı çatmayacaqdır.

3. Dua insana enerji verir. Mütәmadi dua edәn şәxs mәqsәdi uğrunda cәhdlәrini dә intensivlәşdirir vә sәy göstәrir.

4. Dua etmәk insanın mәnfi yükünü azaldır, onu stresdәn qoruyur. Dәrdini paylaşa, dilә gәtirә bilmәyәn insan yüklәnmiş olur vә nә etdiyini bilmir.

5. Dua insanda özünәinam yaradır. Dua edәn şәxs arxasında böyük bir qüvvәnin durduğuna inanır vә ona arxalanır.

6. Dua insanı eqoistlik, xudpәsәndlikdәn çәkindirir. O, özünә yaxın olan, kömәyә ehtiyaclı insanları da dua etmәyә çalışır. Onlara bacardığı qәdәr maddi vә mәnәvi yardım edir. Gücü çatmadığını isә Allaha hәvalә edir.

7. Dua insanı günah vә çirkin işlәrdәn çәkindirir. Belә ki, ilahi dәrgaha üz tutmağa çalışan insan tәmiz olmağa çalışır.

Qeyd: Hәr kәsin dua etmәyә ehtiyacı var. Әslindә bütün dinlәrin әsas hәdәfi insanla Allah arasında olan rabitәni güclәndirmәk olmuşdur. Amma tәәssüf olsun ki, daha sonra bu müqәddәs amal pozulub, tәhrifә uğramışdır. İslam dininә görә dә, dua hәm dә ibadәt sayılır. İnsan Allahla yanaşı başqa bir kәsi yanaşı tutmamalıdır. Çünki bu, sәmimiyyәtsizlik vә Allahı qüdrәtsiz hesab etmәkdir.

Fәrid Abdullah.


Davamı →

Ən xoşbəxt insan

duaGözləri görməyən, yerindən tərpənə bilməyən, əli tutmayan, insanların qayğısına möhtac birisi belə dua edirmiş:

“Ey padşahlara, sultanlara vermədiyi nemətləri bu bəndəsinə verən Allahım, sənə yer üzündəki, bütün qum dənələrinin, bütün ağacların yarpaqlarının sayı ədədincə şükrlər olsun!”

Yanından ötənlər qarşısındakı yeməyi ağzına apara bilməyəcək qədər aciz bir insanın bu qədər iddialı və məmnun duasından təəccüblənir və soruşurlar: “Padşahlara, sultanlara verilməmiş və səni xoşbəxt edən o nemət nədir, qardaşım, de biz də bilək”.

Həmin şəxs də belə cavab verir: “Allah-Təala mənə Onu tanımaq qabiliyyəti verib, Onu sevmək duyğusu verib, bütün bu yaşadıqlarımın ötəri bir sınaq olduğunu anlamaq şüuru verib, bu halı ilə Onə şükür etmək şövqü verib, siz heç bunların nə qədər misilsiz bir nemət olduğunu anlayırsınızmı?”
Davamı →

Dua Allahın nemətidir

Dua Allahın insanlara lütf etdiyi ən gözəl nemətlərdəndir. Allah qullarının Özünə yaxın olmasını istəyir. Bunun üçün də duanı xüsusi olaraq yaratmışdır və səmimi şəkildə istənilən gözəl şeylərə dua vasitəsilə qarşılıq verir. İnsanı sadəcə bir su damcısından yaradan, yer üzünü yoxdan var edən Allah üçün hər hansı bir insanın duasına cavab vermək çox asandır. İnsan bunu bilməli və inamla, səbirlə, səmimiyyətlə Allahdan istəməlidir.
Ardı →

Zilhiccə ayının 1-ci günü nə edək?

           Birinci gün: Çox mübarək bir gündür. Bu gün üçün bir neçə xüsusi əməl qeyd olunmuşdur.
1. Oruc tutmaq. Belə ki, bu gün oruc tutmaq 80 ay oruc tutmağın savabına bərabərdir.
2. Həzrət Fatimənin (s) namazını qılmaq. Şeyx buyurmuşdur: Rəvayət olunub, bu namaz 4 rəkətdir. Əmirəlmöminin namazı kimi iki salamı var. Hər rəkətdə bir «Fatihə» surəsi və 50 dəfə "İxlas" surəsi oxunulur. Namazdan sonra Həzrət Zəhranın təsbihatı (34 dəfə «Allahu əkbər», 33 dəfə "Əlhəmdulillah", 33 dəfə «Subhanəllah») deyilir, daha sonra bu dua oxunulur:
«Subhanə zil-izziş-şamixil-muniyfi, subhanə zil-cəlalil-bazixil-əziymi, subhanə zil-mulkil-faxiril-qədiymi, subhanə mən yəra əsərən-nəmləti fis-safa, subhanə mən yəra vəq`ət-tayri fil-həva`i, subhanə mən huvə həkəza və la həkəza ğəyruhu.
Ardı →

Zilhiccə ayının ilk ongünlüyü nə edək?

   
 Zilhiccə ayı çox şərif aylardan hesab olunur. Bu ay yetişdikdə, peyğəmbərimizin nümunəvi səhabələri, tabeinlər, ibadət etməkdə daha çox səy göstərərdilər. Bu ayın birinci ongünlüyü Qurani-məciddə «məlum günlər» kimi qeyd edilmişdir. Allah Rəsulundan rəvayət olunmuşdur ki, bu on günlükdə edilən ibadət və yaxşı işlər Allahın yanında daha sevilən və daha bəyəniləndir. Bu ongünlüyün xüsusi əməlləri vardır: 
1. Oruc tutmaq. Belə ki, bu ongünlükdə oruc tutmaq bütün ömür boyu oruc tutmağa bərabərdir.
2. Həmin bu on gün ərzində məğrib və işa namazı arasında iki rəkət namaz qılmaq. Hər bir rəkətdə «Fatihə» surəsindən sonra "İxlas" surəsi, daha sonra aşağıdakı ayə oxunulur:
«Və və`ədna Musa səlasiynə ləylətən və ətməmnahə bi`əşrin. Fətəmmə miyqatu rəbbihi ərbəiynə ləylətən və qalə Musa liəxiyhi Harunə-xlufni fi qaumi və əslih və la təttəbi` səbiyləl-mufsidin.»
Tərcüməsi: Musa ilə otuz gecə (oruc tutub dua edəcəyi, bunun müqabilində ona Tövratı nazil edəcəyimiz və özü ilə danışacağımız) barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin (ibadət üçün) təyin etdiyi müddət tam qırx gecə (gün) oldu. Musa qardaşı Haruna dedi: “Sən tayfam içində mənim xəlifəm ol, (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!” ("Əraf", 142)
Bu namazı qılan şəxs hacıların əldə etdiyi savaba şərik olar. 
Ardı →

Dörd adamın duası müstəcab olmaz

İmam Cəfər Sadiq (ə) buyurub: “Dörd adamın duası müstəcab olmaz:

Birincisi, öz evində oturub, “Allahım, mənə ruzi ver” deyən adam. Allah bu adama buyurar: “Məgər mən sənə göstəriş verməmişəmmi ki, ruzi dalınca gedəsən (işləyib zəhmət çəkəsən)?”

Ikincisi, öz pis xasiyyətli arvadına nifrin (qarğış) edən kişi. Allah ona müraciət edər: “Məgər mən arvadına talaq vermək hüququnu sənin ixtiyarına buraxmadımmı? (Yəni arvadını boşaya bildiyin halda, niyə ona qarğış edirsən?)”.

Üçüncüsü, mal-dövlətini pis yollarda xərcləyib israf edən və sonra: “Ilahi, sərvətimi mənə qaytar” söyləyən adam. Allah ona buyurar: “Mən ədalətli olmağı sənə tövsiyə etmədimmi? Mal-dövlətini təmizləməyi və pis işlərə xərcləməməyi sənə tapşırmadımmı?”.

Dördüncüsü, şahidsiz, sənədsiz başqasına borc pul verən, sonra da borcunu almaq üçün Allaha yalvaran adam. Allah-təala bu adama buyurar: “Məgər mən göstəriş vermədimmi ki, borc verən zaman özünüzə şahid tutasınız?”.
Davamı →

Dua edəndə sevinirəm.

Salehlərdən biri belə dedi: «Həqiqətən də mən bütün ehtiyaclarımı Allahdan dua edərək istəyirəm. Yəni, mən nə isə hər hansısa bir şeyi istədikdə əllərimi açıb Allahdan həmin hacətimi, istəyimi yalvarıb, dilə gətirib dua edib istəyirəm.”


Əgər Allah Təala mənim dua edərək Ondan istədiyimi mənə versə mən bir dəfə sevinirəm. Yəni həddən artıq sevinirəm, bu sevincim yalnız istədiyim bir şeyin mənə verilməsi üçündür. Bu da bir dəfə olur. Əgər uca Rəbbim dua edərək istədiyimi mənə verməsə on dəfə sevinirəm. Çünki birinci sevincim öz ixtiyarımladır. Belə ki, mən istədim və uca Allah da verdi, mən sevindim, bu sevinc öz ixtiyarımla oldu. Yəni özüm istəyərək sevinirəm.


Ardı →

Dua haqqında

Dua qəbul olan vaxtlar:
1. Azan vaxtı.
2. Səhər, gecə yarısından sonra.
3. Ərəfə günləri.
4. Cümə günləri.
5. Bayram günləri.
6. Ramazan ayı.
7. Qurani oxuduqdan sonra.
Ardı →

Qara üzüm salxımı

   İstanbulun Topqapı səmtində Təkkəçi İbrahim Çavuş Camisi adlı Memar Sinan tərəfindən tikilmiş məscid var. Bu yazı həmin məscidin hekayəsidir.
   Osmanlının dövründə İstanbulda, Topqapı qalalarının dibində, kiçik bir komada kasıb bir təkkəçi yaşayırmış. Təkkəçi nə qədər yoxsul olsa da, çox ürəyiaçıq insan imiş. Bir tərəfdən təkkələri təmir edib tikər, bir tərəfdən də: " Allah mənə sərvət versəidi, burada bir məscid tikərdim! " — deyə öz-özünə dua edərmiş.
Ardı →