Nemət Mətin - Qırmızı Günəş

Fələklər yandı ahumdan muradım şəmi yanmazmı? (M.Füzuli)
 
Qar.
Evin ikinci mərtəbəsində özünə yer tapa bilməyən rəssam ağ göyərçin olub pəncərədən uçmaq istəyirdi. Təbiətin səxavət əli göydən qar yağdırmışdı. Pəncərədən açılan mənzərə onun beyninə soyuq rahatlıq gətirmişdi. Bir neçə dəqiqə, bəlkə də uzun zaman kəsiyində heyranlıqla mavi gözlərini bərəldib tamaşa edəndən sonra gündəliyini tapıb əyləşdi. Bu dəfə incə, uzun barmaqlarına fırçanı deyil, qələmi alan rəssam yazmağa başladı:

Davamı →

Qatil smoq


London sakinləri üçün ən dəhşətli duman 1952ci ilin dekabrında baş vermişdi. Dumanda mədənlərdən çıxan turş kömür hisi qarışmışdı. Hava bozarırdı, görüntü get-gedə pisləşirdi. Gözlənilmədən, yüzlərlə insan zəhərlənmişdi. Xəstəxanalar dolurdu, lakin qurbanları sayı bitmək bilmirdi. Ən qəribəsi isə o idi ki, həkimlər xəstələrə demək olar ki, heç nə ilə kömək edə bilmirdilər.
Davamı →

Smoq nədir?

Smoq — havanın Yer səthinə yaxın hissəsinin tüstü və his qarışığı olan qatı duman ilə çirklənməsidir. İngliscə smoke-tüstü, foq-duman deməkdir. Bu iki sözün birləşməsindən yaranıb.

Smoqun əmələ gəlmə səbəbləri
İri şəhərlərdə və sənaye rayonlarında kimya, metallurgiya müəssisələrindən, avtomobillərdən smoq sakit havada və ya az küləkli vəziyyətdə yaşayış məntəqələrində uzun müddət qala bilir. Smoq çox vaxt tüstü ilə duman qarışığından yaranır. Bu halda su buxarının kondesasiyası tüstünün havada asılı vəziyyətdə olan bərk hissəcikləri ətrafında gedir, havada istehsalın qaz halında olan qarışıqları da iştirak edir. Buna London tipli smoq deyilir.
Davamı →

Duman

İlk dəfə Londona gələn bir adam səhər otelindən çıxıb şəhəri gəzməyi qərara aldı.Yola yeni çıxmışdı ki, birdən ətrafı qalın bir duman aldı. Adam:«Necə olsa birazdan qalxar!» -deyib yoluna davam etdi.Ancaq duman qalxmaq əvəzinə bir az da qalınlaşdı. Bir azdan ətrafı «ağ bir qalınlıq » bürüdü.Geri qayıtmaq istəyəndə isə artıq burnunun ucunu belə görə bilmirdi. Elə bu vaxt naməlum bir şəxs çiyninə toxundu və:

 -Sizə nə isə lazımdır?-deyə soruşdu.Adam sanki bunu gözləyirdi və tez :

 -Bağışlayın dumanda yolumu azmışam.Otelimə qayıtmaq istəyirəm,-deyə cavab verdi.

  Naməlum şəxs:

 -Əlinizi mənə verin, oteliniz iki addım yaxınlıqdadır.-dedi və adamı arxasınca aparmağa başladı.Bir qədər sonra bir binanın qarşısına gəldilər.Naməlum şəxs:


Ardı →