KİNO! Sentyabr ayında baxılası filmlər

Asudə vaxtın yaxşı keçirilməsi üsullarından biri də maraqlı bir filmə baxmaqdır. Filmə baxmaq müxtəlif cür ola bilər, ən rahatı isə dost-tanışla birlikdə filmə kinoteatrda baxmaqdır. Bu səbəbdən bu gündən yeni aylıq mövzu yazmağa başlayıram. Hər ay şəhərin kinoteatrlarında nümayiş olunacaq filmlər haqqında bir qədər yumorlu subyektiv fikirlərimi bölüşəcəm. Sentyabrın ilk günləri geridə qalsa da, aşağıdakı filmlərə 3 həftə ərzində kinoteatrlarda baxa biləcəksiniz. Filmlərin adı hər kinoteatrda müxtəlif cür, russkayazıçnı çuşkalar Azərbaycan dilini pis bilən yoldaşlar tərəfindən tərcümə olunduğundan, burada filmin original adını yerləşdirəcəm və mötərizədə üstünlük verdiyim tərcüməni yazacam, razılaşdıq?

Kayzen kinteatrı

Ardı →

Dublyaj

Bir vaxtlar xarici bir film izləyəndə deyirdim bu səs nədireee — əgər xatırlayırsınızsa bəzi filmlərdə avtomatik bir səsləndirmə var idi. Kiçikli, böyüklü hamını ağır tonda, burnunda danışan bir kişi səsləndirirdi. Hətta, bir çoxları nə qədər desələr də ki, bu səs insan səsidir, dəlil görməsəm inanmaram, elə bilirəm ki, robot səsləndirmədir.


Mən filmizləməyi çox sevirəm. Təbii ki, mənə görə maraqlı zənn etdiyim filmləri. İnsan istər istəməz öz həyatından, işindən bir anlığa ayrılıb real və ya qeyri-real olan başqa bir həyatın ekran versiyasını izləyərək əylənir və ya vaxt keçirir və bununla yanaşı düşüncələrini də yeniləşdirir, özündə yeni fikirlər, özündə yeni zövqlər də aşkar edir. Amma, bütün bunlar təbii ki, maraqlı filmlər sayəsində baş verir. Təəssüqflər olsun ki, maraqlı filmləri də maraqsızlaşdırmaq olur. Səbəb isə — dublyaj.


Ardı →